Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3713/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Əlavə qətnamə çıxarılması məsələsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Bakı X3 Departamentinin xx.xx.2021-ci il tarixli, D12085 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 90 manat məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3713/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00061) dair İddiaçı hesablanmış 90 manat məbləğində borcun silinməsi, iddia tələbinin Bakı X3 Departamentinə aid hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək iş üzrə əlavə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh əlavə qətnamə çıxarılmasına dair məsələyə baxılması üçün məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməmələri əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən, məhkəmə əlavə qətnamə çıxarılması məsələsinə cavabdehin olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işi nəzərdən keçirərək hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh Bakı X3 Departamentinin xx.xx.2021-ci il tarixli, D12085 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 90 manat məbləğində cərimənin silinməsi barədə tələb irəli sürülmüşdü. Həmçinin, xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclası zamanı da iddiaçının nümayəndəsi izahat verərək, aktın ləğv edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3713/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının iddia tələbinin Cavabdeh Bakı X3 Departamentinin xx.xx.2021-ci il tarixli, D12085 nömrəli aktın ləğv edilməsi” hissəsinə münasibət bildirilməmiş və hüquqi qiymət verilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh Bakı X3 Departamentinin xx.xx.2021-ci il tarixli, D12085 nömrəli aktın ləğv edilməsi hissəsində əlavə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər. Göstərilən müddəaya əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh Bakı X3 Departamentinin xx.xx.2021-ci il tarixli, D12085 nömrəli aktın ləğv edilməsinə dair tələb irəli sürdüyündən, həmin tələb üzrə sübutlar təqdim etdiyindən və buna dair iddiaçının nümayəndəsi izahat verdiyindən, lakin həmin tələb mahiyyəti üzrə həll edilmədiyindən göstərilən iddia tələbinin təmin edilməsinə dair əlavə qətnamə çıxarılmalıdır. İş materiallarında olan qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması barədə aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilərkən cavabdehin əməkdaşlarının imzası olsa da, iddiaçının adının qarşısında “imtina” qeydi yazılmaqla akt onun tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirkı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Həmçinin qaz sayğacının işləmədiyi dövr üçün əvvəlki aylar üzrə orta sərfiyyat nəzərə alınaraq borcun hesablanması barədə aktda qeyd edilən sayğacın ikiyə parçalanması barədə qeydin əsaslandığı rəy verilməsi üçün keçirilmiş yoxlamada iddiaçının iştirak etməməsi onun qanuni və əsaslı olmasını mübahisələndirməyə imkan verir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxılıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilən qanunvericilik normasının mənasından da göründüyü kimi, aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Cavabdeh hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan, məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəları da eyni ilə cavabdeh tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli D12085 nömrəli akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 229 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İş üzrə əlavə qətnamə çıxarılsın. Cavabdeh Bakı X3 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, D12085 nömrəli akt ləğv edilsin. Əlavə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3713/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(011)-3713/2022
26.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver