Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3818/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı – “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və iddiaçının abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı fərdi evdə xeyli vaxtdır ki, təbi qazdan istifadə edir. 10 iyul 2019-cu ildə X1 işçiləri həyətinə gəlib, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı akt tərtib ediblər və növbəti dövlət yoxlaması adı ilə qaz sayğacını açıb özləri ilə aparıblar. Həmin aktda qeyd edilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilmişdir. İddiaçı və ailə üzvləri tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməmişdir. Tərtib edilmiş aktda da, qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir. Bundan əlavə sayğac açılıb labaratoriyaya göndərilərkən onun iştirakı ilə qablaşdırılıb möhürlənməmişdir. X2 gedərək, qaz idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində etirazını bildirmiş. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” olan 30 iyul 2019-cu il tarixdə, ******* saylı aktla iddiaçıya 3222 (üç min iki yüz iyirmi iki) kubmetr qaz səfiyyatı hesablanmış və həmin qazın dəyəri abonent saldosuna daxil edilmişdir. Belə ki, qaz sayğacına iddiaçı və ailə üzvləri tərəfindən hər hansı bir müdaxilə olmamışdır. Bu hadisə sübut olunmadan ədalətsiz olaraq borc şəklində öhdəlik onun üzərinə qoyulmuşdur. İddiaçı ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin saldosuna əsasən abonent İddiaçı Gülməmməd oğluna (abonent kodu: **********00330) ünvan 1 ünvanı üzrə 2019-cu ilin iyul ayı üzrə akta görə hesablanmış 322,20 manat məbləğində borc daxil olmaqla, 2021-ci ilin mart ayının sonuna 528,65 manat məbləğində borcu olmuşdur, İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.07.2019-ci il tarixli, ******* saylı Aktın və 31.07.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətlərindən görünür ki, ünvan 1 ünvanında abonent İddiaçı Gülməmməd oğlunun istifadəsində olan sayğacda “sayğacın çıxış plastmas borusu deşilmişdir” aşkar edilmişdir, dəymiş zərərin ödənilməsi üçün 3220 m3 dəymiş ziyan hesablanmış və dəymiş ziyana görə 322,20 manat borc tələb edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən xüsusatlara görə rədd edilməlidir. Belə ki, iddiaçının hazırki tələbi abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi ilə bağlıdır və debitor borc akta əsasən hesablanmış borcla yanaşı abonentin istehlak etdiyi təbii qazdan istifadəsi üzrə yaranmış borcları da ehtiva edir. Bu nöqteyinəzərdən iddiaçının tələbi qeyri-müəyyən xarakter daşıdığından tələb qeyd edilən hissədə təmin ediləməməlidir. Məhkəmə iddia tələbini “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş həmin akt iddiaçının ünvanında quraşdırılmış qaz sayğacının çıxarılaraq yeni sayğacın quraşdırılması barədə tərtib edilmişdir. Yəni, həmin akt iddiaçı üçün hüquq və vəzifələr, habelə öhdəliklər müəyyən etmədən, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacının dəyişdirilməsi prosesinin qeydə alınmasını özündə əks etdirir. Beləliklə, iddia qeyd edilən aktın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh İB-yə qarşı – “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və iddiaçının abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3818/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3818/2021
19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver