Məhkəmə qərarları › İş №2(011)-3851/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3851/2022

18.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3851/2022 18.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 1 saylı evin 8 saylı mənzilinə (abonent kodu: **********00080) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1398 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Sayğaçı vəfat etmiş atasının adından öz adına keçirən zaman müəyyən olunmuşdur ki, həmin ünvana akt tərtib olunmuş və 486 manat bir, 912 manat da bir, cəmi 1398 manat cərimə hesablanmışdır. Sözü gedən aktları tələb edib baxanda görmüşdür ki xx.xx.2019-cu il tarixdə vəfat etmiş atasına xx.xx.2019-cu il tarixdə bir akt, xx.xx.2021-ci il tarixdə isə digər akt tərtib olunaraq ümumilikdə 1398 manat çərimə hesablanmışdır. Aktları güya atası imza etməkdən imtina etmişdir. Aktlar tərtib olunan zaman atası dünyasını çoxdan dəyişmişdir. Soruşandaki bəs atası bu tarixdə dünyasını dəyişib neçə olur ki dünyasını dəyişdikdən sonra akta imza etməkdən imtina edib bu sualına cavab verən tapılmadı və bir söz deyilmədən sayğaçı adına keçirmişlər. Sonradan müəyyən olundu ki həmin borclar silinməyib. Eyni zamanda, tərtib olunmuş akta əsasən cərimənin hesablanması hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Göründüyü kimi X7 Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 1 saylı evin 8 saylı mənzilinə dair **********00080 nömrəli abonent kodu iddiaçının atası X6 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 026026 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi 1 saylı evin 8 saylı mənzilində sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yarandığı aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İstehlakçı qrafasında “İmranov Mənaf” qeyd olunaraq, aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. X3 xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 4860 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi 1 saylı evin 8 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İstehlakçı qrafasında “İmranov Mənaf” qeyd olunaraq, aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. X3 xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 8640 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi 1 saylı evin 8 saylı mənzilinə (abonent kodu: **********00080) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 1398 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 3/1064 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi 1 saylı evin 8 saylı mənzilində (abonent kodu: **********00080) quraşdırılmış qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 3/1351 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi 1 saylı evin 8 saylı mənzilində (abonent kodu: **********00080) yerləşən qaz sayğacına birləşən giriş metal borunun sayğac hissəsində və əsas boruya birləşən hissədə kustar üsulla qaynaq işinin aparılması aşkar edildi. Buda həmin ünvana qaz xəttinin çəkilməsinə dəlalət edir. Mənzildə yerləşən qaz sayğacından vaxtilə kənar təbii qaz xəttinin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi 1 saylı evin 8 saylı mənzilinə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə 1398 manat pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulma faktının aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də, iddia tələbi təmin edilərək həmin borcun silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 33,98 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 174 manat cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 1 saylı evin 8 saylı mənzilinə (abonent kodu: **********00080) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1398 (min üç yüz doxsan səkkiz) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. X2 dövlət rüsumuna görə 33,98 (otuz üç manat 98 qəpik) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 174 (bir yüz yetmiş dörd) manat cavabdeh X2 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar