Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3735/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı cavabdeh Azərabaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı əqdin etibarsız hesab edilməsinə və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı X2 ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında Kürdəmir rayonu Atakişili kəndində yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair xx xxxx 2010-cu il tarixli, 2653 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin torpaq sahəsinə dair X1 adına verilmiş çıxarışın ləğv edilməsi, həmçinin həmin evə dair iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsi Kürdəmir rayonu inzibati ərazisində yerləşir. Məhkəmə qeyd edir ki, htorpaq sahəsinə dair xx xxxx 2010-cu il tarixli, 2653 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin torpaq sahəsinə dair X1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbləri, nəticə etibarılə, daşınmaz əmlaka dair hüquqların pozulması ilə bağlı olduğundandan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əmlakın olduğu yerə görə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mövcud iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyətlə bağlı norması nəzərə alınmaqla, mübahisəli mənzilin olduğu yerə görə məhkəməyə verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3735/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3735/2021
09.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver