Məhkəmə qərarları › İş №2(011)-3820/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3820/2022

30.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3820/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, pulun qaytarılması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh tərəfindən iddiaçıya tərtib edilmiş xx.xx.2018ci il tarixli ******* saylı akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan geriyə qalan 741 manat məbləğində borcun silinməsi və həmin borcun hesablandığı gündən etibarən iddiaçı tərəfindən smart qaz sayğacı üzrə aparılan ödənişlərdən borca tutulmuş 231 manat məbləğində pul vəsaitinin qaytarılması, ******* nömrəli aktlar üzrə əsassız hesablanmış 756 manat və 504 manat məbləğində borcun silinməsi və işə baxılması ilə əlaqədar hüquqi xidmətin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun və notariusun hesabına ümumilikdə ödənilmiş 141,50 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 972 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 172,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 504 manat olmaqla, ümumilikdə 2404,80 manat məbləğində borc hesablanmışdır. İddiaçıya tərtib edilmiş 1-ci akt üzrə hesablanmış 972 manat məbləğində borc sayğacın çıxış plastmas borusunun deşilməsi faktına görə qanunsuz hesablanmışdır. İddiaçı bildirir ki, qaz sayğacı ona məxsus fərdi yaşayış evindən aralıda yerləşir və həmin sayğaca görə cavabdehlik daşımır. Qaz sayğacına ümumiyyətlə iddiaçı müdaxilə də etməmişdir. Qeyd olunan bu səbəblərdən iddiaçı özünün barəsində tərtib edilmiş 1-ci akt üzrə hesablanmış 972 manat borc məbləğini qanunsuz və əsassız hesab edir. Nəticə 972 manat borcdan geriyə ödənilməmiş qalan 741 manat borc məbləği silinməli və borc məbləği üzrə tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 231 manat pul iddiaçıya geri qaytarılmalıdır. Tərtib edilmiş 2-ci akt üzrə hesablanmış 172,80 manat borc məbləği qaz xəttinə qanunsuz qoşulma faktına görə hesablanmışdır. İddiaçı tərəfindən qaz xəttinə həqiqətən də 1 dəfə qanunsuz qoşulma olduğundan həmin borc məbləğini qanuni və əsaslı hesab edir və həmin akt üzrə hesablanmış borcu da mübahisələndirmir. Tərtib edilmiş 3-cü və 4-cü aktlar üzrə müvafiq olaraq hesablanmış 756 və 504 manat borc məbləğləri isə həqiqətə uyğun deyildir. Belə ki, cavabdeh “Azəriqaz" İB tərəfindən İddiaçı daha sonradan uydurma şəklində aktlar tərtib edilmişdir ki, həmin aktlar həqiqətə uyğun deyildir. Çünki ilk dəfə qaz xəttinə qanunsuz qoşulduğu hal Cavabdeh İB tərəfindən yerində aradan qaldırılmışdır. Lakin, Cavabdeh İB ilkin fakta görə davamlı olaraq sonradan yeni aktlar tərtib etmişdir. İddiaçıya ümumilikdə tərtib edilmiş 3-cü və 4-cü aktlar əsasında verilmiş tələbnamələrdən də görünür ki, iddiaçıya hesablanmış 756 və 504 manat cərimə borcları məişət qaz cihazlarının günlük 24 saatlıq iş rejimi ilə hesablanmışdır. İddiaçı hesab edir ki, məişət qaz cihazlarının bütün gün ərzində 24 saat işlənmiş kimi qeyd olunaraq hesabatın aparılması da öz-özlüyündə qanunsuzdur və ümumilikdə tərtib edilmiş 3-cü və 4-cü aktlar üzrə müvafiq olaraq hesablanmış 756 manat və 504 manat borc məbləğləri silinməlidir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barəsində ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı barəsində ümumilikdə hesablanmış 2404,80 manat məbləğində borcun **********10000 nömrəli abonent hesabından silinməsi, **********10000 nömrəli abonent hesabı üzrə 12/2018-ci il tarixindən 02/2020-ci il tarixinə kimi smart qaz sayğacı üzrə aparılan ödənişlərdən borca tutulmuş 231 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılması, işə baxılması ilə əlaqədar hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil bürosunun və notariusun hesabına ümumilikdə ödənilmiş 141,50 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasında iştirak etməmiş və iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-2338/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh İB tərfindən İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin olunmuş və İddiaçı 38,70 manat təbii qazdan istifadəyə və 30 manat dövlət rüsumu tutularaq, Cavabdeh İB-nin ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, “sayğacın çıxış plastmas borusunun deşilməsi və s.” müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 9720 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni xətt aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 7560 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni xətt aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpası barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 5040 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Abonentin saldosu vərəqindən görünür ki, İddiaçı aktlar üzrə 2404,80 manat cərimə yazılmışdır. İş materiallarında olan GASREP vərəqəsindən görünür ki, İddiaçı cərimə borcuna görə 231 manat borc tutulmuşdur Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2404,80 manat məbləğində borc iddiaçıdan tələb edilmiş və həmin borcdan 231 manat iddiaçı tərəfindən qaz sərfiyyatına görə ödənilmiş vəsaitdən silinmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 2404,80 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2404,80 manat vəsait silinməli və 231 manat cərimə borcuna görə tutulmuş vəsait iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin məhkəmə xərclərinə daxil olan pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan, təmin edilməlidir. Ona görə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı vəkil xidmətlərindən istifadəyə görə 130 manat və etibarnamənin təsdiq edilməsinə görə 17,25 manat məbləğində vəsait ödəmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsaəsn, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəkil xidmətindən istifadəyə görə müqavilə bağlanması üçün ödənilmiş 130 və notarius xərclərinə görə ödənilmiş 17,25 manat məbləğində pul vəsaitindən tələb edilən 11,50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 47,77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 7A (Abonent kodu:**********10000) üzrə İddiaçı hesablanmış 2404,80 (iki min dörd yüz dörd manat səksən qəpik) manat məbləğində borc silinsin. 231 (iki yüz otuz bir) manat məbləğində borca görə tutulmuş pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı geri qaytarılsın. 141,50 (yüz qırx bir manat əlli qəpik) manat məbləğində vəkil və notarius xidmətlərindən istifadəyə görə ödənilmiş pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı ödənilsin. 47,77 (qırx yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar