Məhkəmə qərarları › İş №2(011)-3626/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3626/2025

02.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3626/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Nağızadə Gülnaz Nasir qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Zərdabi küçəsi, ev 27 (abonent kodu: **********00001) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac X6 adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən AKT tərtib edərək sayğacı yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, İddiaçı X1 müdaxilə etmişdir və ona görə iddiaçıya haqsız yerə cərimə borcu yazılmışdır. İddiaçı bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. İddiaçı hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır.

İddiaçının tələbi:

2. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, ev 27 (abonent kodu: **********00001) ünvanı üzrə cərinə kimi yazılmış olan 3984,28 manat borcun «X4 tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh nümayəndəsi X5 iştirakı ilə keçirilmiş 02 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında, cavabdeh tərəfin nümayəndəsi X7 məhkəməyə bildirmişdir ki, iddiaçının mənzilində qaz sayğacına baxış keçirilmiş və həmin baxış zamanı əlavə qaz xəttinin mövcudluğu aşkar edilmişdir. Cavabdehin iddiasına əsasən, bu əlavə qaz xətti vasitəsilə istifadə olunan təbii qazın dəyəri iddiaçı tərəfindən ödənilməmişdir.

4. 02 oktyabr 2025-ci il tarixində Cavabdeh nümayəndəsi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə vəsatət irəli sürülmüşdür. Cavabdeh tərəfin izahatına əsasən, iddiaçının mübahisələndirdiyi ümumi borcun 2473,86 (iki min dörd yüz yetmiş üç manat 86 qəpik) manatlıq hissəsi Cavabdeh tərəfindən 11/2016-cı il tarixdən 04/2020-ci il tarixədək tərtib edilmiş aktlara əsasən formalaşmışdır və həmin aktlar üzrə mübahisə Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1067/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə həll olunmuşdur. Sözügedən qətnamə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.

5. Cavabdeh tərəfin izahatına görə, iddiaçının mübahisələndirdiyi ümumi borcun qalan hissəsi isə onun qaz sayğacı vasitəsilə faktiki olaraq istehlak etdiyi, lakin dəyərini ödəmədiyi təbii qaz sərfiyyatından yaranmışdır. Cavabdeh, qeyd olunan halların nəzərə alınmasını və bu əsaslarla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.

10. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir.

11. Cavabdeh tərəf vəsatət verərək icraata xitam verilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən ümumi borc Cavabdeh tərəfindən 11/2016-cı il tarixdən 04/2020-ci il tarixədək tərtib edilmiş aktlara əsasən hesablanmışdır. Həmin aktlarla bağlı tərəflər arasında əvvəllər mübahisə yaranmış və bu mübahisəyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1067/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə baxılmış və hüquqi qiymət verilmişdir.Sözügedən qətnaməyə əsasən, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 102,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 799,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 90 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli 02654447 saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-ciu il tarixli ******* saylı akt əsasında 100,80 mnaat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 84 manat olmaqla cəmi 2490,50 manat Cavabdehnə ziyan dəymişdir, həmin aktlara dair Cavabdeh iddia tələbi qismən təmin edilmiş, İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 799,20 manat borcun və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 829,20 manat alınaraq Cavabdeh İB-ə ödənilməsi qənaətinə gəlinmiş, beləliklə, mübahisələndirilən borc üzrə qətnamə qəbul olunmuşdur. Cavabdeh bu qətnaməni sübut qismində məhkəməyə təqdim etmişdir.

12. Mülki iş materiallarından da göründüyü kimi hazırki mülki iş üzrə iddiaçı qeyd edilən mülki iş üzrə istinad edilən aktları yenidən eyni tərəfə münasibətdə mübahisələndirir. Bu səbəbdən, eyni predmet üzrə bir daha məhkəməyə müraciət edilməsinin qanunvericiliyə zidd olduğunu, həmin hissədə təkrar məhkəmə çəkişməsinə yol verilmədiyini qeyd etmişdir.

13. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi qismən təmin edildiyindən mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.

14. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

15. Məhkəmə məhkəmə xərcləri ilə bağlı mövqe bildirərək hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş şəkildə istehlakçı kimi dövlət rüsumundan azad edilsə də, məhkəmə ekspertizası xərci barədə qanunvericilikdə güzəşt nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ekspertiza xərci iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri 64 (altmış dörd) manat İddiaçı tərəfindən X2 hesabına ödənilməlidir.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261-ci və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.

2. Ekspertiza tədqiqatlarının dəyəri 64 (altmış dörd) manat İddiaçı tərəfindən X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar