Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3753/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin X12 iştirakı ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan “xxxx”xxxx“xxxx” MMC-yə, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi və ipotekaya xitam verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Ləğv prosesində olan “xxxx”xxxx“xxxxMMC-yə, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi və ipotekaya xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilinə dair keçirilmiş hərracın yekunları barədə 23.01.2015-ci il tarixli 09/01 saylı protokolun etibarsız hesab edilməsi, “xxxx” ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzilin ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X3 övladı olmaqla onun vərəsəsidir. 06.08.1974-cü ildən ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Anasının vəfat etməsindən sonra da həmin mənzildə yaşayaraq miras əmlakı faktiki qəbul etmişdir. Eyni zamanda anası vəsiyyətnamə ilə həmin əmlakı ona vəsiyyət etmişdir. Mərhum X8 mülkiyyətində olmuş Bakı şəhəri. Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzili 20.06.2008-ci il tarixii 36 nömrəli kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Borc alan X13 onun yaxın qohumu olmuşdur. Bundan sonra öhdəliklər lazımi qaydada icra edilmədiyi üçün bank tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsi ilə iddaçı “xxxx” ASC-nin cavabdehlər X13, X4, X9, İddiaçı, X5 və X1rşı iddia tələbi təmin edilmiş və cavabdeh X10 17.884,54 manat əsas borc, 2.105,92 manat faiz borcu, 4.247 manat gecikdirmə faizi, 15,10 manat qeydiyyat ərizəsinin dövlət rüsumu, cəmi 24.253,43 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın Anastasiya Aqudalinanın mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, mənzildə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatlarının ləğv edilməsi, mənzilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 1.08.2010-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi qismən, Yasamal rayon Məhkəməsinin 25.12.2009-cu il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olanların pasport qeydiyyatlarının ləğv edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Sonradan həmin qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 17/71-6İ saylı 14.03.2011-ci il tarixli sifariş məktubu əsasında həmin əmlak "xxxx” MMC tərəfindən açıq hərracdan satışa çıxarılmışdır. Hərracın keçirilməsi ilk dəfə 27.03.2011-ci il tarixə təyin edilmişdir. Hərrac baş tutmadığından növbəti dəfə hərracın keçirilməsi 23.05.2011-ci il tarixə keçirilmişdir. İkinci dəfə əmlak 15 % aşağı qiymətlə hərraca çıxarılmışdır. Bundan sonra İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələblərinə və İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cii il tarixli qərarına zidd olaraq 12.05.2012-ci il tarixdə, yəni bir ildən sonra 3-cii dəfə hərrac keçirilmişdir. Bundan sonra hərrac baş tutmadığından ipoteka predmeti 29.05.2012-ci il tarixli 01/1483 nömrəli təklif məktubu ilə ipoteka saxlayan "xxxx” ASC-yə təklif edilsə də, ipoteka saxlayan tərəfindən əmlak qəbul edilməmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bundan sonra Aqudalina Anastasiya tərəfindən əmlakın qiymətləndirilməsinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, sonradan iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, borcalan və ipotekaqoyan “xxxx” ASC ilə şifahi razılığa gələrək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsində qeyd olunan məbləğin ödənilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə razılaşmışlar. Borcalan və ipotekaqoyan razılıq əsasında qətnamə ilə müəyyən olunmuş borc məbləğini ödəmişlər. Belə ki, 10.08.2015-ci il tarixdə 1.500 manat,11.08.2015-ci il tarixdə 300 manat, 12.08.2015-ci il tarixdə 300 manat, 13.08.2015-ci il tarixdə 300 manat, 18.08.2015-ci il tarixdə 300 manat, 31.08.2015-ci il tarixdə 5.000 manat, 12.10.2015-ci il tarixdə 2.000 manat, 26.10.2015-ci il tarixdə 800 manat, 12.11.2015-ci il tarixdə 500 manat, 30.12.2015-ci il tarixdə 500 manat, 15.02.2016-cı il tarixdə 3.000 manat, 23.02.2016-cı il tarixdə 500 manat, 04.04.2016- cı il tarixdə 1.000 manat, 21.04.2016-cı il tarixdə 1.000 manat, 29.04.2016-cı il tarixdə 3.000 manat, 20.05.2016-cı il tarixdə 3.200 manat və 23.05.2016-cı il tarixdə 1053 manat olmaqla, cəmi 24.253 manat məbləğində pul vəsaiti xxxx ASC-yə ödənilmişdir. Tərəflər arasında razılaşma mövcud olduğundan iddiaçı tərəf əmlakın ipoteka yüklülüyündən azad olunacağına əmin olmuşdur. Belə ki, bankın rəhbər şəxsləri tərəfindən onlara bildirilmişdir ki, əmlak ipoteka yüklülüyündən azad olunmuşdur. Bundan sonra X8 dünyasını dəyişmişdir. Anasının vəfat etməsindən sonra səhhətində olan problemlərlə bağlı əmlakı öz mülkiyyətinə keçirməmişdir. O, vərəsə kimi əmlakı öz mülkiyyətinə keçirmək üçün Bakı şəhəri 15 saylı xüsusi Notariat Ofisində vərəsəlik işi açılan zaman ona bildirilmişdir ki, əmlak anasının mülkiyyətində deyildir. Bundan sonra araşdırma apararaq müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev
6. mənzil 20 üzrə təkrar və qanunsuz olaraq 08.08.2014-cü il tarixdə ilk hərrac, 15.12.2014-cü il tarixdə isə ikinci hərrac keçirilmiş, hərrac baş tutmadığından əmlak təkrar və qanunsuz olaraq 23.12.2014-cü il tarixli məktubla tələbkara təklif edilmiş və 23.01,2015-ci il tarixdə hərracın yekunlarına dair 09/01 nömrəli protokol tərtbi edilmiş və qalib “xxxx” ASC olmuşdur. Həmin hərracın yeri və vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6. mənzil 20 barəsində keçirilən hərraclar İpoteka Haqqında AR Qanununun, Mülki Məcəllənin və İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48- ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarın tələblərinə zidd olaraq 5 dəfə açıq hərrac keçirilmişdir. Bu səbəbdən hərracın nəticələri və yekun protokol etibarsız hesab edilməlidir. Eyni zamanda əmlak tələbkara 2012-ci ildə təklif olunmasına baxmayaraq onun tərəfindən qəbul edilməmiş, qanunsuz olaraq keçirilmiş hərraclar nəticəsində əmlak təkrar olaraq tələbkara təklif edilmişdir. Həmin etibarsız protokol əsasında “xxxx” ASC əmlakı öz mülkiyyətinə qəbul etmiş və bu barədə ona Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrıli çıxarış verilmişdir. Hərracın nəticələrinə dair yekun protokol etibarsız olduğundan hesab edir ki, “xxxx” ASC-nin adına verilmiş çıxarışda ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin X14 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər “xxxx MMC-nin, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.08.2010cu il tarixli, 2(102)-2591/10 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsi ilə iddaçı “xxxx” ASCnin cavabdehlər X13, X4, X9, İddiaçı, X5 və X1rşı iddia tələbi təmin edilmiş və cavabdeh X10 17.884,54 manat əsas borc, 2.105,92 manat faiz borcu, 4.247 manat gecikdirmə faizi, 15,10 manat qeydiyyat ərizəsinin dövlət rüsumu, cəmi 24.253,43 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın Anastasiya Aqudalinanın mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, mənzildə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatlarının ləğv edilməsi, mənzilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.08.2010-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi qismən, Yasamal rayon Məhkəməsinin 25.12.2009-cu il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olanların pasport qeydiyyatlarının ləğv edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 17/71-6İ saylı 14.03.2011-ci il tarixli sifariş məktubunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli icra vərəqəsinə əsasən, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilin realizə edilməsi "xxxxMMC-yə təklif olunmuşdur. "xxxx MMC-nin açıq hərracın keçirilməsinə dair 23.04.2011-ci il tarixli bildirişindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil ilkin satış qiyməti 43000 manat olmaqla satılmaq üçün açıq hərraca çıxarılması barədə tərəflərə bildiriş ünvanlanmışdır. "xxxx” MMC-nin açıq hərracın keçirilməsinə dair 12.05.2012-ci il tarixli bildirişindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil ilkin satış qiyməti 43000-15%=36550 manat olmaqla ikinci hərraca çıxarılması barədə tərəflərə bildiriş ünvanlanmışdır. "xxxx MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 29.05.2012-ci il tarixli təklif məktubunun surətindən görünür ki, Nizami rayon İcra Şöbəsinin 17/71-17-61 saylı, 14.03.2011-ci il tarixli sifariş məktubuna əsasən “İcra haqqında” Azərbaycan Respublikası qanununun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar bildirilmişdir ki, ipoteka ilə yüklənmiş Bakı şəh., Nizami ray., R.Rüstəmov küç., 6 saylı evin 20 saylı mənzili təklif daxil olan tarixdən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa, 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 27412,5 manat olmaqla ala bilər. Təklif daxil olan tarixdən 30 gün müddət əızində təklifə yazılı surətdə ipoteka predmetinin hərrac vasitəsi ilə əldə etmək ücün keçiriləcək hərrac tarixini müəyyənləşdirib rəsmi məlumat verilməlidir. Təklifə görə göndərilən cavaba əməl olunmadığı halda ipotekanı əldə etmək istəyindən imtina və işin içra müddəti başa çatdığı üçün sənədlər sifarişçiyə qaytarılacaq. Hərracın yekunlaşdırılması müddətində ipoteka predmetini əldə etməməsinə görə ipotekaya xitam verilir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin “xxxx” ASC-yə ünvanladığı 19.06.2012-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Yaşama! rayon məhkəməsinin 2(004)- 4539 saylı 25.12.2009-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 6 mənzil 20-yə yönəldilərək açıq hərracda satılması qərara alınmışdır. Həmin mənzil qanunamüvaliq qaydada qiymətləndirilmiş və hərraca çıxarılmışdır.Lakin həmin mənzil hərracda satılmadığından sənədlər hərrac təşkilatı tərəfindən geri qaytarılmışdır. Odur ki, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci və 43-cii maddələrinə əsasən tələbkara hüququndan istifadə etməklə ipoteka predmeti olan mənzili ipotekasaxlayan kimi əldə etməsi təklif olunur. Əks halda bu ipotekaya xitam verilməsi ilə nəticələnməklə qanunvericilikdə nəzərdə tutlmuş tədbirlər görüləcəkdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 17/71-6İ-34 saylı 24.06.2016-cı il tarixli sifariş məktubunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli icra vərəqəsinə əsasən, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilin realizə edilməsi "xxxxMMC-yə təklif olunmuşdur. "xxxx” MMC-nin açıq hərracın keçirilməsinə dair 25.11.2014-cü il tarixli bildirişindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil ilkin satış qiyməti 43000-15%=36550 manat olmaqla ikinci hərraca çıxarılması barədə tərəflərə bildiriş ünvanlanmışdır. "xxxxMMC tərəfindən xxxxASC-yə ünvanlanmış 23.12.2014-cü il məlumatın surətindən görünür ki, Nizami rayon İcra Şöbəsinin 17/71-6İ-34 saylı 24.06.2014-cü il tarixli sifariş məktubuna əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdınlması ilə əlaqədar tələbkara bildirilmişdir ki, üzərinə tələb yönəldilmiş və ipoteka ilə yüklənmiş Bakı ş, Nizami r, R.Rüstəmov küç 6 saylı evin 20 saylı mənzili məlumat daxil olan tarixdən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 27412,5 manat olmaqla ala bilər. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4 - 43.8 və 18-ci maddələrinin şərh edilməsinə dair qərarına görə yuxanda qeyd olunmuş ipoteka predmetini təkrar hərrac 23 dekabr 2014-cü il tarixindəki baş tutmamış elana müvafiq olaraq 30 təqvim günü ərzində ipoteka saxlayan qismində əldə etməlidir. Əks təqdirdə ipotekaya xitam veriləcəkdir. Hərracın yekunları barədə 23.01.2015-ci il tarixli 09/01 saylı protokolun surətindən görünür ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən qiyməti 27412,50 manat olmaqla Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil tələbkar “xxxx” ASC tərəfindən əldə edilmişdir. ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil 04.07.2015-ci il tarixdə “xxxx” ASCni adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş qəbzlərin surətindən görünür ki, X13 tərəfindən “xxxx” ASC-nin hesabına 10.08.2015-ci il tarixdə 1.500 manat,11.08.2015-ci il tarixdə 300 manat, 12.08.2015-ci il tarixdə 300 manat, 13.08.2015-ci il tarixdə 300 manat, 18.08.2015-ci il tarixdə 300 manat, 31.08.2015-ci il tarixdə 5.000 manat, 12.10.2015-ci il tarixdə 2.000 manat, 26.10.2015-ci il tarixdə 800 manat, 12.11.2015-ci il tarixdə 500 manat, 30.12.2015-ci il tarixdə 500 manat, 15.02.2016-cı il tarixdə 3.000 manat, 23.02.2016-cı il tarixdə 500 manat, 04.04.2016- cı il tarixdə 1.000 manat, 21.04.2016-cı il tarixdə 1.000 manat, 29.04.2016-cı il tarixdə 3.000 manat, 20.05.2016-cı il tarixdə 3.200 manat və 23.05.2016-cı il tarixdə 1053 manat olmaqla, cəmi 24.253 manat məbləğində pul vəsaiti ödənilmişdir. 21.04.1994-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 ünvan 5 ünvanında yerləşən ona məxsus 2 otaqlı ümumi sahəsi 42,53 kv.m. mənzili X2 vəsiyyət etmişdir. Vəsiyyətnamə 30 saylı Bakı dövlət notariat kontorumun notariusu Y.A.Sultanov tərəfindən təsdiq edilmiş, reyestrdə 2B 131 № ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami Rayon 50 saylı MKİS-nin 29.03.2021-ci il tarixli arayışından görünür ki, X7 06.08.1974-cü il tarixdən hal-hazıra kimi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının “İpoteka Haqqında” Qanununun 44-cü maddəsinə əsasən, Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, X3 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilinə dair 2011- 2012-ci illərdə hərracın keçirilməsinə, hərrac baş tutmadığından həmin mənzilin dəyərindən 25% aşağı qiymətlə tələbkar "xxxx” ASC-yə təklif olunmasına, lakin tələbkar tərəfindən təklifin qəbul olunmamasına və bununla da, qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsinə baxmayaraq, 2014-cü ildə təkrarən həmin mənzilə dair hərracın keçirilməsi və mənzilin tələbkar tərəfindən əldə olunması qanunvericiliyin tələblərinə tamamilə zidd olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilin "xxxx” ASC-yə satılmasına dair “xxxx” MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 23.01.2015-ci il tarixli 09/01 saylı protokol etibarsız hesab edilməklə, mənzilə dair cavabdeh “xxxx” ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli və mənzilin ipoteka yüklülüyünə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. X3 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilin "xxxx” ASC-yə satılmasına dair “xxxx” MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 23.01.2015-ci il tarixli 09/01 saylı protokol etibarsız hesab edilsin. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilinə dair cavabdeh “xxxx” ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin və mənzilin ipoteka yüklülüyünə xitam verilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən alındığı (təqdim olunduğu) gündən 1 ay müddətinə Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev