Məhkəmə qərarları › İş №2(011)-3692/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3692/2023

25.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3692/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş pulun qaytarılması” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli qazın dəyəri barədə hesab (bildiriş-xəbərdarlıq) üzrə İddiaçı tərəfindən Cavabdehnə ödənilmiş 712,50 manat məbləğində pul ödənişinin Cavabdehndən tutularaq iddiaçıya geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur və həmin evdə daimi yaşayışı yoxdur. Cavabdeh İB tərəfindən həmin ünvana **********00007 nömrəli abonent hesab nömrəsi verilmişdir. xx.xx.2022-ci il tarixində, bir öncəki ay üçün (11/2022-ci il üçün) həmin ünvanda istehlak olunmuş təbii qaza görə 24,25 manat məbləğində pul ödənişi etmiş və daha sonra 1 ay müddətində həmin evdə yaşamamışdır. xx.xx.2023-cü il tarixində isə, ünvana verilmiş qazın dəyəri barədə hesabdan (bildiriş xəbərdarlıq) müəyyən olunmuşdur ki, təbii qaza görə ödəniləcək məbləğ qismində Cavabdeh İB-yə 712,50 manat məbləğində pul borcu vardır. Halbuki qazın dəyəri barədə hesabın əvvəlki və son göstəricilərinə nəzər salsaq müəyyən edərik ki, 75154540 nömrəli qaz sayğacı üzrə əvvəlki və son göstəricələr 70305 m2, sərfiyyat isə 0,00 m2 qeyd olunmuşdur. Göstərilənlərdən müəyyən olunur ki, qaz sayğacı üzrə sərfiyyat göstəricisi 0,00 m2, eləcə də qaz sayğacı üzrə əvvəlki və son göstəricələr 70305 m2 qeyd olunduğu halda əsassız olaraq iddiaçıya 712,50 manat məbləğində qanunsuz borc yazılmışdır. İddiaçının ünvanı üzrə yazılmış həmin əsassız borca görə qaz sayğacı bloka salınmış, yalnız həmin borcu iddiaçıya qanunsuz olaraq məcburi ödətdirdiklərindən sonra qaz sayğacı blokdan çıxarılmışdır. Hazırda isə hesab edirik ki, xx.xx.2023-cü il tarixində iddiaçının ünvanına təqdim edilmiş hesabda (bildiriş - xəbərdarlıqda) qeyd olunmuş 712,50 manat məbləğindəki əsassız borca görə xx.xx.2023-cü il tarixində iddiaçıdan məcburi qaydada alınmış 712,50 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qeyd edilən ünvanda iddiaçı sayğac vasitəsilə təbii qazdan istifadə edir, yaranan borc akt əsasında yazılmamışdır, iddiaçı təbii qazdan istifadə etmiş, lakin onun dəyərini ödəməmişdir, nəticədə borcu yaranmışdır, qeyd olunan borc onun abonent hesabına əlavə edilmişdir, borcun qazdan istifadə nəticəsində yaranması saldodan da görünür, ödəniş edilməmiş, borc artmışdır, borcun akt əsasında yazılmasına dair sübutlar da onun tərəfindən iş materiallarına əlavə edilməmişdir. Sonda cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, abonent İddiaçı ünvan 1 ünvanı üzrə **********00007 saylı abonent hesabına 12/2022-ci il tarixi üzrə ay sonuna borcu 712,50 manatdır, ünvan üzrə xx.xx.2017-ci il tarixdə “Elster G-25” mexaniki tipli sayğac quraşdırılmışdır, cihaz 4 gözlü qaz plitələridir (PQ-4) və qazandır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bildiriş-Xəbərdarlıqdan görünür ki, İddiaçı **********00007 abonent kodu üzrə 712,50 manat məbləğində pul ödəməlidir. İş materiallarında olan Ödəmələr barədə çıxarışdan görünür ki, **********00007 abonent kodu üzrə xx.xx.2023-cü il tarixdə 712,50 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında Elster G-25 markalı qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir, onun **********00007 saylı abonent koduna təbii qaz sərfiyyatına görə 12/2022-ci il tarixinə borcu 712,50 manat təşkil edir, saldo üzrə hesablanmış məbləğ sayğac əsasında istifadə edilmiş təbii qaz sərfiyyatına görədır. Bununla belə, iddiaçıya məxsus abonent koduna hesablanmış borcun əsassız olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etməkdə halı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha azmiqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş pulun qaytarılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, istehlakçıların hüquqlarının qorunması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “xx.xx.2023-cü il tarixli qazın dəyəri barədə hesab (bildiriş-xəbərdarlıq) üzrə İddiaçı tərəfindən Cavabdehnə ödənilmiş 712,50 manat məbləğində pul ödənişinin Cavabdehndən tutularaq iddiaçıya geri ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar