Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3814/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların ləğv edilməsi və aktlar əsasında tətbiq edilmiş məbləğin hesab kodundan silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş 04 iyul 2018-ci il tarixli, ******* saylı, 24 sentyabr 2018-ci il tarixli, ******* saylı, 28 dekabr 2018-ci il tarixli, ******* saylı, 31 yanvar 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2020-ci il tarixli, ******* saylı və 29 yanvar 2021-ci il tarixli, ******* saylı aktların ləğv edilməsi, qeyriqanuni hesablanmış 5.725 manat məbləğin hesab kodundan silinməsi və əsassız tutulmuş 54.5 manatın qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 21 ünvanında yaşayır. 05 may 2012-ci il tarixdə ünvan 1 ünvanında küçədə itron tipli, G-4 markalı sayğac quraşdırılmış, plomb vurulmuş, iddiaçının adına **********00003 saylı kod verilmiş, qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında akt tərtib edilmiş, lakin iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. 05 yanvar 2015-ci il tarixdə sayğac smart tipli, G-4 markalı sayğacla əvəz edilmiş, plomb vurulmuş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında akt tərtib edilmişdir. 24 yanvar 2017-ci il tarixdə qaz xəttində sızma olduğu səbəbindən smart tipli, G-4 markalı sayğaca baxış keçirilmiş, sayğacda heç bir qüsur aşkarlanmamış, sızma aradan qaldırılmış, G-4 markalı sayğac yerinə quraşdırılmış, lakin yenə də iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. 31 iyul 2018-ci il tarixdə Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin komissiyasının üzvləri itirilmiş təbii qazın dəyərini hesablayaraq, iddiaçının hesab koduna 156.6 manat borc yazılmışdır. 08 yanvar 2021-ci il tarixli GASREPdən məlum olur ki, 02 may 2012-ci il tarixdə 15 yanvar 2021-ci il tarixə qədər iddiaçı 7275 kv.m qaz sərfiyyatı etmiş, 782 manat ödəniş etmiş və borca görə 54.5 manat tutulma olmuşdur. İddiaçı tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı məxsus evə baxış zamanı iddiaçının təbii sayğacdan sayğacsız qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 5.725 manat borcu mövcuddur. İddiaçıya yazılan cərimə məbləğindən sonra onun balansına yüklədiyi məbləğlərin 50 % miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək abonentin hesabından 54.5 manat məbləğində tutmalar aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertin və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı cavabdehin qızı Sevinc Hüseynovanın etirafına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən Cavabdeh İB-nə məxsus qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulma olmuşdur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 5.725 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab edir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, məhkəmə ötən ayların hesabatlarına nəzər yetirərək vətəndaşın qaz xəttinə qanunsuz qoşulması nəticəsində 2.500 manat məbləğində cərimələnməsini məqsədəmüvafiq hesab edir. Odur ki, iddiaçıya hesablanan 5.725 manat cərimə borcundan 2.500 manat saxlanılmaqla qalan 3.225 manat məbləğində borc silinməlidir. Məhkəmə iddia tələbinin əsassız tutulmuş 54.5 manatın qaytarılması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmışdır. Odur ki, cavabdeh təşkilat tərəfindən iddiaçıdan həmin pul məbləğinin tutulması əsaslı olmuşdur. Ona görə iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktların ləğv edilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00003 saylı abunə koduna hesablanmış 5.725 manat məbləğində cərimə borcundan 2.500 manat saxlanılmaqla qalan 3.225 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspetiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00003 saylı abunə koduna hesablanmış 5.725 (beş min yeddi yüz iyirmi beş) manat məbləğində cərimə borcundan 2.500 (iki min beş yüz) manat saxlanılmaqla qalan 3.225 (üç min iki yüz iyirmi beş) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3814/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3814/2021
19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver