Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3915/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh tərəfindən **********02000 abunə koduna əsassız olaraq yazılmış 345,60 manat cərimə borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahim-Xəlilov küçəsi, ev 25, 2 saylı mənzili iddiaçının mülkiyyətindədir. Həmin mənzil üzrə abonent kodu 10**********020 olmaqla, iddiaçı qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə mənzilin keçmiş mülkiyyətçisi X2 yaşadığı mənzilə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın flyons hissəsində plombun aşkar edilməsi barədə qeyd aparılmış, pozuntu ilə bağlı Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası hesabat aparılaraq qaz itkisinin 345,60 manat olması barədə qərar qəbul edilmişdir. Cavabdeh İB xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 345,60 manat məbləğində borcdan 50,10 manat ödəniş edildikdən sonra qalan 295,50 manat məbləğində dəymiş zərərin mənzilin keçmiş mülkiyyətçisi X1 tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayonuna müraciət etmiş və Yasamal rayon Məhkəməsinin 14.012.2021-ci il tarixli, 2(004)- 7027/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin əvvəlki mülkiyyətçisi X3 barəsində sayğaca qanunsuz müdaxilə etməsi əsası ilə xx.xx.2018-ci il tarixdə akt tərtib edilmiş və ona 345.60 məbləğində cərimə hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(004)-7027/2021 nömrəli qətnaməsi ilə cavabdehin mənzilin əvvəlki mülkiyyətçisi Nərmin İbrahimovaya qarşı 295,50 manat məbləğində zərərin ödənilməsi barədə iddiası rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən əldə etdikləri məlumata əsaəsn qətnamədən apelyasiya şikayəti verilsə də məhkəmənin xx.xx.2022-ci il tarixli qərardaına əsasən müddət ötürüldüyünə görə geri qaytarılmışdır. Beləliklə, məhkəmə qətnaməsi öz qanuni qüvvəsini almışdır. Lakin mənzilin əvvəlki mülkiyyətçisi barəsində əsasız və qanunsuz tərtib edilmiş akt əsasında yazılan cərimə məbləği Azəriqaz İB tərəfindən yuxarıda qeyd olunan iddia məhkəməyə verilməzdən daha əvvəl əsassız olaraq abunə borcu kimi abunə koduna əlavə edilmişdir. Hazırda həmin akt əsasında tərtib edilmiş cərimə məbləği abunə kodunda qaldığı üçün o, mənzilin yeni mülkiyyətçisi kimi sayğacı öz adına rəsmiləşdirə bilmir və hər dəfə cavabdeh tərəfindən borc bildirişi təqdim edilərkən həmin akt əsasında tərtib edilmiş 345.60 məbləğ bildirişdə təqdim edilərək ödənilməsi tələb olunur. Bu isə mənzilin qanuni mülkiyyətçisi kimi mənzil mülkiyyət hüququnu məhdudlaşdırır. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, hazırki borcla əlaqədar Yasamal rayon Məhkəməsinin icraatında iş olub, lakin iddiaları rədd edilib. Əgər iddiaçı onlara müraciət edib borcun silinməsini tələb etsəydi 15-gün ərzində borc silinə bilərdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İBnin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından iddiaçı borcun silinməsi barədə iddia qaldırmaqda haqlıdır. Məhkəmə, həmçinin, hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahim-Xəlilov küçəsi, ev 25, 2 saylı mənzilinə dair (abonent kodu 10**********020) təbii qazın itkisinə görə İddiaçı hesablanmış 345,60 manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3915/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3915/2022
09.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver