Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3653/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun yaşadığı ünvan 1 ünvanına (Abonentin kodu: **********20000) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan evdə ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı "Azəriqaz” İB-nin nümayəndələri tərəfindən sökülmüş və əvəzinə digər sayağac quraşdırılmışdır. Sayağac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən köhnə qaz sayağacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, sayğacda problem olub və bununla bağlı sayğacın pulunu ödəməlidir. Qaz İdarəsinin əməkdaşları qaz sayğacının zədələndiyini və bu səbəbdən 518,40 manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. İddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, müalicəsi ilə bağlı Türkiyə Respublikasına getməli olduğundan, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ”Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli, 29/1710-01502-1 saylı aktın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında əvəz olunmuş **********175 nömrəli qaz sayğacına baxış keçiriimiş, sayğacın griş və çıxış plastmas borusunun deşildiyi, mənfiyə işlədiyi, xətaların normadan artıq olduğu, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, yaranmış borcun araşdırılması barədə iddiaçının ərizəsinə baxılmış, araşdırma zamanı məlum olmuşdur ki, sonradan ödənişli G-4 markalı **********5 nömrəli qaz sayğacı xx.xx.2021-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtb edilərək yeni, əvvəlcədən ödənişli G-4 markalı **********175 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. İstifadəsində olmuş mexaniki qaz sayğacı vasitəsilə mənzilində istifadə edilmiş təbii qaza görə 198.60 manat borc yaranmış və ödənilməlidir. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanında akt üzrə tələb olunan qaz sərfiyyatına görə borc 518,40 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə heab edir ki, iddia tələbl təmin edilərək, 518,40 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə cavabdehdən ödənilməli olan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (Abonentin kodu: **********20000) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat borcun silinməsi cavabdeh X2 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3653/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3653/2022
16.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver