Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3766/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB X1 İstismar İdarəsi tərəfindən yazılan 144 azn borcun silinməsi və karta yüklədiyi pul vəsaitindən borca silinən 50%-nin geri qaytarılması və ona dəyiş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, sadələşdirilmiş icraat qaydasında baxılmasının yolverilməzliyinə görə hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi cavabdeh tərəfindən iddiaçının hesabına yazılmış borcun silinməsi, borca silinən pulun qaytarılması və mənəvi zərərin ödənilməsi barədədir, borca dair tələbi təsdiq edən sübutlar (GASREP, tələbnamə, borcun mövcudluğunu təsdiq edən sübutlar və s.), iddia ərizəsinə əlavə olunmamışdır, həmçinin iddia tələbi aydın deyildir, iddiaçının cavabdehə qarşı yönəlmiş mənəvi zərərlə bağlı konkret tələbi iddia ərizəsində göstərilməmiş, ümumi olaraq “mənəvi zərərin ödənilməsi” xahiş edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia tələbinin istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar hissəsində İddiaçı dövlət rüsumu ödəməkdən azad olunsa da, qanunvericiliyə əsasən, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər hazırkı işə sadələşdirilmiş icraat qaydasında baxılması üçün kifayət etmədiyindən, habelə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar əlavə edilən sənədlərin siyahısı göstərilməlidir: Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsiə əsasən, Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bununla bərabər məhkəmə qeyd edir ki, hazırki ərizənin qəbul edilməsindən imtina edilməsi, iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 284-4-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB X1 İstismar İdarəsi tərəfindən yazılan 144 azn borcun silinməsi və karta yüklədiyi pul vəsaitindən borca silinən 50%-nin geri qaytarılması və ona dəyiş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3766/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3766/2022
18.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver