Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-369/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-i tərəfindən mərhum həyat yoldaşı X2 **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində yuxarıda göstərilən ünvandan ******* nömrəli akta əsasən G-4 markalı, İtron tipli, 1702AZ**********40 nömrəli elektron (Smart) sayğacın istismar müddəti başa çatdığı üçün Cavabdeh İB-nin Xəzər Xidmət Sahəsinin nümayənləri tərəfindən çıxarılaraq, G-4 markalı. Zenner tipli, **********1 nömrəli mexaniki sayğacla əvəz edilmişdir (ancaq həmin aktda gün göstərilsə də. ay və il qeyd edilməmişdir). Aradan 4 ay keçdikdən sonra, xx.xx.2022-ci il tarixində iddiaçı evdə olmadığı müddətdə yenə həmin nümayəndələr tərəfindən bu dəfə mexaniki sayğac debitor borc olduğu üçün ******* nömrəli akta əsasən çıxarılmış, onun yerinə G-4 markalı, İtron tipli, 018921 ******* nömrəli elektron (Smart) sayğac qoyulmuşdur. Yeni quraşdırılmış bu elektron sayğac üzrə smartkart alnaq üçün X5 Sahəsinə müraciət etdikdə iddiaçıya qaz üzrə 1061.55 manat borcunun olduğu, əgər həmin borcu qəbul elməyə və bu haqda tərtib edilmiş protokolu imzalamağa razılıq verərsə kart aktivləşdiriləcəkdir. Sonra borcu hissəhissə, hətta güzəşt tətbiq edərək (30 faizlə) ödəməsini təklif etmişlər. Smartkartı verməyərək, iddiaçıdan həmin borcu ödəməyi tələb etmişlər. Hazırda iddiaçı qazdan istifadə edə bilmir, Xəzər Qaz Xidmət Sahəsinin tələb etdiyi 1061,55 manatın 113,25 (bir yüz on üç manat 25 qəpik) manatını debitor borcu olduğunu qəbul edir. İddiaçı özü pensiyaçı olduğu üçün bu məbləği vaxtında ödəyə bilməmişdir. Qalan 948.00 (doqquz yüz qırx səkkiz ) manat isə xx.xx.2022-ci il tarixində istismar müddəti başa çatmış G-4 markalı, İtron tipli, 1702AZ**********40 nömrəli elektron (Smart) sayğac ilə bağlıdır. Bu məbləğ mərhum həyat yoldaşı X2 **********00000 saylı abonent koduna əsassız olaraq vurulmuşdur. Həmin sayğac çıxarıldıqdan sonra ekspertizaya göndərilmiş və müəyyən edilmişdir ki. həmin saycağın çıxış platsmas borcu deşilmişdir. Abunəçi mərhum həyal yoldaşım X3r. O. xx.xx.2020-ci il tarixində vəfat elmişdir. Onunla Xəzər (keçmiş Əzizbəyov) rayon Qaz İstismar İdarəsi arasındaxx.xx.2006-cı il tarixində “Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında” 03/2-2214 nömrəli müqavilə bağlanmış və ona **********000 nömrəıli abunə kodu verilmişdir. Yuxarıda göstərilən fərdi yaşayış evi həyat yoldaşı vəfat etdikdən sonra 11.01.202 l-ci il tarixində iddiaçının adına keçirilsə də (dövlət reyestrindən çıxarış - qeydiyyat nömrəsi **********). qaz bu günə kimi iddiaçının adına rəsmiləşdirilməmişdir, Bu səbəbdən də '‘Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında * hər iki akt mərhum həyat yoldaşının adına tərtib edilmişdir. Həmin məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixində iddiaçı şəxsən Bakı Regional Qazın Satışı Departamentindo olmuşdur. Məsələnin yerində araşdırlması üçün iddiaçıya ərizə yazılması bildirilmişdir. İddiaçı tərəfindən ərizə yazılaraq, imzalanaraq təqdim edilmişdir. Həmin ərizənin araşdırılması ilə əlaqədar Cavabdeh İB xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X02025 nömrəli məktubunda bildirilmişdir ki. xx.xx.2022-ci il tarixində çıxarılmış 1702AZ **********40 nömrəli elektron (Smart) sayğacı X1 Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-01983-1 saylı aktına əsasən Sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, yivli brləşmələri korroziyaya uğramış, sayğac minimal sərfıyyatda- İ00% xətayla işləyir, hesablama mexanizmi minimal sərfıyyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır rəyi verilmişdir. "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti də bu akta əsaslanaraq ******* nömrəli akt tərtib edərək, qaz sayğacının zədələnməsi nəticəsində 8640 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirmişdir. Nəticədə abunəçi mərhum həyat yoldaşı Cavanşir Gülbalayevin adına olan koda 948,00 manat yükləmişdir. Bakı Regional Qazın Satışı Departamentinin məktubda daha sonra qeyd edilir ki, məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət edə bilərlər. Yəni iddiaçının etirazı qəbul edilməmişdir. Hesablanmış bu borcu aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab ediriik:
1. Köhnə qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edilməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində cavabdehə maddi ziyan vurmasına dair iddiaçıya hər hansı bir sübut təqdim edilməmişdir. Bu halda o törətmədiyi hüquq pozuntusuna görə niyə məsuliyyət daşımalıdır?
2. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli Aktda 1702AZ1301 17066340 nömrəli qaz sayğacının bilavasitə Azəriqazın nümayəndələri - Xəzər Xidmət sahəsinin mühəndisi Mircavid Seyidov və çilingər Cəmşid Ohırədov tərəfindən çıxarılması göstərilmişdir.Yəni həmin sayğac rezbələri, muftaları açılaraq çıxarılmamışdır, çilingər tərəfindən qaynaq vasitəsi ilə kəsilib götürülmüşdür. Qaynaq işləri görülərkən qığılcımların “sayğacın çıxış plastmas borusunun üzərinə düməsi qaçılmazdır. Həmin qığılcımların təsiri nəticəsində "sayğacın çıxış plastmas borusu”nda da deşik açıla bilər. Həm də “sayğacın çıxış plastmas borusu” xarici baxışda görünən hissələrə daxildir. Əgər iddiaçı tərəfindən həmin hissə zədələnmişdirsə (artıq həmin dövrdə həyat yoildaşı vəfat etmiş), onda nə üçün xx.xx.2022-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmişdir? Bu zədə iddiaçı tərəfindən deyil, Azəriqazın nümayəndələrinin sayğacı çıxararkən bilavasitə diqqətsizliyi və kobud işləri nəticəsində baş verə bilər. Belə olan halda həmin sayğacın zədələnməsi ilə əlaqədar borc nə üçün iddiaçıdan tələb edilir?
3. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktdali aktda 1702AZ**********40 nömrəli elektron (Smart) sayğacın istismar müddəti başa çatdığı üçün çıxarılması göstərilmişdir. Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-01983-1 saylı aktında göstərilir ki. Sayğaca baxış keçirilərkən sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı müəyyən edilmişdir. Korroziya isə metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasına deyilir. Deməli, sayğacın göstərilən hissələri də korroziyaya uğradığı üçün dağılmışdır. Deməli, istehlakçı, yəni iddiaçı tərəfindən sayğaca toxunulmamış və ya hər hansı bir müdaxilə edilməmişdir. Belə olan halda iddiaçı nə üçün həmin borcu ödəməlidir?
4. Sayğac xx.xx.2022-ci il tarixində çıxarılsa da. BRQSD tərəfindən qaz sayğacının zədələnməsi ilə əlaqədar tərtib edilmiş ******* saylı Aktın bir nüsxəsi bu günə kimi iddiaçıya təqdim edilməmiş və poçtla ünvanına göndərilməmişdir. Əgər iddiaçı Xəzər Qaz Xidmət Sahəsində olmasaydı, bu barədə heç bir məlumatı da olmayacaqdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubda qedy edilmişdir ki, İddiaçı məxsus mənzildə sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi, yivli birləşmələrin korroziyaya uğradığı aşkar edildiyinə görə sayğac istismara yarasızdır rəyi verilmişdir bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək 948 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 948 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu:**********00000) hesablanmış 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova