Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3785/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Enerji X2 və X3 cəlb edilməklə) “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq “Azəri-Qaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 795,25 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, ev 18 ünvanında ailəsi ilə birlikdə yaşayır. “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları xx.xx.2023-cü il tarixdə ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırdılar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcu olmamışdır. Bir müddət qazdan istfadə etdilər. Lakin bir müddət sonra ona bildiriş göndərildi ki, güya ki, köhnə qaz sayğacına müdaxilə olunmuşdur. Bununla bağlı “Azəri- Qaz“ İstehsalat Birliyinə müraciət etdi, ona bildirdilər ki, güya ki, o köhnə qaz sayğacına müdaxilə etmişdir və buna görə də 795,25 manat cərimə borcu var. İddiaçı cərimənin hansı əsasa yazıldığını araşdırmaq üçün “Azəri-Qaz“ İstehsalat Birliyinə müraciət etdi və ona bildirdilər ki, ona məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı 1602AZ**********44 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları ona məlumat verdilər ki, onlar bilirkər ki, iddiaçı sayğaca müdaxilə etməmişdir güya ki, “sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” və bu səbəbdən də, əsassız olaraq cərimə ödəməlidir. Bu səbəbdən də, 795,25 manat məbləğində cərimə pulu ödəməyi tələb etdilər. Onun yaşadığı evdə sayğac elektron sistemi ilə işləyib, bu səbəbdən də hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına hər ay smart kart ilə vaxtıvaxtında etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmişdir və plombun üzərində olub. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd edilməməsi onun günahı deyil və ona əsassız olaraq yazılan 795,25 manat məbləğində cərimə pulun silinməsi üçün ərizə ilə “Azəri-Qaz“ İstehsalat Birliyinə müraciət etmişdir lakin, nəticəsi olmayıb. O, qaz sayğacına müdaxilə etməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq “Azəri-Qaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 2.212,45 manat cərimə borcun silinməsi və əlavə olaraq tutulan 100 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlanaraq işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə 795,25 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən 2023-cü ilin mart ayında iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Bu fakt xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. 2023-cü ilin mart ayına kimi iddiaçı qazdan sayğaca müdaxilə edərək qeydiyyatsız istifadə etməklə Cavabdehnə 1.555,20 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən (sərfiyyat mənfiyə işləyərək) istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 1.555,20 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı borcun 695 manat 23 qəpik hissəsini etiraf etmiş və bunu razılaşma protokolu ilə imzası ilə təsdiq etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, ev 18 ünvanında ailəsi ilə birlikdə faktiki olaraq özü yaşayır. Ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən ona 695,25 manat borc yazılmışdır. Özü şəxsən Cavabdeh İB-nə getmişdir. Ona bildirmişdirlər ki, hissə-hissə borcunu ödədikdə qaz təchizatı bərpa ediləcək. Ona borcla bağlı təqdim edilmiş sənədi özü imzalamışdır və gələcəkdə həmin borcla bağlı məhkəməyə müraciət edəcəyini düşünmüşdür. Həmin borcdan 100 manat pul ödəmişdir. Ödənişi qaz təchizatına görə Cavabdeh İB tərəfindən ona verilmiş istehlakçı kartına yükləmişdir. Daha sonra ona məlum olmuşdur ki, ona əlavə 1555,20 manat borc hesablanmışdır. O, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 1602AZ**********44 saylı sayğacda Alarm-1 rejimi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 12.960 m3 həcmində itirilmiş qaz hesablanmışdır. X4 məxsus **********00040 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.555,20 manat borcu mövcud olmuşdur. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğacın (plombun) çıxarılma səbəbi sağaca müdaxilədir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli “istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə” razılaşma protokolundan görünür ki, xx.xx.2023-cü il tarixində təbii qaza görə “istehlakçı” İddiaçı Əlimusa qızının debitor borcu 695,25 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1.555,20 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Bundan əlavə iddiaçının qaz təchizatına görə 695,25 manat debitor borcu olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1.555,20 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair sübutlar olmadığından və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1.555,20 manat məbləğində borc silinməlidir. 695,25 manat debitor borcunun silinməsi ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin iddia tələbləri təmin edilməli deyil. Belə ki, İş materiallarında olan 29 mart 2023-cü il tarixli “istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə” razılaşma protokolundan görünür ki, həmin borc istehlak edilmiş qaz sərfiyyatına görə debitor borcudur. Debitor borcunun əsassız hesablanması iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Həmin borcun hesablanması nəticəsində ödənilmiş 100 manat məbləğinin geri qaytarılması barədə tələblər də təmin edilməməlidir. Belə ki, qeyd olunduğu kimi debitor borcun silinməsi üçün əsaslar iş materialları ilə müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, həmin borcla bağlı həyata keçirilmiş ödənişin geri alınması barədə tələblər təmin edilməli deyil. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 35,56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00040) üzrə İddiaçı 2023-cü ilin mart ayı üçün hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 35,56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3785/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3785/2023
01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver