Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3826/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, vəkil X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – xx.xx.2019-cu il tarixində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış Bakı şəhəri 6 saylı notariat ofisində 3M-1637 nömrə ilə qeydə alınmış “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı qohumu Cavabdeh1 ilə danışarkən, ona məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixində Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh2 ilə müəssisədə payın alqısatqı müqaviləsi bağlayaraq, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-də (Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin Dövlət qeydiyyatı idarəsi tərəfindən qeydə alınmış xx.xx.2012-ci il tarixli ********** nömrəli nizamnamə, VÖEN **********) nizamnamə kapitalında olan 50% payını 50 manata satmışdır. "xxxx" MMCdə Cavabdeh1 adına olan 50% pay formal olaraq onun adına olsa da, lakin həmin payın faktiki sahibi iddiaçının atası Toğrul Bağırov olmuşdur. İddiaçı bacısı olan Cavabdeh2 və Cavabdeh1 bildirmişdir ki, MMC-də faktiki olaraq atasına məxsus olan payı geri qaytarmalıdır. Cavabdeh1 payın həmçinin İddiaçı məxsus olduğunu bildirdikdə, Cavabdeh2 onu aldadaraq bildirmişdir ki, o guya iddiaçı ilə danışaraq razılaşıb, payın hamısı onun adına keçməlidir və sonra payın yarısı qardaşı olan iddiaçının adına keçəcəkdir. Beləliklə, Cavabdeh2 digər Cavabdeh1 aldatmaqla alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuş və həmçinin bu zaman iddiaçıya məxsus payı da qanunsuz olaraq mənimsəmişdir. Halbuki, həmin pay faktiki olaraq onların atasına məxsus olduğu üçün hər iki övlada bərabər hissədə pay çatmalı idi. xx.xx.2019-cu il tarixində Bakı şəhəri 6 saylı notariat ofisində cavabdehlər arasında bağlanmış müəssisədəki payın alqı-satqı müqaviləsinin formallığını təsdiq edən əsas amil müqavilənin dəyəridir. Nizamnamə kapitalındakı 50 faizlik pay simvolik 50 manata satılmışdır. Göründüyü kimi, pay faktiki olaraq iddiaçının atasına məxsus olduğu üçün belə ucuz qiymətə satılmasına dair müqavilə bağlanmışdır. Bu zaman Cavabdeh2 mülki hüquqlarından sui-istifadə edərək, aldatma yolu ilə iddiaçının atasının əmlakına pay hüququnu özbaşına mənimsəmişdir. İddiaçının qeyd olunan müqavilədən məlumatı olmamış və payın bu şərtlərlə alınmasına heç bir razılıq verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və vəkili X2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, o və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müəssisədəki payın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-də (Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin Dövlət qeydiyyatı idarəsi tərəfindən qeydə alınmış xx.xx.2012-ci il tarixli ********** nömrəli nizamnamə, VÖEN **********) nizamnamə kapitalında olan 50% payını alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı tərəf tələbini mübahisələndirilən müqavilənin Cavabdeh2 aldatma yolu ilə Cavabdeh1la bağlaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə araşdırılması zamanı mübahisəli müqavilə tərəflərindən heç biri aralarında bağlanmış müqavilənin həqiqətən aldadılma yolu ilə bağlanmasını bildirməmişdirlər. Bundan başqa, əgər əqd bir tərəfin aldadılması yolu ilə bağlanarsa, həmin əqdi mübahəsləndirmək hüququ aldadıldığını güman edən şəxsə məxsusdur. Digər tərəfdən, iddiaçının müqavilə əsasında satılmış payın əslində onun atasına məxsus olması barədə gətirdiyi əsaslar da məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəli müqavilənin qanunvericiliyin şərtlərinin pozulması ilə və ya həqiqətən aldadılma yolu ilə bağlanması aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilə hər iki tərəfin iradə ifadəsini əks etdirən ikitərəfli əqddir. Cavabdeh1 özü şəxsən notariat ofisində Cavabdeh2 ilə əqd bağlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş alqı-satqı müqaviləsinin şərtlərinə tam əməl olunmuşdur. Cavabdeh1 "xxxx" MMC-də nizamnamə kapitalında olan 50% payını 50 manata satması həmin alqı-satqı müqaviləsinin formal olaraq bağlanması anlamına gəlmir. Odur ki, xx.xx.2019-cu il tarixli 3M-1637 nömrəli Bakı şəhəri 6 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin bağlanması zamanı hər hansı şərtlərin pozulması və İddiaçı iddianı əsaslandığı hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – xx.xx.2019-cu il tarixində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış Bakı şəhəri 6 saylı notariat ofisində 3M-1637 nömrə ilə qeydə alınmış “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-3826/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3826/2022
16.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver