Məhkəmə qərarları › İş №2(011)-3674/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3674/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3674/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızınınsədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********05639 olan Samsung Galaxy A50 markalı telefon üçün 770 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı saat üçün 466 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən Casio markalı televizor üçün 150 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən Mitsubishi markalı kondisioner üçün 1.564 manat ödənilməmiş hissə, 248 manat dəbbə pulu borcu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı saat üçün 595 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 1.314 manat ödənilməmiş hissə, 197 manat dəbbə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********63902 olan Samsung Galaxy A10 markalı telefon üçün 324 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu; xx xxxxxxxx 2019cu il tarixli müqaviləyə əsasən Mitsubishi markalı kondisioner üçün 1.812 manat ödənilməmiş hissə, 362 manat dəbbə pulu olmaqla, ümumilikdə 8.334 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 8.364 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlanmış xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh 2 ədəd Mitsubishi markalı kondisioner, Samsung Galaxy A10, Samsung Galaxy A50 markalı telefonlar, 2 ədəd Samsung markalı saat, Casio markalı saat, Samsung Led markalı televizoralmış və nəticədə 8.334 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 882 manat olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 918 manat olmaqla, 770 manat ödənilməmiş hissə, 148 manat cərimə pulu borcu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 558 manat olan Samsung markalı saat üçün ümumilikdə 614 manat olmaqla, 466 manat ödənilməmiş hissə, 148 manat cərimə pulu borcu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 180 manat olan Casio markalı televizor üçün ümumilikdə 195 manat olmaqla, 150 manat ödənilməmiş hissə, 45 manat cərimə pulu borcu; xx xxxx 2019cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.656 manat olan Mitsubishi markalı kondisioner üçün ümumilikdə 1.812 manat olmaqla, 1.564 manat ödənilməmiş hissə, 248 manat cərimə pulu borcu; xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 630 manat olan Samsung markalı saat üçün ümumilikdə 689 manat olmaqla, 595 manat ödənilməmiş hissə, 94 manat cərimə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.314 manat olan Samsung Led markalı televizor üçün ümumilikdə 1.511 manat olmaqla, 1.314 manat ödənilməmiş hissə, 197 manat cərimə pulu borcu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 324 manat olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 421 manat olmaqla, 324 manat ödənilməmiş hissə, 97 manat cərimə pulu borcu; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.102 manat olan Mitsubishi markalı kondisioner üçün ümumilikdə 2.174 manat olmaqla, 1.812 manat ödənilməmiş hissə, 362 manat cərimə pulu borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il tarixli alğı-satqı müqavilələri bağlanmış, cavabdeh 2 ədəd Mitsubishi markalı kondisioner, Samsung Galaxy A10, Samsung Galaxy A50 markalı telefonlar, 2 ədəd Samsung markalı saat, Casio markalı saat, Samsung Led markalı televizor almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən xx xxxx 2020-ci il tarixə Mitsubishi markalı kondisioner üçün ödənilməmiş əsas borc 1.812 manat, dəbbə pulu 362 manat, Samsung Galaxy A10 markalı telefon üçün 324 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu, Samsung markalı saat üçün 595 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu, Mitsubishi markalı kondisioner üçün 1.564 manat ödənilməmiş hissə, 248 manat dəbbə pulu; Samsung Galaxy A50 markalı telefon üçün 770 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu; Samsung Led markalı televizor üçün 1.314 manat ödənilməmiş hissə, 197 manat dəbbə pulu; Casio markalı televizor üçün 150 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu; Samsung markalı saat üçün 466 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu olmaqla, cəmi 8.334 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 148 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 148 manat dəbbə məbləği azaldılaraq 1 manat məbləğində, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 45 manat dəbbə məbləği azaldılaraq 1 manat məbləğində, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 248 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 94 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 197 manat dəbbə məbləği azaldılaraq 13 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 97 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 362 manat dəbbə məbləği azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbiqismən təmin edilməli, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 770 manat, dəbbə pulu 10 manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 466 manat, dəbbə pulu 1 manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 150 manat, dəbbə pulu 1 manat, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.564 manat əsas, dəbbə pulu 20 manat, xx xxxx 2019cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 595 manat əsas, dəbbə pulu 5 manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.314 manat əsas, dəbbə pulu 13 manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 324 manat əsas, dəbbə pulu 5 manat, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.812 manat əsas, dəbbə pulu 60 manat olmaqla, ümumilikdə 7.110 manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 770 (yeddi yüz yetmiş) manat, dəbbə pulu 10 (on) manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmişəsas borca görə 466 (dörd yüz altmış altı) manat, dəbbə pulu 1 (bir) manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 150 (bir yüz əlli) manat, dəbbə pulu 1 (bir) manat, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.564 (bir min beş yüz altmış dörd) manat əsas, dəbbə pulu 20 (iyirmi) manat, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 595 (beş yüz doxsan beş) manat əsas, dəbbə pulu 5 (beş) manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.314 (bir min üç yüz on dörd) manat əsas, dəbbə pulu 13 (on üç) manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 324 (üç yüz iyirmi dörd) manat əsas, dəbbə pulu 5 (beş) manat, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.812 (bir min səkkiz yüz on iki) manat əsas, dəbbə pulu 60 (altmış) manat olmaqla, ümumilikdə 7.110 (yeddi min yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar