Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3657/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə qarşı (X11, X7, X9, X18, X19 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpa olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Abşeron rayon XDC İcrayyə Komitəsinin 2 nömrəli Zığ-Zeytun Sovxozunun və “Zeytun Aqrofirması”nın rəhbərliyi və bir neçə əməkdaşlarının iştirakı ilə X8 2 otaqlı fərdi yaşayış evinin tikilməsi üçün xx.xx.2988-ci tarixdə torpaq sahəsi təhvil verilmiş, eləcə də Abşeron rayon XDC İcrayyə Komitəsinin 2 nömrəli Zığ-Zeytun Sovxozu tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 02 nömrəli əmrə əsasən X8 fərdi yaşayış evinin tikilməsi üçün 2 nömrəli Zığ-Zeytun Sovxozu ərazisində 0.06 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində 40 kv.m sahəsi olan fərdi yaşayış evinin tikilməsi tapşırılmışdır.
2. Abşeron rayon X5 və Mülkiyyət hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi, 26 saylı yaşayış sahəsi (bundan sonra – Fərdi yaşayış evi) iddiaçının atası X1 verilmişdir.
3. X13 xx.xx.1989-cu il tarixdə ölmüşdür. İddiaçı yalnız xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri, 6 saylı Notariat Ofisinə müraciət etmiş, 6 saylı Notariat Ofisi iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir (müddətin buraxıldığı üçün).
4. İddiaçı tikildiyi vaxtdan Fərdi yaşayış evində yaşamış, atası öldükdən sonra və hal-hazıradək orada yaşamaqda davam edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri b) İddiaçı 08 dekabr 1989-cu ildə ölmüş məhrum X3ndan qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X3 xx.xx.1969-cu il tarixdə anası X20 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.1969-cu il tarixdə o, anadan olmuşdur. Ondan başqa, digər bacı və qardaşları, yəni X14, X25, X16, Cümşüdova (Əkbərova) Natavan İsmayıl qızı, X9 anadan olmuşdur. X3 08 dekabr 1989cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qeydiyyat Vəsiqəsinə əsasən Fərdi yaşayış evi X3nun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, atasından qalmış Fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 6 saylı Bakı ASAN Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi 19 aprel 2023-cü il tarixli 1118/2023 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. 08 dekabr 1989-cu ildə ölmüş məhrum X3nun qanun üzrə birinci növbəli vərəsələri o və qardaş, bacılarıdır. Hüquqi savadları olmadığından X6 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduğu barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, atası vəfat edəndən sonra Fərdi yaşayış evi olan yaşayış sahəsində yaşamış, kommunal xərcləri özü ödəmişdir. Qardaş və bacılarının hər birinin öz evi var. Onlar da ərizə yazaraq bildirmişlər ki, Fərdi yaşayış evi barədə heç bir iddiaları yoxdur.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 1133 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
9. Maddə 1151 Mirasa (Fərdi yaşayış evia) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
10. Maddə 1145 Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
11. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
12. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar).
13. Maddə 1243 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
14. Maddə 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
15. Maddə 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
20. Belə ki, işə materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Fərdi yaşayış evi 1989-cu ildə X1 verilmişdir və o, xx.xx.1989-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 258 nömrə ilə qeyd aparılmışdır.
21. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuşdur, şəhadətnamənin atası qrafasında X13, ana qrafasında X17 qeyd edilmişdir.
22. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surəti ilə müəyyən edilir ki, iddiaçının anası X17 xx.xx.1999-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 196 nömrə ilə qeyd aparılmışdır.
23. İş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçının 4 qardaşı və 1 bacısı olmuşdur. X2 xx.xx.2011-ci il tarixdə, X15 isə xx.xx.2007-ci il tarixdə ölmüşdür. İddiaçının digər iki qardaşı – X9, X11 və bacısı X10 Notariat Ofisinə ərizə ilə müraciət edərək, Fərdi yaşayış evini rəsmi və faktiki olaraq qəbul etmədiklərini və Fərdi yaşayış evi ilə bağlı məhkəmədə heç bir iddia qaldırmayacaqlarını bildirmişlər.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan ünvanladığı məktubdan görünür ki, X6 adına olan mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür.
25. İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, Fərdi yaşayış evi iddiaçının X3nun mülkiyyəti olduğundan, Fərdi yaşayış evi miras kütləsinə daxildir. İddiaçının atası və 2 qardaşı ölmüş, digər bacı və qardaşları, eləcə də, ölən qardaşlarının övladları Fərdi yaşayış evindən öz atalarına çatası olan hissəni qəbul etmədiklərini bildirmişlər.
26. İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin məhkəmə hesab edir ki, atası ölən gündən iddiaçı miras əmlak olan Fərdi yaşayış evini faktiki olaraq qəbul edərək hazırda da orada yaşadığını davam etdirdiyindən, habelə iddiaçının iddia ərizəsində göstərdikləri dəlillər və iş materiallarında olan sübutlar əsasında həmin müddət üzrlü sayılaraq uzadılmalıdır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı X4 miras qalmış Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi, 26 saylı yaşayış sahəsinə dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsi üzrlü sayılmaqla uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı