Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3817/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən 27 iyul 2023-cü il tarixli ******* nömrəli akt üzrə hesablanmış 172.80 manat (abonent hesabı: **********00050) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı Kürdəmir rayonu, Dəyirmanlı kəndində qeydiyyatdadır. İddiaçı təbii qaz istehlakçısıdır. İddiaçı mənzildə qazdan istifadə edir və vaxtlı-vaxtında dəyərini ödəyir. Qazın abunə kodu **********0050-dir. İddiaçının atası X1 03 avqust 2021-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Elə həmin qaz istehlakçısı olaraq iddiaçı və ailəsi qazdan istifadə edir və dəyərini vaxtlı-vaxtında qaz idarəsinin əməkdaşının verdiyi bildiriş əsasında ödəyir. Lakın qaz idarəsi əməkdaşlarının səhlənkarlığı ucbatından hələ qaz idarəsində atasının adı gedir. 14 dekabr 2022-ci il tarixdə qaz idarəsinin əməkdaşları iddiaçıya məxsus olan qaz xətti üzərində olan qaz sayğacını yenisi il əvəz etmişdirlər. Bununla bağlı akt da tərtib edildi. Həmin vaxt qaz sayğacında hər hansı bir qüsur olmamışdır. Yeni ZENNER tipli qaz sayğacı quraşdırdılar. Bir neçə gün bundan qabaq qaz pulu ödəyəndə borcun çox olduğunu görmüşdür. Qaz idarəsinə getdikdə iddiaçıya demişlər ki, sizin köhnə açılan yəni mexaniki qaz sayğacında müdaxilə aşkarlanıb. İddiaçı bu halın mümknsüz olduğunu bildirəndə heç bir nəticə əldə olunmamışdır. İddiaçı cərimə ilə bağlı sənədləri tələb edərək məhkəməyə müraciət edəcəyini bildirmişdir. Sənədlərlə tanış olarkən iddiaçıya məlum olmuşdur ki, cavabdehin əməkdaşları 27 iyul 2023-cü il tarixdə ******* nömrəli akt yazaraq **********0050 nömrəli qaz hesabına 172.80 manat cərimə hesablayıblar. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. Təbii qazdan hər zaman istifadəsində olan sayğac üzrə istifadə edib dəyərini ödəmişdir. Qaz sayğacına hər hansı bir müdaxilə edilmişsə bu iddiaçının günahından ola bilməz, qaz sayğacı küçədə vətəndaşların və mal qaranın getdiyi yerdədir. İddiaçının qaz sayğacı küçədə olub qoruyucu qutuda olmayıb. Odur ki, qaz idarəsinin tərtib etdiyi akt əsassızdır. Qaz idarəsi tərəfindən iddiaçının barəsində 27 iyul 2023-cü il tarixli ******* nömrəli akt yazıblar. Akta asasən iddiaçıya 172.80 manat cərimə hesablanıb. Yazılmış cərimə tamamilə əsassızdır. İddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qaz sayğacı küçədə olub. Qaz sayğacının heç bir qoruyucu qutusu olmayıb. Qaz sayğacı açılarkən laborotoriyaya aparılması iddiaçıya izah edilməyib. Qaz sayğacı açılıb ayrıca qutuya qoyulub möhürlənməyib. Qaz sayğacına laboratoriyada baxış zamanı iddiaçının iştirakı təmin edilməyib. Akt tərtib edilərkən guya iddiaçı imzadan etmişdir. Halbuki iddiaçının mənzilinə 27 iyul 2023-cü il tarixdə qaz idarəsindən iddiaçının ünvanına ümumiyyətlə gəlinməyib. Aktda hal şahidləri yazılmayıb, ancaq iddiaçının tanımadığı cavabdehin əməkdaşlarıdır. Qaz sayğacınanın iddiaçının həyətində quraşdırılmamış küçədə quraşdırılmış, qutu ilə təmin edilməmişdir. Belə olan halda iddiaçının həmin qaz sayğacını daima nəzarətdə saxlamağı, qaz sayğacı plomblu olduğu halda ona müdaxilə etməyi mümkünsüzdür. Qaz sayğacı açıq şəraitdə, mühafizəsiz quraşdırıldığı üçün ona istənilən şəxs müdaxilə edə bilər. Bundan əlavə iddiaçının aylar üzrə istifadə etdiyi qazın miqdarı iddiaçının sayğaca müdaxilə etməməyinin, qazdan qanuni istifadə etməyinin birbaşa sübutudur. Qaz idarəsinin əməkdaşı hər ay iki dəfə sayğaca baxış keçirmiş, əgər qanunsuz hal var idisə onu görməli idi. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: İş materiallarında olan saldodan görünür ki, Hacıqabul MQKS, ünvan 1 ünvanında yerləşən **********00050 saylı abonent kodu Həsənov Şıxəlinin adına rəsmiləşdirilmişdir. Həmçinin, təqdim edilmiş şəhadətnamələrdən görünür ki, X1 iddiaçının atası olmuş və sonuncu, 03 avqust 2021-ci il tarixdə vəfat etmişdir. 27 iyul 2023-cü il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin plastmas qapağının daxilində həşəratların aşkarlandığı, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2023-cü ilin iyul ayı üzrə 172.80 manat məbləğində borcunun olması əks olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Məhkəmə belə qənaətə gəlir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, cavabdehdən məhkəmədə işə baxılması ilə əlaqədar 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00050 saylı abunə koduna hesablanmış 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3817/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3817/2024
06.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver