Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3656/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 olan mənzil iddiaçıya məxsusdur. İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə uzun müddətdir ki, yaşayır. Lakin yaşadığı mənzilin işıq sayğacı iddiaçının rəhmətlik X1nun adınadır. X1 23 yanvar 2014-cü ildə vəfat etmişdir. İddiaçının xəbəri olmadan cavabdeh akt tərtin edərək, guya iddiaçının sayğaca müdaxilə edildiyini və bununla bağlı 5214,80 manat cərimə yazılmışdır. İddiaçı yazılan cərimə ilə razı deyildir. İddiaçı və onun ailə üzvləri tərəfindən sayğaca müdaxilə edilməmişdir. Cərimə əsassız və qanunsuzdur. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus Bakı şəhəri, Xətai rayonu, köhnə Əhmədli, 4-cü Əhmədli küçəsi, ev 1003, 005 ünvanında quraşdırılmış işıq sayğacı kodu **********3005A ilə bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən hesablanmış 5214,80 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, sayğaca müdaxilə nəticəsində akt tərtib edilmiş və 5164,80 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunan abunə haqqında çıxarışdan görünür ki, ünvan 1 ünvanında abonent Zakir Sultanovun (abunə kodu:**********3005A) 2025-ci ilin mart ayı üçün borcu 5164,80 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 14 mart 2025-ci il tarixli, 010710 nömrəli aktın surətindən görünür ki, Zakir Sultanovun (abunə kodu: **********3005A) ünvan 1 ünvanında yoxlama zamanı məlum olmuşdur ki, sayğac xüsusi aparat (maqnit) vasitəsilə dövrədən kənarlaşdırılmışdır. Belə ki, sayğaca xüsusi maqnit qoyularaq sayğacın göstərici ekranı sönmüş və bu halda sayğac dövrədən kənarlaşdırılmışdır. Sayğac xətdən keçən yükü qeyd etmir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 668281 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23 yanvar 2014-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan XXİ-ЖГ seriyalı, 262549 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Zakir Sultanov, anası isə Səkinə Sultanovadır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydalarının” 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. “X2 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 14 mart 2025-ci il tarixli, 010710 nömrəli aktın surətində “sayğac xüsusi aparat (maqnit) vasitəsilə dövrədən kənarlaşdırılmışdır. Belə ki, sayğaca xüsusi maqnit qoyularaq sayğacın göstərici ekranı sönmüş və bu halda sayğac dövrədən kənarlaşdırılmışdır. Sayğac xətdən keçən yükü qeyd etmir” kimi qeydlər aparılsa da, cavabdeh həmin halların mövcud olması və iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 5164,80 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən borcun məbləği 5214,80 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun 5164,80 manat hesablandığı təsdiq edilir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hesablanmış 5164,80 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, X6 23 yanvar 2014-cü il tarixdə vəfat etdiyi, evdə faktiki istehlakçı İddiaçı olduğu halda, cavabdeh müqavilənin dəyişdirilməsini təmin etməmişdir Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 71.65 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 5164,80 manat məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 71.65 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3656/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3656/2025
19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver