Məhkəmə qərarları › İş №2(011)-3673/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3673/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3673/2020 26.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı tərəflər arasında imzalanmış xx.xx.2018ci il tarixli müqavilə üzrə 270 manat ödənilməmiş hissə, 81 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 72 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 468 manat ödənilməmiş hissə, 140 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 864 manat ödənilməmiş hissə, 259 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 108 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 306 manat ödənilməmiş hissə, 91 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 486 manat ödənilməmiş hissə, 145 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1692 manat ödənilməmiş hissə, 507 manat cərimə, ümumilikdə 5542 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5572 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərindəki müqavilələrinə əsasən 2 ədəd Mitsubishi markalı kondisioner, Remington markalı saç qırxan, Samsung markalı televizor və tozsoran, 2 ədəd Hoffmann Led markalı televizor. Acer markalı kompüter, Braun markalı ütü, Hoffmann markalı çaynik, Hoffmann markalı kondisioner, İMEİ kod **********94268 Samsung J2. İMEİ kod **********01459 Samsung J2 markalı telefonlar almış və nəticədə 5542 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 334 manat (18 ay x 15 manat + 64 manat ilkin ödəniş) olan Samsung markalı televizor üçün ümumilikdə 351 manat olmaqla ondan 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, (0.15 manat x 540 gün), 81 (səksən bir) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 manat (18 ay x 4 manat +0 manat ilkin ödəniş) olan Remington markalı saç qırxan üçün ümumilikdə 93 (doxsan üç) manat olmaqla ondan 72 manat ödənilməmiş hissə, (0.04 manat x 540 gün), 21 (iyirmi bir) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 manat (18 ay x 26 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Led markalı televizor üçün ümumilikdə 608 manat olmaqla ondan 468 manat ödənilməmiş hissə, (0.26 x 540 gün) 140 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 manat (18 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan Acer markalı kompüter üçün ümumilikdə 1123 manat olmaqla ondan 864 manat ödənilməmiş hissə (0.48x 270gün) 259 manat dəbbə pulu hesablanmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 108 manat (18 ay x 6 manat + 0 manat ilkin ödəniş) olan Braun markalı ütü üçün ümumilikdə 140 (yüz qırx) manat olmaqla ondan 108 (yüz səkkiz) manat ödənilməmiş hissə (0.06 x 540 gün) 32 (otuz iki) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 306 manat (18 ay x 17 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı çaynik, Samsung markalı tozsoran üçün ümumilikdə 397 manat olmaqla ondan 306 manat ödənilməmiş hissə (0.17 x 540 gün) 91 (doxsan bir) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 486 manat (18 ay x 27 manat +0 manat ilkin ödəniş) olan Hoffmann Led markalı televizor uçun ümumilikdə 631 manat olmaqla ondan 486 manat ödənilməmiş hissə (0.27 x 540gün) 145 (yüz qırx beş) manat dəbbə pulu hesablanmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1692 manat (18 ay x 94 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı kondisioner, 2 ədəd Samsung J2, markalı telefonlar üçün ümumilikdə 2199 (iki min yüz doxsan doqquz) manat olmaqla ondan 1692 (min altı yüz doxsan iki) manat ödənilməmiş hissə (0.94 x 240 gün) 507 (beş yüz yeddi) manat dəbbə pulu hesablanmışdır. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, müqavilələr üzrə ödənilməmiş borc məbləğlərinin qəbul etdiyini, lakin iddiaçı tərəfindən hesablanmış cərimə məbləğlərinin yüksək olduğunu bildirmişdir. O, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, k00149138 saylı müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC “Hoffmann” markalı kondisioner, 2 ədəd “Samsung J2” markalı telefonu satmış və cavabdeh həmin əşyayalara görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 94 manat məbləğində olmaqla, ilkin 0 AZN ödəniş etməklə cəmi 1692 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, k00156110 saylı müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC “Hoffmann Led” markalı televizoru satmış və cavabdeh həmin əşyayalara görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 27 manat məbləğində olmaqla, ilkin 0 AZN ödəniş etməklə cəmi 486 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC “Acer Extensa” markalı kompüter satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 48 manat məbləğində olmaqla, ilkin 0 AZN ödəniş etməklə cəmi 864 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC “Hoffmann Led” markalı televizor satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 26 manat məbləğində olmaqla, ilkin 0 AZN ödəniş etməklə cəmi 468 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC “Samsung” markalı televizor satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 15 manat məbləğində olmaqla, ilkin 64 AZN ödəniş etməklə cəmi 334 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC “Hoffmann” markalı çaynik və “Samsung” markalı tozsoran satmış və cavabdeh həmin əşyalara görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 17 manat məbləğində olmaqla, ilkin 0 AZN ödəniş etməklə cəmi 306 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC “Braun” markalı ütü satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 6 manat məbləğində olmaqla, ilkin 0 AZN ödəniş etməklə cəmi 108 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC “Remington” markalı saçqırxan satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 4 manat məbləğində olmaqla, ilkin 0 AZN ödəniş etməklə cəmi 72 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1692 manat əsas, 507 manat cərimə, cəmi 2199 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 486 manat əsas, 145 manat cərimə, cəmi 631 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 864 manat əsas, 259 manat cərimə, cəmi 1123 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 468 manat əsas, 140 manat cərimə, cəmi 608 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 270 manat əsas, 81 manat cərimə, cəmi 351 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 306 manat əsas, 91 manat cərimə, cəmi 397 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 108 manat əsas, 32 manat cərimə, cəmi 140 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 72 manat əsas, 21 manat cərimə, cəmi 93 manat olmaqla, ümumilikdə əsas borc üzrə 4266 manat, cərimə borcu üzrə 1276 manat, cəmi 5542 manat məbləğində borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair xx.xx.2018-ci il tarixdə məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığıdan xx.xx.2018-ci il tarixli müqavilə üzrə 507 manat deyil 100 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 145 manat deyil, 50 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 259 manat deyil, 50 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 140 manat deyil, 50 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 81 manat deyil, 20 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 91 manat deyil, 20 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 32 manat deyil, 10 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 21 manat deyil, 10 manat müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1692 (bir min altı yüz doxsan iki) manat əsas, 100 (yüz) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 486 (dörd yüz səksən altı) manat əsas, 50 (əlli) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 864 (səkkiz yüz altmış dörd) manat əsas, 50 (əlli) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 468 (dörd altmış səkkiz) manat əsas, 50 (əlli) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 270 (iki yüz yetmiş) manat əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 306 (üç yüz altı) manat əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 108 (yüz səkkiz) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 72 (yetmiş iki) manat əsas, 10 (on) manat cərimə olmaqla, ümumilikdə əsas borc üzrə 4266 (dörd min iki yüz altmış altı) manat, cərimə borcu üzrə 310 (üç yüz on) manat, cəmi 4576 (dörd min beş yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumuna Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar