Məhkəmə qərarları › İş №2(011)-3871/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3871/2024

27.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3871/2024 27.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1 İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC-yə, "xxxx" MMC-yə və Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə qarşı “hərrac təşkilatının açıq hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC-yə, "xxxx" MMC-yə və Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə qarşı “hərrac təşkilatının açıq hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin alqı-satqısına dair keçirilmiş açıq hərracın yekunları və 30 oktyabr 2023-cü il tarixli 148 nömrəli protokolun etibarsız hesab edilməsi və yenidən hərracın keçirilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini qeyri-müəyyən ifadə edərək, Capital Auction” MMC-nin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin alqı-satqısına dair keçirilmiş açıq hərracın yekunları və 30 oktyabr 2023-cü il tarixli 148 nömrəli protokolun etibarsız hesab edilməsi və yenidən hərracın keçirilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, hər bir cavabdehə qarşı yönələn tələbi iddia ərizəsinin xahiş edirəm hissəsində ümumiyyətlə göstərməmişdir. Həmin Məcəllənin 152.1.5-ci maddəsi müəyyən edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İş materiallarından görünür ki, İddiaçı müvafiq qaydada dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsmunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunduğundan göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC-yə, "xxxx" MMC-yə və Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə qarşı “hərrac təşkilatının açıq hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsurları aradan qaldırıldıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar