Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3876/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı mini soba üçün 12 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu borcu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********22584 X2 7 markalı telefon üçün 675 manat ödənilməmiş hissə, 67 manat cərimə, xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********35297 Xiaomi Mi A2 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə, ümumilikdə 1.250 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.280 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən, Hoffmann markalı mini soba, X2 7 və Xiaomi Mi A2 markalı telefonlar almış və nəticədə 1250 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 832 manat olan Xiaomi Mi A2 markalı telefon üçün ümumilikdə 495 manat olmaqla, ondan 450 manat ödənilməmiş hissə, 45 manat cərimə pulu borcu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 198 manat olan Hoffmann markalı mini soba üçün ümumilikdə 13 manat olmaqla, ondan 12 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu borcu və xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 814 manat olan X2 7 markalı telefon üçün ümumilikdə 742 manat olmaqla, ondan 675 manat ödənilməmiş hissə, 67 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 707 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh dəyəri 198 manat olan Hoffmann markalı mini soba, dəyəri 814 manat olan X2 7 markalı telefon və dəyəri 832 manat olan Xiaomi Mi A2 markalı telefon almışdır. Müqavilələrə əsasən alınan mallar üçün hər ay 18 manat, 4 manat və 112 manat məbləğində pul vəsaiti ödənilməli olmuş, lakin cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən xx xxxx 2020-ci il tarixə ümumilikdə 1.250 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, “xxxxxxxxxxx” X1 ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilələr üzrə Hoffmann markalı mini soba, X2 7 və Xiaomi Mi A2 markalı telefonlar üçün ümumilikdə 1.250 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 450 (dörd yüz əlli) manat, 45 (qırx beş) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 12 (on iki) manat ödənilməmiş hissə, 1 ( bir) manat cərimə, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən 675 (altı yüz yetmiş beş) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat cərimə olmaqla, cəmi 1.250 (bir min iki yüz əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3876/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3876/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver