Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3857/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər X4 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında özbaşına tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən torpaq süahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Qonşuluqda yaşayan Cavabdeh1 ona məxsus olan torpaq sahəsində özbaşına tikinti işləri aparmış və hal-hazırda da aparır. Onun və ailə üzvlərinin həyatı və sağlamlığı üçün real təhlükə yaradan qonşunun tikililərinin təhlükəsiz vəziyyətə gətirilməsi üçün və gələcəkdə yarana biləcək bədbəxt hadisənin qarşısının alınması, həmçinin qanunsus tikdiyi tikilərin sökülməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cabadeh onun müraciətlərinə məhəl qoymamışdır. Qeyd edir ki, müxtəlif vaxtlarda müxtəlif dövlət orqanlarına cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınması üçün müraciət etmiş, sonuncu dəfə 12.07.2017-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 39 saylı PB-dən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surəti ona göndərilmişdir. Cavabdehin tikinti norma və qaydalarına, texniki standartlara riayət etmədən və qeyri-peşəkarcasına inşa etdiyi tikintilər həyatı üçün çox təhlükəlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər X4 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək, əsassız olduğuna görə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 0.03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 18.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Xətai rayon Polis İdarəsinin 39 saylı PB-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12.07.2017-ci il tarixli qərarının surətindən görünür ki, X1 qonşusu Abbas adlı şəxsin onun həyətini zəbt etməsi və qanunsuz tikini işləri aparması barədə şikayət ərizəsinin araşdırılması zamanı izahatı alınmış X2 göstərmişdir ki, 2012-ci il tarixdən Xətai rayonu, 9-cu Əhmədli küçəsi ev 21A-da yaşayır. Onun qonşularla heç bir ədavəti yoxdur. Lakin bircə Abbas adlı qonşusu ilə problem, yaranmışdır. Çünki, Abbas onun həyətini zəbt etmiş və tikinti işlləri aparır. Sonuncu dələ isə Abbas onların evlərini ayıran hasarın üstündən qanunsuz olaraq ikinci mərtəbəni tikimişdir. İzahatı alınmış Cavabdeh1 göstərmişdir ki, 2004-cü ildən Xətai rayonu, 9-cu Əhmədli küçəsi ev 21B-də yaşayır. Onun qonşusu Mirhəsən yataq otağının pəncərəsinin altında mətbəx tikimişdir. Bu səbəbdən elə divarda olan kondisioneri və televizoru çıxadıb evin başqa divarına yerləşdirmişdir. Sonra isə mətbəxi olmadığı üçün yenidən mətbəx tikmiş və təmir işləri görmüşdür. Cavabdeh1 qonşusu Mirhəsinin bu səbəbdən narazı olduğunu bildirmişdir. Təhqiqat zamanı faktla bağlı hadisə yerinə baxış keçirilmiş, foto-şəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. Toplanmış sübutlara əsasən X1 şikayət ərizəsində qeyd olunanlarda cinayət hadisəsinin olmadığı müəyyən edilmiş və fakt üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Tərəflər arasında rnülkı mübahisə yarandığından, şikayətçiyə iddia ərizəsi əsasında aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək hüququ izah olunmuşdur. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23.07.2021-ci il tarixli, 10/2367 saylı rəyindən göründüyü kimi, İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayon 9-cu Əhmədli küçəsi 21A saylı evin və Cavabdeh1 yaşadığı Bakı şəhəri, Xətai rayon 9-cu Əhmədli küçəsi 21B saylı evin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilmişdir. Cavabdeh1 yaşadığı Bakı şəhəri, Xətai rayon 9-cu Əhmədli küçəsi 21B saylı evdə (eləcə də onun həyətində) yenidənqurma-tikinti (qapı açılması ara divarının sökülməsi, yeni arakəsmənin tikilməsi, ümümlikdə mənzilin inşası və s) işlərinin aparıldığı müəyyən edilir. Lakin həmin tikililərin İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayon 9-cu Əhmədli küçəsi 21A saylı ev əvə onun təhlükəsizliyinə hər-hansı təsirin (sökülmə-uçma çökmə dağılma və s ) göstəribgöstərməməsi məsələsi tikinti-texniki ekspertin səlahiyətlərindən kənardır. Həmin məsələ tikinti konstruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən edilə bilər. Cavabdeh1 yaşadığı Bakı şəhəri, Xətai rayon 9-cu Əhmədli küçəsi 21B saylı evdə (eləcə də onun həyətində) aparılan tikinti işləri nəticəsində, İddiaçı yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evinə ziyan dəymədiyi müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddələrinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.. Həmin Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların – yəni özbaşına tikintinin müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehlər X8 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikililərin onun hüquqlarını pozduğunu, bunun nəticəsində onun və ailə üzvlərinin həyatı və sağlamlığı üçün real təhlükə yaranmasını iddia etməsinə baxmayaraq bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut təqdim etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə verilmiş ekspert rəyi ilə mübahisəli ünvanda hər iki tərəfdən tikinti norma və qaydalarına uyğun olmayan tikinti işlərinin aparılması, həmçinin Cavabdeh1 yaşadığı Bakı şəhəri, Xətai rayon 9-cu Əhmədli küçəsi 21B saylı evdə (eləcə də onun həyətində) aparılan tikinti işləri nəticəsində, İddiaçı yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evinə ziyan dəymədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tikinti-texniki ekspertizasının 23.07.2021-ci il tarixli, 10/2367 saylı rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəti olan 100 manat iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında özbaşına tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi barədə iddiası təmin edilməsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3857/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3857/2021
07.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver