Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-363/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçılar İddiaçı3, İddiaçı4 Cavabdehin nümayəndəsi X9 Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı3 ,İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı – “X7” MMC-də və “X53” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 "xxxx" QSC-nin X2 Uşaq Poliklinikasında müxtəlif vəzifələr tutmaqla tibbi xidmət göstərmişlər. Qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında (tabeliyində olan poliklinika va tibbi - sanitar hissə daxil olmaqla ) Cəmiyyətin təsisçiliyi ilə "X7" MMC yaradılmışdır. Uşaq Poliklinikası və Əhmədli tibbi - sanitar hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət müəsissəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında əsasnaməyə" uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X7" MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikası adından həmin komitə olmaqla "X53" ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir. Belə ki, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş və qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir. Bununla da, yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Göstərilənlərlə bağlı Cəmiyyət tərəfindən 2018-ci ilI 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara "X7" MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, həmçinin əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Nəzərə çatdırılmışdır ki, Cəmiyyət strukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Eyni zamanda qeyd edilmişdir ki, hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq "X53" Açıq Sahmdar Cəmiyyəti ilə Azərbaycan Xəzər Dəniz X32 Cəmiyyəti arasında müvafiq müqavilə bağlanmışdır. "X53" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 1.1- bəndindən görünür ki, "X53" Açıq Səhmdar Cəmiyyəti ( bundan sonra "Cəmiyyət") Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 78 ünvanında yerəşən "X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin "X53" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən 01 iyun 2018 - ci il tarixdə verilmiş çıxarışdan görünür ki, “X53" ASC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 1 Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 78 ünvanında yerləşən ‘X7" Məhdud Məsuliyyətli Cəmiyyəti “X53” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018 - ci il tarixli 12 nömrəli sərəncamına əlavəyə əsasən “X7" MMC-nin balansından çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi - sanitar hissə də qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X7” MMC -nin Cəmiyyətin strukturundan çıxması haqqında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin 12 iyun 2018 - ci il tarixli 139 nömrəli əmri ilə “X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X53" Açıq Səhmdar Cəmiyyətinin təşkil edildiyi və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla "X53” Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi, həmin ASC-nin 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçdiyi və bununla da “X7” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması, “X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin “X53" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi, Cəmiyyətin işçiləri tibbi sığorta ilə təmin olunanadək onlara müvafiq tibbi xidmətlərin göstərilməsi məqsədilə “X53" ASC ilə müqavilə bağlanılması məsələsinə baxılması əmr edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən verilmiş 18 mart 2020-ci il tarixli, **********0 saylı cavab məktubuna əlavədən görünür ki, işçilər X27. X47, İddiaçı1, X48, X10, X39, X17, X49, X33, X40, X3, X6, X28, X18, X19, İddiaçı3, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, Ələsgərova Sənubər Hüseynəli qızı, X4, X20, İddiaçı6, X21, X34, X11, X24 və İddiaçı5 işəgötürən "X53" ASC ilə əmək müqavilələri bağlamışlar və həmin müqavilələr hazırki vaxtadək qüvvədədirlər, X12 xx.xx.2020-ci il tarixdə “Doktor Mom" MMC ilə, X13 isə xx.xx.2017-ci il tarixdə "X7" MMC ilə əmək müqaviləsi bağlamış va həmin müqavilələr də hazırki vaxtadək qüvvədədirlər. Bildiririk ki, “X7" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldıqdan sonra (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) X51 Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən "X7" MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından X51 Komitəsi olmaqla “X53" Açıq Səhmdar Cəmiyyətinə çevrilməmişdən əvvəl X7 (uşaq poliklinikası da olmaqla) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olmuş, poliklinikanin işçiləri "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmişdir. "X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin “X53" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsindən sonra da işçilərin maaşların müəyyən bir dövr ərzində "xxxx" QSC tərəfindən ödənilmişdir. Hazırda da məhz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi’’ QSC-nin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kollegiyaya ünvanladığı sorğuya cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 78 ünvanında yerləşən "X7" MMC "X53" ASC-yə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 161s nömrəli sərəncamı ilə "X53" ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. Bu sərəncama əlavədə göstərilən obyektlərin balansa götürülməsi və qorunub saxlanılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə tapşırılmışdır. Bu obyektlərin siyahısında Uşaq poliklinikası birbaşa göstərilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il tarixli fərmanı ilə, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzinin əsasında “X5 və Koordinasiya Mərkəzi" yaradılmışdır. Qeyd olunan məsələlər Səbail rayon məhkəməsinin və Apellyasiya məhkəməsinin aidiyyəti dövlət orqanlarına göndərdiyi sorğulara verilmiş cavablar əsasında öz təsdiqini tapmışdır. Onlar pozulmuş əmək hüquqlarının bərpa olunmasına, yəni "X7" MMC-də və "X53" ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmalarına, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi ilə bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etsələr də bu günə qədər tələbləri təmin olunmamış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı4 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Digər iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar və nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə1 verdiyi izahatda iddia tələblərini qəbul etmədiyini bildirərək, məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli Sərəncamına əsasən “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə "xxxx" QSC-nin tabeliyində olan ünvan 2 ünvanında yerləşən “X7” MMC - “X53” ASC-yə çevrilmişdir. Həmin Sərəncamın 7ci bəndinə əsasən “X7” MMC-nin balansında olan ünvan 3 ünvanında yerləşən Uşaq poliklinikası onun tərkibindən çıxarılaraq mövcud normativ-hüquqi aktlara uyğun olaraq ayrıca özəlləşdirilməsi qərara alınmışdır. Sərəncamın 8-ci bəndi ilə Uşaq poliklinikasının balansa götürülməsi və qorunub saxlanılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (bundan sonra - İXMİM) həvalə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli 161s nömrəli Sərəncamı ilə “X53” ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli sərəncamı ilə “X53” ASC-nin ləğv edilmə prosesinin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli 1000/151 nömrəli sərəncamı ilə Tibbi Xidmət İdarəsinə “X53” ASC ləğv edildikdən sonra onun mövcud ştat vahidlərinin Mərkəzi Hospitalın ştat vahidlərinə əlavə edilərək, ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsi tapşırılmışdır. “X53” ASC-nin mövcud ştat vahidləri Tibbi Xidmət İdarəsinə təqdim edilərkən həmin siyahıda Uşaq Poliklinikasına aid ştat vahidləri qeyd olunmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 02 sentyabr 2020-ci il tarixli 1000/74 nömrəli “X53” ASC-nin balansında olan əsas vəsaitlərinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin balansına götürülməsi barədə Sərəncamı ilə təsdiq edilmiş X25 poliklinikasına aid olan heç bir vəsait göstərilməmişdir. X65 Komissiyasının üzvləri, eləcə də “X53” ASC-nin İdarə Heyətinin sədri Gerasim Rüstəmov və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi imza etmişlər. “X53” ASC-yə məxsus sənədlər təhvil-təslim edilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 saylı Sərəncamına əsasən İXMİM-nin balansına verilmiş Uşaq poliklinikasında çalışan əməkdaşlara məxsus əmək kitabçaları ASC-də saxlanılması müşahidə olunmuşdur. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, həmin işçilər barədə “X53” ASC-nin xx.xx.2019-cu il tarixli 02 nömrəli Əmri mövcuddur. Belə ki, əmrin 2-ci bəndində göstərilmişdir ki, İnzibati təsərrüfat şöbəsinin Personal və əmk haqqı üzrə mütəxəssisinə Uşaq poliklinikasının “X53” ASC-nin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibb müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, daxli sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun olaraq tədbirlər görülməsi tapşırılmışdır. Həmin əmrin 3cü bəndində Sədr müavini və baş mühasibə “X53” ASC-nin tərkibindən çıxarılmış obyektlərin təhvil verilməsi ilə əlaqədar zərurni tədbirlərin həyata keçirilməsinin tapşırılması qeyd olunmuşdur. Lakin həmin vaxtdan bu Əmrlə bağlı heç bir tədbir görülməmiş və qanunvericiliyə zidd olaraq çalışan işçilərin adları elektron-hökumət portalından çıxarılmamışdır. “X53” ASC isə ləğv olunduğu üçün həmin işçilərin adları sistemdən çıxarıla bilmir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli 1000/151 nömrəli sərəncamına əsasən təqdim olunmuş 176 nəfərdən ibarət işçiyə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Təsərrüfat hesablı Mərkəzi Hospitalından işlə təmin olunmasına dair göstərişlə əlaqədar müvafiq iş yerləri təqdim olunmuşdur. Onlar öz vəzifələrinə uuyğun iş yerləri ilə təmin olunmuşlar. Təqaüdə getmək və ya digər işəgötürülənlə müqavilə bağlamaqları ilə bağlı bəzi işçilər öz xahişləri ilə işdən azad olunmuşlar. 42 nəfər işçi isə hal-hazırda da çalışır. İddia ərizəsində göstərilənlərlə razı deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Mərkəzi Hospital”ında uşaq şöbəsi yoxdur, həmçinin onlarla bağlı təhvil-təslim zamanı heç bir məlumat və ya hər hansı bir sənəd təqdim olunmadığı üçün işçiləri işə qəbul etmək qeyri-mümkündür. Yalnız əmək kitabçaları təhvil verilərkən sənədlərin arasında aşkar olunmuş Uşaq poliklinikasının işçilərinə məxsus əmək kitabçaları aktla qəbul olunmuşdu. Belə ki, həmin işçilər barəsində “X53” ASC-nin xx.xx.2019-cu il tarixli 02 nömrəli Əmri icra olunmamışdır. “X53” ASC xx.xx.2021-ci il tarixində ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Yuxarıda göstərilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X29 izahatında qeyd etmişdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə “Dövlət proqramı”na uyğun olaraq yalnız dövlətin adından təsisçi səlahiyyətini həyata keçirərək “X7” MMC-nin X53” ASC-yə çevrilməsi barədə xx.xx.2018-ci il tarixli 12 nömrəli sərəncam vermişdir. Komitə ilə, eyni zamanda keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə (“X5 və Koordinasiya Mərkəzi” X41 hüquqi varisidir) “X7” MMC-nin işçiləri arasında hər hansı əmək münasibəti mövcud olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3cü maddəsinə əsasən müəssisə-mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifəsidir. Göründüyü kimi əmək müqaviləsi işçi ilə işəgötürən arasında bağlanır və buna uyğun olaraq tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən olunur. Xidmət sözügedən subyektin işçilərinə münasibətdə işəgötürən olmadığından, onların işəgötürənə qarşı irəli sürə biləcəyi tələbləri Xidmətə qarşı qaldırması hüquqi cəhətdən əsassızdır və həmin tələblərin Xidmət tərəfindən yerinə yetiriməsi praktiki cəhətdən mümkün də deyildir. Belə ki, Xidmət əsasən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi funksiyalarını həyata keçirsə də, qeyd edilən subyektin işçiləri ilə əmək müqaviləsi bağlamaqla onları işə götürmək, onlara əmək haqqı ödəmək və əmək münasibətləri üzrə digər öhdəlikləri yerinə yetirmək səlahiyyətlərinə aid deyildir. Eyni zamanda bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz “Uşaq poliklinikası” tibbi fəaliyyətlə bağlı lisenziya olmadan, müvafiq dövlət ödənişlərinə etmədən, istifadə etdikləri dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə icraə müqaviləsi bağlamadan qeyri-qanuni fəaliyyət göstərir. Hazırkı mülki iş üzrə iddiaçıların peşə fəaliyyətini, onların hazırda əmək müqaviləsinə xitam verilmədiyi halda digər müəssisələrdə işə qəbul oluna bilməyəcəyinə görə iddiaçılar ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədə iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X38 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Səbail Rayon məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(009)- 672/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X14 və qeyrilərinin cavabdeh "xxxx" QSC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X53” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «məvacibin ödənilməsi» tələbinədair iddialarının təmin edilməməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli 2(103)-763/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-672/2020 saylı iş üzrə 17 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan ünvan 4 ünvanında yerləşən “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti “X53” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamına əlavəyə əsasən “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansından çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi-sanitar hissədə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 12 dekabr 2018-ci il tarixli 272 №li əmrdən görünür ki Əhmədli Tibbi-sanitar hissənin əmlakının bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və Nizamnaməsi təsdiq edilmişdir. - “X53” Açıq Səhmdar Cəmiyyətinin 24 yanvar 2019-cu il tarixli 02 №li əmrindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 12 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 1. “X53” ASC-nin tərkibində fəaliyyət göstərən X57 hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədi ilə balansdan çıxarılsın; 2. İnzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) “X53” ASC-nin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 13 fevral 2019-cu il tarixli 19 nömrəli Əmrinə əsasən, Əhmədli Tibbi-sanitar hissə” MMC-yə lisenziya alındıqdan sonra 5 gün müddətində "xxxx" MMC-nin strukturu və ştat cədvəlinin təqdim olunması nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 161s saylı sərəncamından görünür ki, “X53” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan qurumların fəaliyyətinin optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə təqdim edilmiş müraciət və sənədlərə əsasən Komitənin tabeliyində olan “X53” ASC ləğv edilmiş və “X53” ASC-nin ləğv edilmə prosesinin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci tarixli 1000/151 nömrəli sərəncamı ilə qanunvericilikdə nəzərdə tutulmuş ləğvetmə prosesinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ləövetmə Komissiyası yaradılmışdır və “X53” ASC ləğv edildikdən sonra onun mövcud ştat vahidlərinin Mərkəzi Hospitalın ştat vahidlərinə əlavə edilərək, ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli 161s nömrəli Sərəncamının birinci bəndinə əsasən “X53” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir, ikinci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu sərəncamdan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər. - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 02 sentyabr 2020-ci il tarixli 174 №li sərəncamından görünür ki, “X53” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli 161s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 5.6.11ci yarımbəndini rəhbər tutaraq: 1. “X53” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsi ilə əlaqədar ümumi balans dəyəri 3.406.605,97 (üç milyon dörd yüz altı min altı yüz beş manat 97 qəpik) olan 5mərtəbəli hospital binası, yardımçı binalar (1 mərtəbəli bitişik tikili, nasosxana, qazanxana binası) və həmin ərazidə mövcud olan əsas vəsaitlər Komitənin Tibbi Xidmət İdarəsinin balansına götürülməsi, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə (Fuad Əlizadə) və Tibbi Xidmət İdarəsinə (Ceyhun Məmmədov) əsas vəsaitlərin balansa götürülməsini və müvafiq sənədləşmə işlərinin aparılmasının təmin edilməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 may 2020-ci il tarixli təhviltəslim aktından görünür ki, “X53” ASC-nin X16 İşçiləri şöbəsinin X1 göstərilən “X53” ASCyə aid şəxsi işləri (“X53” ASC - 176 ədəd şəxsi iş, 174 ədəd əmək kitabçası, Uşaq poliklinikası – 28 ədəd şəxsi iş, 27 ədəd əmək kitabçası, X57 Hissəsi – 26 ədəd şəxsi, 26 ədəd əmək kitabçası) Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin X8 şöbəsinin rəisi X22 təhvil vermişdir. - Fərdi şəxsi hesaba dair Sosial arayışdan görünür ki, İddiaçı1 Ləğv prosesində olan “X53” Açıq Səhmdar Cəmiyyətində 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üzrə gəliri – ümumilikdə cəmi 2234,64 manat təşkil edir, 558,66 manat hesablanmış, 558,65 manat ödənilmişdir, 2018-ci il üçün isə ümumilikdə cəmi 3702,06 manat təşkil edir, 925,52 manat hesablanmış, 925,52 manat ödənilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sistemindən çıxarışdan görünür ki, İddiaçı6 “X53” ASC-də uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, əmək müqaviləsinin qurtardığı tarix – xx.xx.2020-ci ildir, aylıq əmək haqqı məbləği – 130,00 manatdır. (arayışın təyinatı kredit almaq üçün) - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sistemindən çıxarışdan görünür ki, İddiaçı5 “X53” ASC-nin uşaq poliklinikasında feldşer-laborant vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, əmək müqaviləsinin qurtardığı tarix – xx.xx.2020-ci ildir, aylıq əmək haqqı məbləği – 250,00 manatdır. (arayışın təyinatı kredit almaq üçün) - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sistemindən çıxarışdan görünür ki, İddiaçı4 “X53” ASC-nin uşaq poliklinikasında tibb bacısı vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, əmək müqaviləsinin qurtardığı tarix – xx.xx.2020-ci ildir, aylıq əmək haqqı məbləği – 250,00 manatdır. (arayışın təyinatı kredit almaq üçün) - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sistemindən çıxarışdan görünür ki, İddiaçı3 “X53” ASC-də sanitar qadın vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, əmək müqaviləsinin qurtardığı tarix – xx.xx.2020-ci ildir, aylıq əmək haqqı məbləği – 250,00 manatdır. (arayışın təyinatı kredit almaq üçün) - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sistemindən çıxarışdan görünür ki, İddiaçı2 “X53” ASC-nin uşaq poliklinikasında həkim (pediatriya uşaq bağçalarında) vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, əmək müqaviləsinin qurtardığı tarix – xx.xx.2020-ci ildir, aylıq əmək haqqı məbləği – 260,00 manatdır. (arayışın təyinatı kredit almaq üçün) - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sistemindən çıxarışdan görünür ki, İddiaçı1 “X53” ASC-nin uşaq poliklinikasında şöbə müdiri, həkim-terapevt vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, əmək müqaviləsinin qurtardığı tarix – xx.xx.2020-ci ildir, aylıq əmək haqqı məbləği – 305,00 manatdır. (arayışın təyinatı kredit almaq üçün) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsinin kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında 22 iyul 2021-ci il tarixli **********00 № li bildirişindən görünür ki, “xx.xx.2017-ci il tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmış “X53” Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin vəkil sorğusuna 27 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, "xxxx" QSC-nin balansından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin balansına verilən dövlət əmlakının siyahısında Uşaq poliklinikasının adı və ya hər hansı bir rekvizitləri qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018ci il tarixli 12 saylı Sərəncamına əsasən, "xxxx" QSC-nin tabeliyində olan “X7” MMC “X53” ASC-yə çevrilmişdir. Həmin Sərəncamın 7-ci bəndində ünvan 3 ünvanında yerləşən Uşaq poliklinikasının “X7” MMC-nin tərkibindən çıxardılaraq ayrıca özəlləşdirilməsi qeyd olunmuşdur. Həmçinin qeyd olunan Sərəncamın 8-ci bəndi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə Uşaq poliklinikası balansa götürülərək, qorunub saxlanmasına dair zəruri tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəkil sorğusuna 24 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Xidmət sözügedən subyektin işçilərinə münasibətdə işəgötürən olmadığından, onların işəgötürənə qarşı irəli sürə biləcəyi tələbləri Xidmətə qarşı qaldırması hüquqi cəhətdən əsassızdır və həmin tələblərin Xidmət tərəfindən yerinə yetirilməsi praktiki cəhətdən mümkün deyildir. Belə ki, Xidmət əsasən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi funksiyalarını həyata keçirsə də, qeyd edilən subyektin işçiləri ilə əmək müqaviləsi bağlamaqla onları işə götürmək, onlara əmək haqqı ödəmək və əmək münasibətləri üzrə digər öhdəlikləri yerinə yetirmək onun səlahiyyətlərinə aid deyildir. “Uşaq poliklinikası” tibbi fəaliyyətlə bağlı lisenziya olmadan, müvafiq dövlət ödənişlərini etmədən, istifadə etdikləri dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə icarə müqaviləsi bağlaadan qeyri-qanuni fəaliyyət göstərir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkil sorğusuna 25 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" və “Uşaq poliklinikası”nda çalışan işçilərin təminatı (əmək müqaviləsinin bağlanması, ləğvi, işdən çıxma müavinətin verilməsi və s.) onun hal-hazırki yeni mülkiyyətçisi olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilməlidir. -Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyası barədə iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçıların nümayəndəsi və vəkili Vəkil mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər isə iştirak etməmişlər. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq- ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçiarasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqvə vəzifələrini əks etdirən yazılı müqavilədir. -12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına aid edilmişdir. -43.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. -Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cu maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. -Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12.-ci maddəsinə hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar "xxxx" QSC-nin “X7" MMC ilə əmək müqaviləsi bağlayaraq həmin Cəmiyyətin balansında olan Uşaq Poliklinikasında işə qəbul edilmişlər, sonradan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 saylı fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550S saylı sərəncamına əsasən “orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin Siyahısı” təsdiq edilmiş, Nazirlər Kabinetinin sözügedən sərəncamına əsasən Cəmiyyətin Sosial İnkişaf İdarəsinin tabeliyində fəaliyyət göstərən “X7" da özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısına daxil edilmiş və qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə ələqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında Cəmiyyətin təsisçiliyi ilə “X7" MMC yaradılmışdır. Qeyd edilən MMC (tabeliyində olanUşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmiş və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X7" MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X53” ASCyə çevrilmiş və 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Müvafiq sərəncama əsasən yeni yaradılmış “X53” ASC-nin "xxxx" QSC ilə heç bir hüquqi münasibəti qalmamış, “X7" MMC-nin “X53” ASC-yə çevrilməsi və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X7" MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilmişdir. "xxxx" QSC tərəfindən 12 iyun 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X7" MMC-nin Cəmiyyətin strukturundan çıxarılması haqqında 139 saylı əmr verilmiş və qeyd olunan əmrə əsasən, “X7" MMC-nin “X53” ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılmış və 12 iyun 2018-ci il tarixli 139 saylı əmrə müvafiq olaraq, “X7" MMC-nin Uşaq Poliklinikasının Baş həkimi X27 ilə əmək müqaviləsinə xitam verilməsi barədə 13 iyun 2018-ci il tarixli 63-k saylı əmr verilmiş və xx.xx.2018-ci il tarixdə Ş.Nəzərov “X53” ASC-nin baş həkimi vəzifəsinə qəbul edilmişdir. Həmçinin “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, hazırda iddiaçılarla “X53” ASC arasında mövcud əmək müqavilələri qüvvədədir. Məhkəmə, qanunvericiliyin qeyd edilən normalarının tələbini, eləcə də “X7" MMC-nin (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilməsini və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X7" MMC-nin yenidən təşkil edilməsini, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X53” ASCyə çevrilməklə 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçməsini, “X7" MMC-nin “X53” ASC-yə çevrilməklə dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X7" MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilməsini, bununla da müvafiq sərəncama əsasən yeni yaradılmış “X53” ASC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə heç bir hüquqi münasibətinin qalmamasını nəzərə alaraq belə hesab edir ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan deyildir. Hazırki işdən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hissədə təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddia tələbi məhz iddiaya cavab verməli olan subyektə qarşı irəli sürüldüyü halda, məhkəmə bununla bağlı qərar qəbul edə bilər. “X53“ ASC-nin ləğv edilməsi və s. məsələlər ilə bağlı Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli 1000/151 №-li Sərəncamına əsasən “Bakı Kaspian Hospital“ ASC-nin ləğv edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ləğvetmə komissiyası yaradılmışdır, həmin Sərəncamın 2.4-cü bəndində cəmiyyətin işçilərinin hüquq və mənafelərinin qorunması üçün onların əmək haqqı üzrə yaranmış borcların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinin təşkil edilməsi, 3-cü bəndində cəmiyyət ləğv edildikdən sonra onun mövcud ştat vahidləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospital ştat vahidlərinə əlavə edilməsi, 4-cü bəndində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalın ştat cədvəlinə daxil edilmiş ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, iddiaçıların əmək müqavilələrinə xitam verilməsini, onların son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, “X53“ ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 №-li Sərəncamı əsasında ləğv edildiyindən “X53“ ASC-nin işçilərinin də əmək müqavilələrinə, Sərəncam verildiyi xx.xx.20220-ci il tarixdən xitam verilməlidir. Məhkəmə, cavabdehlərə münasibətdə hesab edir ki, “X53“ ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 №-li Sərəncamı əsasında ləğv edildiyindən, bundan irəli gələn, o cümlədən əmək münasibətləri üzrə məsələlərə də (əmək müqaviləsinə xitam verilməsi, son-haqq hesab və digər ödənişlərin yerinə yetrilməsi və s.) onun tərəfindən həll edilməlidir. Bundan başqa, “X53“ ASC-nin 02 saylı “Əmri”in 1 və 2-ci bəndlərinə əsasən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını nəzərə alaraq “X53“ ASC-nin tərkibində fəaliyyət göstərən Əhmədli Sanitar hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədi ilə balansdan çıxarılması, inzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) X53” Açıq Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması nəzərdə tutulmuşdur ki, bu da əmrdən irəli məsələlər üzrə ASC-nin idarəetməsində olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehliyini bilavasitə şərtləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməli, Azərbaycan Respubblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı1, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı3,İddiaçı4, İddiaçı5 və İddiaçı6 xx.xx.2020-ci il tarixədək son haqq-hesabları aparılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı1, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı3 ,İddiaçı4, İddiaçı5 və İddiaçı6 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilsin. Azərbaycan Respubblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı1, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı3 ,İddiaçı4, İddiaçı5 və İddiaçı6 xx.xx.2020-ci il tarixədək son haqq-hesabları aparılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 (yüz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia digər cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə münasibətdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-363/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-363/2023
17.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver