Məhkəmə qərarları › İş №2(011)-3748/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3748/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3748/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs “Rabitəbank ASC”-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyun 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədəki ölümü qeydə alınmış X6 Rabitə Bank ASC tərəfindən verilmiş **********0944-174726 hesab nömrəsində və Rabitəbank ASC-nin Nizami filialı tərəfinfən verilmiş **********0944-174726 saylı hesab nömrəsində qeydə alınmış X7 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.06.2021-ci il tarixli məhkəmə iclasında Ərizəçi iddia tələbinə dəqiqləşdirmə verərək bildirdi ki, Rabitəbank ASC-də **********0944-174726 saylı hesab nömrəsinə qoyulmuş 5000 manat və 9348 manat pulun X8 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, anası X7 10.01.1956-cı ildə Şəmkir rayonu, Dəllər kəndində doğulmuşdur, ilk olaraq o, atası X16 ilə ailə həyatı qurmuşdur, lakin hələ Ərizəçi uşaq olarkən anası ilə atasının nikahları pozulmuşdur, illər sonra anası B.S.X1 ilə ailə həyatı qurmuş, lakin bu nikah da pozulduqdan sonra, Nizami rayon Qeydiyyat Şöbəsinin verdiyi 16.06.2015-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədə anasının soyadı Cəfərova olaraq qalmışdır, anası B.S.Cəfərova 23.06.2020-ci il tarixdə ölmüşdür və bu barədə Sabunçu rayon Qeydiyyat Şöbəsi 27.06.2020-cı il tarixdə ölüm haqqında şəhadətnamə ilə ölüm faktını qeydə almışdır, şəxsiyyət vəsiqəsində Ərizəçi anası X6 X3 qeydə alındığından yaşa görə pensiyası da bu vəsiqə əsas götürülərək təyin olunmuşdur, bununla yanaşı X2 Bank ASC ilə bank əmanəti müqavilələri bağlamışdır və adına hesab açılmışdır, onun adına halhazırda Rabitəbank ASC-də 9.348 manat və 5000 manat, ümumilikdə isə 14.348 manat əmanəti vardır, Ərizəçi həmin əmanətin alınması məqsədilə RabitəBank ASC-yə müraciət etmiş, lakin ona cavab olaraq bildirilmişdir ki, bu məsələnin həll edilməsi məqsədilə məhkəməyə müraciət edilməlidir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. 29.06.2021-ci il tarixli məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil Ərizəçi izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, X7 14.10.2015-ci il tarixdə 4000 manat əmanəti 1 illik müddətə 12% dərəcəsilə, 14.10.2016-cı il tarixdə 3200 manat əmanəti 1 illik müddətə 13% dərəcəsilə, 14.10.2017-ci il tarixdə 3200 manat əmanəti 1 illik müddətə 9% faiz dərəcəsilə, 26.10.2018-ci il tarixdə 9348 manat manəti 1 illik müddətə 10% dərəcəsilə, 14.01.2019-cu il tarixdə 6000 manat məbləğində əmanəti 10% dərəcəsilə yerləşdirməsini əks elətdirən bank əmanəti müqavilələri bağlamışdır, bununla da B.S.Salmanzadənin adına cari-hesab açılmışdır, o, müxtəlif vaxtlarda hesabından pul çəkmişdir və nəticədə hesabında 5000 və 9348 manat, ümumilikdə 14,348 manat məbləğində pul qalmışdır. Nümayəndə eyni zamanda bildirdi ki, gələcəkdə miras əmlak açıldığı təqdirdə əmanət qismində yerləşdirilmiş 14,348 manat məbləğində pul vəsaiti üzərində vərəsəlik ilə bağlı münasibətlər yaranacaqdır ki, bu da hüquq münasibətlərin tənzimlənməsinə maneə ola bilər, ona görə də hesab edir ki, əmanət kitabçalarının faktiki olaraq kimə məxsus olması müəyyən olunmalıdır. Sonda N.Bədəlov qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəçinin, onun və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında X11 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi ilə yaxın qohumdurlar, mərhum isə onun X7 hələ sağ ikən ona “RabitəBank ASC”-də 5000 və 9000 manat pulunun olması və o pulu qızının yox, onun adına keçirmək istədiyini bildirmişdir, o, həmin əmanəti əvvəl Azərbaycan Beynəlxalq Bankında yerləşdirməsinə baxmayaraq, daha sonra Rabitə Bank ASC ilə bank əmanəti müqaviləsi bağlamış və əmanəti sonuncunda yerləşdirmişdir, bununla yanaşı o, həm də pensiya da alırdı. İş materiallarında olan AZ-İİ 086874 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 23.06.2020-ci il tarixdə ürək çatışmazlığından ölmüşdür. İş materiallarında olan AZ-İ 215785 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X6 nikahları 16.06.2015-ci il tarixdə ləğv edilmişdir. Qadına-Cəfərova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 057772 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 10.01.1956-cı il tarixdə Şəmkir rayonunun Dəllər kəndində doğulmuşdur. Onun atası X13, anası X4r. İş materiallarında olan XVİ-ЖГ 256700 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X16, anası X10r. İş materiallarında olan Xətai RPİ tərəfindən 16.07.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Bəsdi Səməd qızının soyadı Salmanzadə olaraq qeyd edilmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Asan 2 tərəfindən 27.06.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən Bəsdi Səməd qızının soyadı Cəfərzadə olaraq qeyd edilmişdir. İş materiallarında olan **********944-174726 nömrəli hesabdan çıxarışdan görünür ki, X5 14.01.2019-cu il tarixində hesabında 6000 manat məbləğində əmanəti olmuşdur, 24.02.2020-ci il tarixdə həmin hesabdakı məbləğdən 1000 manat pul götürmüşdür. İş materiallarında olan **********944-174726 nömrəli hesabdan çıxarışdan görünür ki, X5 14.10.2015-ci il tarixində 4000 manat əmanət yerləşdirdiyi hesabından müxtəlif vaxtlarda mədaxil-məxaric əməliyyatlarını həyata keçirmiş və nəticədə 9348 manat məbləğində əmanəti vardır. İş materiallarında olan NZDPM-0922-01 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, Rabitə Bank ASC ilə X7 arasında 14.01.2019-cu il tarixdə predmeti 6000 manat pul məbləği olan, 1 illik müddətə, illik 10% dərəcəsi müəyyənləşdirilmiş bank əmanəti müqaviləsi imzalanmışdır. İş materiallarında olan NZDPM-0698-07 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, Rabitə Bank ASC ilə X7 arasında 26.10.2018-ci il tarixdə predmeti 9348 manat məbləği olan, 1 illik müddətə, illik 10% dərəcəsi müəyyənləşdirilmiş bank əmanəti müqaviləsi imzalanmışdır. İş materiallarında olan NZDPM-0698-01 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, Rabitə Bank ASC ilə X7 arasında 14.10.2015-ci il tarixdə predmeti 4000 manat məbləği olan, 1 illik müddətə, illik 12% dərəcəsi müəyyənləşdirilmiş bank əmanəti müqaviləsi imzalanmışdır. İş materiallarında olan NZDPM-0698-03 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, Rabitə Bank ASC ilə X7 arasında 14.10.2016-cı il tarixdə predmeti 3200 manat məbləği olan, 1 illik müddətə, illik 13% dərəcəsi müəyyənləşdirilmiş bank əmanəti müqaviləsi imzalanmışdır. İş materiallarında olan NZDPM-0698-04 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, Rabitə Bank ASC ilə X7 arasında 14.10.2017-ci il tarixdə predmeti 3200 manat məbləği olan, 1 illik müddətə, illik 9% dərəcəsi müəyyənləşdirilmiş bank əmanəti müqaviləsi imzalanmışdır. İş materiallarında olan NZDPM-0698-05 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, Rabitə Bank ASC ilə X7 arasında 17.10.2017-ci il tarixdə predmeti 6650 manat məbləği olan, 1 illik müddətə, illik 9% dərəcəsi müəyyənləşdirilmiş bank əmanəti müqaviləsi imzalanmışdır. Beləliklə, iş materialları əsasında müəyyən olunmuşdur ki, 10.01.1956-cı il tarixdə Şəmkir rayonunun Dəllər kəndində doğulmuş X21 23.06.2020-ci il tarixdə ürək çatışmazlığından ölmüşdür, onun 16.07.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində soyadı “Salmanzadə”, 24.06.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində soyadı isə “Cəfərova” kimi qeyd edilmişdir, X12 ilə X7 eyni şəxsdir, o, Rabitə Bank ASC ilə bağlanmış NZDPM-0922-01 nömrəli, NZDPM-0698-07 nömrəli, NZDPM-0698-01 nömrəli, NZDPM- 0698-03 nömrəli, NZDPM-0698-04 nömrəli və NZDPM-0698-05 nömrəli bank əmanəti müqaviləsinin tərəfidir, Rabitəbank ASC-də olan **********0944-174726 saylı hesab nömrəsi və həmin hesabda olan 5000 manat və 9348 manat pul X8 məxsusdur, ərizəçi hüquqi əhəmiyyəti olan faktı başqa qaydada əldə edə bilməmişdir. Bununla belə, ərizə tələbində müəyyən edilməsi göstərilən faktın hüquqi əhəmiyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktınını müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, Rabitəbank ASC-də **********0944-174726 saylı hesab nömrəsinin (ocümlədən həmin hesabda olan 5000 manat və 9348 manat məbləğində pul vəsaitinin) X8 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X18 Cəmiyyətində olan **********0944-174726 saylı hesab nömrəsi üzrə verilmiş əmanət kitabçalarının (o cümlədən həmin hesabda olan pul vəsaitinin) X8 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar