Məhkəmə qərarları › İş №2(011)-3820/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3820/2021

16.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3820/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 28.02.2020-ci il tarixli, ******* saylı aktının ləğv edilməsi və həmin akt əsasında cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanına (abonent kodu: **********20000) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3.088,80 manat cərimənin, həmçinin, 2017-ci ilə kimi olan müddətə hesablanmış 425,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23.10.2018-ci il tarixdə Cavabdeh ilə “Qaz paylayıcısı ilə məişət qaz quğusu istifadəçisi arasında qazın alqı satqısı” müqaviləsi imzalanaraq yaşadığı ünvan 2 ünvanında yeni qaz sayğacı quraşdırılmışdır. 28.02.2020-ci il tarixdə Birliyin əməkdaşları yaşadığı ünvana gələrək sayğacın istismar müddətinin başa çatmasını bildirərək sayğacı çıxırmış və onu yeni tipli sayğacla əvəz etmiş və bu barədə akt tərtib etmiş və həmin akta imza etdirmişlər. Sonrada ona məlum olmuşdur ki, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş 28.02.2020-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında 28.02.2020-ci il tarixli qərar tərtib edilmiş və həmin qərarda qaz sayğacına müdaxilə nəticəsində 30888 kub metr qaz itkisi olduğu göstərilmiş və 3.088,80 manat məbləğində borc hesablanmışdır. Həmin aktda “Sayğacın çıxış plasmas borusu deşilib” qeydi sayğaca müdaxilə kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bu barədə cavabdeh təşkilata müraciət edərkən sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Bundan əlavə Birliyin “köhnə borc” adlandırdıqları, 2017-ci ilə kimi olan müddətə - 425,80 manat məbləğində borcu da onun adına heç bir əsas və subut olmadan yazmışlar. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmasını sübuta yetirməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23.10.2018-ci il tarixli AKX-0037904,10-2018 saylı nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı" barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.10-cu bəndinə əsasən qazdan istifadə qaydalarının 4.9-cu bəndinə uyğun olaraq, istehlakçının zədələnmiş qzsayğacını təmir etmək və dğvlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək, bu mümkün olmadıqda dəyişdirmək paylayıcının vəzifəsidir. İş materiallarında olan X2 əməkdaşları tərəfindən tərtib olunmuş 28.02.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus evdə sayğacın çıxış plasmas borusu deşildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. X2 28.02.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 30888 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə tələb olunan qaz sərfiyyatına görə borc 3088,80 manat və2017-ci ilə kimi olan müddətə hesablanmış borc 425,80 manat təşkil edir. 12.10.2021-ci il tarixli, 10/4572 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazın qeyri-qanuni olaraq sayğacdan kənar istifadəsi halı aşkar edilmədi. Daşıyıcı qaz xətti üzərində bir hissədə sonluğu qaynaqla bağlı vəziyyətdə olan borucuq vardır ki, həmin borucuğun sonluğunun açıq vəziyyətində kənar xətt vasitəsi ilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin, yaxud digər abonentlərin həmin borucuq vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi məsələsi məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazın qeyri- qanuni olaraq sayğacdan kənar istifadəsi halı aşkar edilmədiyindən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, ünvan 1ndə quraşdırılan qaz sayğacının normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulmanın aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 12.10.2021-ci il tarixli, 10/4572 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 102 manat təşkil etməklə dövlət büdcəsnin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə cavabdehdən ödənilməli olan 55 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 102 manat tutulub dövlət büdcəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X2 28.02.2020-ci il tarixli, ******* saylı aktı ləğv edilsin və həmin akt əsasında İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanına (abonent kodu: **********20000) hesablanmış qaz sərfiyyatına görə 3088,80 (üç min səksən səkkiz manat 80 qəpik) manat borcun və 2017-ci ilə kimi olan müddətə hesablanmış 425,80 (dörd yüz iyirmi beş manat 80 qəpik) manat borcun silinməsi cavabdeh X4 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 55 (əlli beş) manat dövlət nəfinə tutulsun. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar