Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-374/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdaiəsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 651 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 681 manat borcun tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5931/2019 saylı 27.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh 651 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, cəmi 681 manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 22.09.2020-cu il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən **********009003 saylı abonent koduna 651 manat ödəniş həyata keçirilmişdir. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5931/2019 saylı 27.06.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır, Cavabdeh tərəfindən 22.09.2020-cu il tarixində **********009003 saylı abonent koduna 651 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 261.0.2, 262-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Azəriqaz” X1 Müşərrəf Həbib qızına qarşı “borcun tutulması” barədə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-374/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-374/2021
19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver