Məhkəmə qərarları › İş №2(011)-3935/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3935/2023

04.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3935/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümyəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 nümayəndəsi X8, Cavabdeh2 vəkili X12, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə) qarşı “sənədlərin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qarabağ küçəsi, 37 saylı binanın, 147 kv.metr olan zirzəmi sahəsi üzərində birinci Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş ilkin sənədlərin, yəni “Uşaq Dünyası” kiçik müəssisəsinə verilmiş xx.xx.2021-ci il tarixli 001665 nömrəli şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083002 reyestr nömrəli xx.xx.2014, xx.xx.2014 və xx.xx.2015-ci il tarixli qeydiyyatların, “Uşaq Dünyası” kiçik müəssisəsi ilə X16 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və X16 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqavilələrinin, Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083004 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qeydiyyatların etibarsız hesab edilməsi, Qarabağ küçəsi, 37 saylı binanın, 12,6 kv.metr olan zirzəmi sahəsi üzərində ikinci Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş ilkin sənədlərin, yəni X7 verilmiş xx.xx.2005-ci il tarixli 003913 nömrəli şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083001 reyestr nömrəli xx.xx.2014, xx.xx.2014 və xx.xx.2016-cı il tarixli qeydiyyatların, X9 ilə X16 arasında bağlanmış xx.xx.2016-cı il tarixli və X16 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində ərazinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 77 saylı sərəncamı ilə İddiaçı Mənzil-Tikinti Koorerativinə icarə əsasında istifadəsinə 1,2351 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Koorerativin istifadəsinə verilməmişdən əvvəl Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X14 Agentliyi ilə razılaşdırılmışdır. Yuxarıda göstərilən Sərəncamla İddiaçı MTK-ya yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsindən qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət şəhərsalma və Arxitektura komitəsi ilə razılaşdırılması və Fövqəladə Hallar Nazirliyinin təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəyin alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi tapşırılmışdır. Kooperativ tərəfindən Nərimanov rayonunun Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinlərinin əksəriyyətinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə.təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həyata keçirilmişdir. Yuxarıda göstərilən ərazinin sərəncam əsasında iddiaçı MTK-nın daimi istifadəsinə verilməsinə və bu ərazidə yerləşən yaşayış sahələrinin mənzil fonduna aid olmasına baxmayaraq, bəzi sakinlər tərəfindən həmin mənzillərin köməkçi sahələri sayılan və sakinlərin ümumi istifadəsində olan zirzəmilərin özəlləşdirilməsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edirlər. Beləliklə, Cavabdeh2 və onun qardaşı Cavabdeh1 məxsus, anaları X16 tərəfindən bağışlanmış Qarabağ küçəsi 37 ünvanında yerləşən iki mərtəbəli binanın zirzəmisində, ümumi sahəsi 147 kv.metr və 12,6 kv.metr ölçüdə olan qeyri-yaşayış sahələri mövcuddur. Onlar zirzəmidəki həmin qeyri-yaşayış sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Qeyd edilən zirzəmi sahəsi Qarabağ küçəsi 37 ünvanında yerləşən 4 saylı mənzilin mülkiyyətçisi X10 istifadəsində olub. Belə ki, zirzəmi sahəsinin balans saxlayanı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə X18 arasında xx.xx.2005-ci il tarixdə zirzəmidən istifadə müqaviləsi bağlanmışdır. Bu zirzəmi yaşayış sahəsinin altında yerləşən bir sahə kimi, qeyd olunan yaşayış sahəsinə (mənzilə) və bu binada yerləşən digər mənzillərə xidmət edən, ümumi istifadə üçün nəzərdə tutulmuş sahədir. Həmin zirzəmi binanın dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı yerləşdirmək üçün nəzərdə tutulduğuna görə, binada yerləşən mənzillərin mülkiyyətçilərinin və istifadəçilərinin ümumi istifadəsindədir. Qeyd edilən zirzəmi sahələri dövlət mülkiyyətinə aid edilmədiyinə görə binada yerləşən mənzillərin köməkçi sahəsi olmaqla mənzillərin mülkiyyətçi və istifadəçilərinin ümumi istifadəsində olan bir sahə kimi heç bir halda özəlləşdirilə bilməzdi. Mənzil fonduna aid sahənin, balans saxlayan müəssisə olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən hər hansı bir sənəd verilmədən və ümumiyyətlə bu Birliyin iştirakı olmadan həmin zirzəmi sahəsinin özəlləşdirilməsi qanuna ziddir və bu kimi zirzəmi sahəsinin özəlləşdirilməsində məqsəd yalnız iddiaçı MTK-ya xeyli miqdarda zərər vurmaqla əsassız varlanmaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatrçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşıdırılması Qaydaları”na görə ümumi istifadə sahələrinin, xüsusi zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 nümayəndəsi X16 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, cavabdeh qismində qoyulan hər iki səxs vicdanlı alıcıdır, iddia onların maraqlarına toxunur. Bakı şəhər İcra Hakimiyyətinin 12 aprel 2021ci il 77 saylı sərəncamı ilə İddiaçı Mənzil Tikinti Kooperativinə Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə. Əlizadə küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,2351 hektar torpaq sahəsində yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında istifadəsinə verilmişdir. Lakin həmin sərəncam normativ hüquqi akt olsa da, mülkiyyətçilərin sənədlərinin etibarsız hesab edilməsi iddiası vermək üçün hüquqi sübyekt deyil. Göründüyü kimi cavabdehlərin mübahisəli ünvana dair mülkiyyət hüququ iddiaçılara aid olan Bakı şəhər İcra Hakimiyyətinin 12 aprel 2021-ci il 77 saylı sərəncamından daha tez yaranmışdır. İcarə yolu ilə istifadəyə torpaq götürən MTK-nın hüququ yoxdur ki mülkiyyətçini məhkəməyə versin. Həmin qeyri-yaşayış sahələri dövlət mülkiyyətidir və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə “ Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmişdir. Ünvanda mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıq, habelə binanın tərkib hissəsi mülkiyyətçilərinə mənsub olmamışdır. Sahədə qeyri-sakinlərə məxsus kommunikasiya qurğuları mövcüd deyildir. Ümumilikdə qeyri-yaşayış sahəsinin 4 otağının hər birinin ara qapısı, suyu və işığı var idi. Oradan heç bir mülkiyyətçi iddiada deyildiyi kimi müştərək istifadə etməyib. İddiaçının hüququ olmayan iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi asan yolla mənfəət əldə etməkdir. Cavabdeh2 vəkili X19 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, işə vəkil kimi həmin iclasda qoşulduğundan iş materialları ilə tanış ola bilməmişdir. Eyni zamanda o bildirmişdir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 nümayəndəsi X8 işlə bağlı dedikləri ilə razıdır və məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 nümayəndəsi X16 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh2 və Cavabdeh1, heç biri iddia ərizəsində göstərilən ünvanlarda 11 noyabr 2016-cı ildən nə yaşayırlar, nə də qeydiyyatdadırlar. Onlar Yasamal rayonu, X36 küçəsi, dalan 1, ev 2 ünvanında qeydiyyatdadırlar. Cavabdeh qismində qoyulan hər iki səxs Qarabağ küçəsi 37-ci ünvanda qeyri-yaşayış sahələrinin mülkiyyətçisi olmaqla əslində vicdanlı alıcıdır, iddia onların maraqlarına toxunur. Mülkiyyətçilərlə əqdlər notarial qaydada bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 12 aprel 2021-ci il 77 saylı sərəncamı ilə İddiaçı Mənzil Tikinti Kooperativinə Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə. Əlizadə küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,2351 hektar torpaq sahəsində yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında istifadəsinə verilmişdir. Lakin həmin sərəncam normativ hüquqi akt olsa da, mülkiyyətçilərin sənədlərinin etibarsız hesab edilməsi iddiası vermək üçün hüquqi sübyekt deyil. Göründüyü kimi cavabdehlərin mübahisəli ünvana dair mülkiyyət hüququ iddiaçılara aid olan Bakı şəhər İcra Hakimiyyətinin 12 aprel 2021-ci il 77 saylı sərəncamından daha tez yaranmışdır. Sərəncamın dörd maddəsi var, bu maddələrin və bəndlərin heç birində bununla bağlı onlara səlahiyyət və hüquq verilməmişdir. Əksinə, sərəncamın 1-ci maddəsində göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,2351 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçikəri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Xalq X4, iki Bakı şəhər İcra hakimiyyətinin vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahəsi Nərimanov rayon ərazisində yerləşdiyindən Mənzil- Kommunal təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı bildirir ki, qeyd edilən zirzəmi sahələri dövlət mülkiyyətinə aid edilmədiyindən, binada yerləşən mənzillərin köməkçi sahəsi olmaqla mənzillərin mülkiyyətçi və istifadəçilərinin ümumi istifadəsində olan bir sahə kimi heç bir halda özəlləşdirilə bilməzdi. Mənzil fonduna aid sahənin, balans saxlayan müəssisə olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən hər hansı bir sənəd verilmədən həmin zirzəmi sahəsinin özəlləşdirilməsi qanuna ziddir və bu kimi zirzəmi sahəsinin özəlləşdirilməsində məqsəd yalnız iddiaçı MTK-ya xeyli miqdarda zərər vurmaqla əsassız varlanmaqdır. Sənədlərin etibarsız hesab edilməsi iddiası ilə məhkəməyə müraciət edərkən konkret fakta, müvafiq məcəlləyə əsaslanmalıdır. 18 il öncə sahəni özəlləşdirəndə yəqin Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçı MTK-nın olacağını və mülkiyyətçinin ona “zərər” vuraraq əsassız “varlanacağını” hesablamamışdır. Absurd bir sual doğurur ki kim zərər vurur və kim varlanır? Cavabdeh1 məxsus Qarabağ küçəsi 37 ünvanda yerləşən 12,6 kv metr qeyri-yaşayış sahəsi xx.xx.2005-ci il tarixdə Nərimanov Raron Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müvafiq razılıq məktubu əsasında Hikmət Hüseynova, Cavabdeh2 məxsus 147 kv.metr qeyri-yaşayış sahəsi isə xx.xx.2006-cı il tarixli, x/o-206 nömrəli razılıq məktubuna əsasən “Uşaq dünyası “ kiçik müəssisəsinə icarəyə vermiş, müəssisə xx.xx.2007-ci ildə özəlləşmişdir. İcarə yolu ilə istifadəyə torpaq götürən MTK-nın hansı hüququ var ki o mülkiyyətçini məhkəməyə versin? Həmin qeyri-yaşayış sahələri Dövlət mülkiyyətidir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə “ Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmişdir. Mübahisəli qeyri-yaşayış sahələri iddiada istinad edilən Mənzil Məcəiləsinn 35.1; 35.2;35.3-cü maddələrinin proseduruna uyğunluğu yoxdur. Həyət tipli 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşib, hündürlüyü 2,55/225 metr, Qarabağ küçəsinə açılan qapıları və 35-ci evin həyətinə açılan 80/80-da bir nəfəsliyi və küçəyə baxan 1.15/1-ə pəncərəsi olub, texniki mərtəbə olmayıb . Ünvanda olan 16 mənzilin ərazi dairəsini əhatə etməmişdir, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə binanın tərkib hissəsi mülkiyyətçilərinə mənsub olmamışdır. Sahədə qeyri-sakinlərə məxsus kommunikasiya qurğuları mövcüd deyildir. Ümumilikdə qeyri-yaşayış sahəsinin 4 otağının hər birinin ara qapısı, suyu və işığı var idi. Oradan heç bir mülkiyyətçi iddiada deyildiyi kimi müştərək istifadə etməyib. Sovet dönəmindən istifadədə olan həmin qeyri-yaşayış sahəsi istismara yararlı olmuş və 26 may 2005-ci ildə Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 3 saylı mənzilin sahibi X17 53 kv.metr, X7 12.6 kv.metr sahəsi müqavilə əsasında istismara verilmişdir. İddiada deyildiyi kimi bina sakinlərinin ümümi istifadəsində idisə, o zaman nədən MKTD sahəni binanın sakinlərinə istismara verirdi? Zehinə Məmmədova oradan meyvə-tərəvəz satışı, X35 ayaqqabı sexi kimi istifadə etmişdir. İş materialları ilə tanış olarkən iddiaçılar tərəfindən yəqin ki, məhkəmə təcrubəsini, yanaşmasını hakimə xatırlatmaq məqsədi ilə 16.05. 2021-ci il tarixli 2(102)-2381/2021 saylı Ali məhkəmənin “Qərar” ını da əlavə etmişlər ki, bu məhkəmə Qərarının surəti deyil, kompyuterdə sonradan yazılmışdır. Hakimlərin imzası olmayan qərar bəlkə də təhrif olunub, belə olmasaydı kserosurəti təqdim olunardı. 2-ci hal olaraq Qərarı təqdim edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 onu ya oxumamış, ya da mahiyyətini başa düşməmişdir. Həmin Qərardan göründüyü kimi, iddiaçıya torpaq xx.xx.2016-cı ildə ayrılmış, zirzəmi isə xx.xx.2018-ci ildə özəlləşmişdir. MTK sərəncamın müddəalarına zidd olaraq öz xeyrinə istifadə edərək vətəndaşların o cümlədən cavabdehlərin əmlaklarını qəsdən,vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhv etmişlər və MTK-ya qarşı hazırda cinayət işi başlanmış və istintaq gedir. Ərazidə sakinlərin çox saylı şikayətləri əsasında qanunsuz tikinti apardıqlarına görə FHN 18 yanvar 2022-ci il tarixdə, qanunsuz tikinti-söküntü işləri aparıldığına görə işin dayandırılması ilə bağlı 28 saylı qərar çıxarmış, təkrar əməllərinə görə iyun ayının 1-də barələrində inzibati protokol tərtib olunmuşdur. MTK-ya 08.08. 2022-ci il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintiyə Qarabağ küçəsi 35,37,39-cu ünvanlar istisna olmaqla qismən icazə verilmişdir. MTK-nı səciyyələndirmək məqsədiylə bildirir ki, qanunsuz olaraq ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyatda olan çox sayda ağaclar kəsilmişdir ki, vətəndaşların şikayəti əsasında aidiyyəti qurumlarda araşdırılma aparılır. İddiaçı ona hüquq verməyən iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi mülkiyyətlərinə asan yolla yiyələnməklə mənfəət əldə etməkdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X21 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. O bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahələri registrdən çıxarışlara əsasən, dövlət mülkiyyəti olmaqla zirzəmi olmuşdur. Sözügedən ərazidə söküntü işlərinin nə vaxt aparıldığına dair iddiaçıda hər hansı sübut yoxdur. Bildirirlər ki, xx.xx.2021-ci ildə söküntü işləri aparılmış və bina yerlə yeksan olmuşdur. Bu isə mümkün deyil. Çünki həmin ilin oktyabr ayında DƏDRX ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyriyaşayış sahələri olmadığı halda həmin sahələrə dair müqavilə bağlana bilməzdi. Həmin sahələrin ümumi istifadədə olması və ya həmin sahələrdən kommunal xətlərin keçməsi isə sübut olunmur. Əgər iddiada qeyd edildiyi kimi həmin sahələrdə kommunal xətlər olsaydı sahələr özgəninkiləşdirilə bilməzdi. Ona görə ki, özgəninkiləşdirmə ilə bağlı müqavilə bağlanan zaman əraziyə və ya sahəyə mütləq baxış keçilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin başçısının 77 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,2351 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” 001665 saylı şəhadətnaməsinin surətindən görünür ki, “Uşaq Dünyası” kiçik müəssisəsi ünvan 4 ünvanında yerləşən 119.2 kv.m qeyri-yaşayış sahəsini (2 mərtəbəli binanın zirzəmisi) satın almışdır. İş materiallarında olan “icarəyə verilmiş əmlakın alqı-satqısı haqqında” xx.xx.2007ci il tarixli “Uşaq Dünyası” kiçik müəssisəsi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanılmış 1371 saylı müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən 119.2 kv.m qeyri-yaşayış sahəsi “Uşaq Dünyası” kiçik müəssisəsinə satılmışdır. İş materiallarında olan “dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli “Uşaq Dünyası” kiçik müəssisəsi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanılmış 3828 saylı icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 119.2 kv.m qeyri-yaşayış sahəsi (registr ***-*******4-003) “Uşaq Dünyası” kiçik müəssisəsinin müddətli istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” 003913 saylı şəhadətnaməsinin surətindən görünür ki, X9 ünvan 4 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 12.6 kv.m qeyri-yaşayış sahəsini satın almışdır. İş materiallarında olan “icarəyə verilmiş əmlakın alqı-satqısı haqqında” xx.xx.2005ci il tarixli X9 ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti arasında bağlanılmış 1437 saylı müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən 12.6 kv.m qeyri-yaşayış sahəsi X1. İş materiallarında olan “dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli X9 ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti arasında bağlanılmış 2936 saylı icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 12.6 kv.m qeyri-yaşayış sahəsi (registr ***-*******4- 001) X6 müddətli istifadəsinə verilmişdir. İş materiallarında olan satıcı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satıqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 4 ünvanında yerləşən 33,5 kv.metr qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 13.400 manata alıcıya satmışdır. İş materiallarında olan “dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Cavabdeh2 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış 1217 saylı icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 33,5 kv.m qeyri-yaşayış sahəsi (registr ***-*******4-004) Cavabdeh2 müddətli istifadəsinə verilmişdir. İş materiallarında olan AN-İ №0439051 saylı xx.xx.2014-cü il tarixli satıcı X9 ilə alıcı X16 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 4 ünvanında yerləşən 12,6 kv.metr qeyri-yaşayış sahəsini alıcıya satmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli hədiyyə verən X16 ilə hədiyyə alan Cavabdeh2 arasında daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 4 ünvanında yerləşən 12,6 kv.metr qeyri-yaşayış sahəsini alıcıya bağışlamışdır. İş materiallarında olan hədiyyə verən “Uşaq Dünyası” kiçik müəssisəsi ilə hədiyyə alan X16 arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 113,5 kv.metr olan qeyri-yaşayış sahəsini hədiyyə alana bağışlamışdır. İş materiallarında olan hədiyyə verən X16 ilə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 113,5 kv.metr olan qeyri-yaşayış sahəsini hədiyyə alana bağışlamışdır. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021ci il tarixli 1642 nömrəli müqavilənin surətindən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini icarəçi İddiaçı MTK-nə icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X14 Agentliyinin 0028 saylı qərarının surətindən görünür ki, İddiaçı MTK-ya Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin əhatə etdiyi ərazidə tikinti işlərinin dayandırılması qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, tikintiyə icazə və tikintiyə icazə barədə xüsusi nişan yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X14 Agentliyinin xx.xx.2022-ci il tarixli Vahidə Əzizovaya və Cavabdeh2 ünvanlanmış məktubunun surətindən görünür ki, İddiaçı MTK Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin əhatə etdiyi ərazidə icazəverici sənəd olmadan söküntü və tikinti-quraşdırma işləri apardığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar verilmişdir. Verilmiş qərarın MTK tərəfindən icra olunmaması ilə əlaqədar Agentlik tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Vahidə Əzizovaya ünvanladığı məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 77 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində icarə əsasında istifadəyə verilmiş torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi ilə bağlı İddiaçı MTK-nin xx.xx.2021-ci il tarixli müraciətinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin icraatına qəbul edilməsinə baxmayaraq həmin MTK-na Baş İdarə tərəfindən tikintiyə icazə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Vahidə Əzizovaya və digərlərinə ünvanladığı məktubun surətindən görünür ki, Qarabağ küçəsi 35 və 37 ünvanlarında yerləşən yaşayış binalarının yerində layihələndirilən Baş plan üzrə 1-ci və 2-ci binaların tikintisinə icazə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli registrdən çıxarışın surətindən görünür ki, həmin çıxarış Nərimanov rayonu, Qarabağ 37 ünvanında yerləşən 12,6 kv.metr qeyri-yaşayış sahəsinin (zirzəmi) özəlləşdirilməsi məqsədi ilə X7 verilmişdir. (registr ***-*******4-001) İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli registrdən çıxarışın surətindən görünür ki, həmin çıxarış Nərimanov rayonu, Qarabağ 37 ünvanında yerləşən 119,2 kv.metr qeyri-yaşayış sahəsinin (zirzəmi) özəlləşdirilməsi məqsədi ilə “Uşaq Dünyası” kiçik müəssisəsinə verilmişdir. (registr ***-*******4) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat No 1133) balansında olan daşınmaz dövlət əmlakı haqqında 2056 saylı xx.xx.2021-ci il tarixli registrdən çıxarışın surətindən görünür ki, həmin çıxarış Nərimanov rayonu, Qarabağ 37 ünvanında yerləşən 33,5 kv.metr icarəyə verilmiş qeyriyaşayış sahəsinin (2/zirzəmi) Cavabdeh2 adına özəlləşdirilməsi məqsədi ilə verilmişdir. (registr ***-*******4-004). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 12,6 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixdə dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 38 saylı notariat kontorunun 4Ə-195 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən qeyri-yaşayış sahəsi 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu X23 tərəfindən təsdiq edilmiş 4Ə-959 reyestr nömrəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə X13 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 113,5 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixdə dövlət reyestrində “Uşaq dünyası” kiçik müəssisəsinin adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 31 saylı notariat kontorunun 4Ə-66 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən qeyri-yaşayış sahəsi 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X23 tərəfindən təsdiq edilmiş 4Ə-393 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 33,5 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Sonradan Cavabdeh2 ərizəsi əsasında ümumi 113,5 kv.metr və 33,5 kv.metr olan qeyri-yaşayış sahələri birləşdirilərək sonuncunun adına ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış tərtib edilmişdir. Həmçinin məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə “Uşaq Dünyası” kiçik müəssisəsinə onda ötrü verilmişdir ki, o, (onlar) həqiqətən ünvan 4 ünvanında yerləşən 119,2 kv.metr qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınmışdır. xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən “Uşaq Dünyası” kiçik müəssisəsi ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 113,5 kv.metr olan qeyri-yaşayış sahəsini hədiyyə alan X11 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 113,5 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. Satıcı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə alıcı Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 4 ünvanında yerləşən 33,5 kv.metr qeyri-yaşayış sahəsini alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 33,5 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X9 ünvan 4 ünvanında 12,6 kv.metr qeyri-yaşayış sahəsini satın almışdır. xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, qeyd edilən 12,6 kv.metr qeyriyaşayış sahəsi satıcı X9 tərəfindən alıcı X2. Daha sonra qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsi əsasında hədiyyə verən X16 tərəfindən hədiyyə alan Cavabdeh1 bağışlanmış və xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, qeyd edilən ünvan Cavabdeh1 mülkiyyətindədir. İş üzrə şahid qismində dindirilmiş X22 məhkəmə iclası zamanı öz ifadəsində bildirmişdir ki, o, mübahisəli binanın sakini olmuşdur. O, 1998-ci ildə Rusiya Federasiyasından gəldikdən sonra həmin binadan ev almışdır. Sonra ona məlum olmuşdur ki, evin zirzəmisində su yığılır. Həmin zirzəminin sularını qurutmaq üçün Bərdədən adam gətirmişdir, zirzəmini motorla qurutmuşdur. Vahidə xanımı 1 ay evində saxlamışdır. Vahidə zirzəmini özəlləşdirmək üçün onun güvənini qazanmış və o, Vahidəyə zizəminin özəlləşdir mümkün olmadığını bildirsə də, Vahidə ona sahəni özəlləşdirəcəyini bildirmişdir. Söküntü zamanı MTK ilə razılaşmışdır. Ən sonuncu binadan xx.xx.2021-ci ildə özü şəxsən çıxmışdır. Vahidə ona demişdir ki, izahatlarında sözügedən zirzəmidə güya yüz minlik əşya olduğunu bildirsin. O isə onu yalanlara çəkdiyinə görə razılaşmamışdır. Orada yüz minlik əmlak ola bilməzdi. Orada evsizlər yaşayırdı. Cavabdehlər Orxan və Laləni tanıyır və bildirir ki, onlar Vahidənin övladlarıdır. Ümumiyyətlı , “Uşaq dünyası” adlı müəssisə görməmişdir. xx.xx.2021-ci il tarixdə ordan çıxdıqdan iki gün sonra bina sökülmüşdür. İş üzrə şahid qismində dindirilmiş X24 bildirmişdir ki, o, 70-ci ildə həmin binada anadan olmuşdur. Binanın zirzəmilərini şəxsən görmüşdür və zirzəmilər daima su içində idi. Həmin zizəmilərdə su və kanalizasiya xətləri var idi. Sonradan Vahidənin həmin zirzəmilərə yiyə durduğunu görmüşdür. O maraqlandıqda öyrənmişdir ki, zirzəmilər hökümətin balansındadır. “Uşaqlarla” bağlı orada hər hansı cəmiyyətin fəaliyyəti olmamışdır. 2021-ci ilin avqust ayında binadan çıxmışdır. Cari ilin sentyabr ayının ortalarında bina sökülmüşdür. Məhkəmə qeyd edir ki, “inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Həmin qərarın 5.2-ci bəndinə görə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2.-ci bəndinə görə torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İşdən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən ərazidə tikinti-quruculuq işlərinin aparılması üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli 77 saylı sərəncam verilmişdir. Həmin sərəncamla 1,2351 ha torpaq sahəsinin ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə İddiaçı MTK (bundan sonra MTK) ilə bağlanmış icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verilmişdir. ünvan 4 ünvanında yerləşən binanın zirzəmisində yerləşən 147 kv.metr və 12,6 kv.metr olan qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı MTK ilə razılığa gəlmədiklərindən, binanın sökülməsinə etiraz etmişlər. İddiaçı mübahisəli yaşayış binasının zirzəmisinin binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olmaqla, binanın sakinlərinə məxsus olduğuna görə zirzəminin özgəninkiləşdirilməsinin qanunsuz olmasını iddia edir. Mübahisəli qeyri-yaşayış sahələri dövlət əmlakı haqqında registrdən xx.xx.2005-ci il tarixli (12.6 kv.m), xx.xx.2007-ci il tarixli (119.2 kv.m) və xx.xx.2021-ci il tarixli (33.5 kv.m) çıxarışlara əsasən özəlləşdirilənədək dövlətin balansında olmuşlar. Registrdən çıxarışlar əsasında sözügedən qeyri-yaşayış sahələri müvafiq şəkildə X6 (12.6 kv.m), “Uşaq Dünyası” kiçik müəssisəsinin (119.2 kv.m) və Cavabdeh2 (33.5 kv.m) adına özəlləşdirilmişlər. Sahələrin özgəninkiləşdirilməsi üçün əsas: 12.6 kv.m olan sahəyə münasibətdə “dövlət əmlakının icarəyə verilməsi haqqında” X9 ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti arasında bağlanılmış 2936 saylı, xx.xx.2005-ci il tarixli icarə müqaviləsi və xx.xx.2005-ci il tarixdə həmin sahəyə dair tərəflər arasında bağlanılmış“icarəyə verilmiş əmlakın alqı-satqısı” müqaviləsi olmuşdur. Sahənin özgəninkiləşdirilməsi mübahisələndirilən “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” 003913 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. 119.2 kv.m sahəyə münasibətdə qeyd edilməlidir ki, həmin sahə “dövlət əmlakının icarəyə verilməsi haqqında” “Uşaq Dünyası” kiçik müəssisəsi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanılmış 3828 saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi və həmin sahəyə dair tərəflər arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 1371 saylı “icarəyə verilmiş əmlakın alqı-satqısı haqqında” müqavilə əsasında özgəninkiləşdirilmişdir. Sahənin özgəninkiləşdirilməsi mübahisələndirilən “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” 001665 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. 33.5 kv.m sahəyə münasibətdə qeyd edilməlidir ki, həmin sahə Cavabdeh2 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış “dövlət əmlakının icarəyə verilməsi haqqında” 1217 saylı icarə müqaviləsi və həmin sahəyə dair tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satıqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, daşınmaz əmlakla bağlı hüquq müəyyənedici sənədlərlərin verilməsinə və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatların aparılmasına əsas təşkil etmiş sənədlər mülki-hüquqi əqdlərdən ibarət olduğundan (yuxarıda sadalanmış icarə və alqı-satqı müqavilələri) hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. İş materiallarından görünür ki, 2014-cü ildə “Uşaq Dünyası” kiçik müəssisəsi 113,5 kv.metr qeyri-yaşayış sahəsini Vahidə Əzizovaya bağışlama müqaviləsinə əsasən hədiyyə etmiş, sonuncu 2015-ci ildə həmin sahəni qızı Cavabdeh2 bağışlamış, sonuncu, əlavə olaraq, ona məxsus 33,5 kv.metr sahəni də özəlləşdirərək, ümumilikdə 147 kv.metr sahəyə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almışdır. Qeyd olunan 33,5 kv.metr qeyri-yaşayış sahəsini Cavabdeh2 2021-ci ildə alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətindən satın almışdır. Həmin sahəyə dair qeyd olunan tərəflər arasında daha əvvəl xx.xx.2021-ci il tarxində “dövlət əmlakının icarəyə verilməsi haqqında” müqavilə bağlanılmışdır. Mübahisəli 12,6 kv.metr yaşayış sahəsini isə Vahidə X3 2014-cü ildə satın almış, daha sonra həmin sahəni oğlu Cavabdeh1 2016-cı ildə bağışlamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdu, ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüquqim pozulub- pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozuiub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahələri dövlətin balansında olmuşlar və özəlləşdirilmişlər, hazırda həmin əmlaklar cavabdehlərin adına qeydiyyata alınıb. İddiaçınə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən dörd küçənin kəsişməsində yerləşən ərazi (torpaq sahəsi) icarə əsasında istifadəyə verilməklə, həmin ərazidə yalnız mülkiyyətçilərlə razılaşdıqdan sonra təmir-quruculuq işlərinin aparılması tapşırılmışdır. İddiaçının hazırki iddia tələbləri onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahələri bina sökülənədək həmin binanın mülkiyyətçilərinin ümumi mülkiyyəti olaraq ümumi istifadəsində olduğundan həmin sahələrin özgəninkiləşdirilməsi qanunsuz olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli əmlakların yerləşdiyi binanın sahə mülkiyyətçisi olmadığından onun bu tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, cavabdehlərə qarşı “ümumi mülkiyyətdə olan sahələrdən qanunsuz məhrum etmə və ya həmin sahələrdən istifadə ilə əlaqədar yaradılmış maneələrin aradan qaldırılması” və bu qəbildən olan iddia tələbləri ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüqüq iddiaçıya deyil, binanın sahə mülkiyyətçilərinə məxsusdur. Lakin bina sakinlərinin bu kimi iddia tələbləri ilə məhkəməyə müraciət etmələri iş materialları ilə müəyyən edilmir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli binanın sahə mülkiyyətçisi olmadığından, onun binanın ümumi mülkiyyətdə olan sahələrinə münasibətdə hazırki iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia tələbləri təmin edilməli deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbləri təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234- 234 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə) qarşı “Bakı şəhəri, Qarabağ küçəsi, 37 saylı binanın, 147 kv.metr olan zirzəmi sahəsi üzərində birinci Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş ilkin sənədlərin, yəni “Uşaq Dünyası” kiçik müəssisəsinə verilmiş xx.xx.2021-ci il tarixli 001665 nömrəli şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083002 reyestr nömrəli xx.xx.2014, xx.xx.2014 və xx.xx.2015-cii l tarixli qeydiyyatların, “Uşaq Dünyası” kiçik müəssisəsi ilə X16 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və X16 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqavilələrinin, Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083004 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qeydiyyatların etibarsız hesab edilməsi, Qarabağ küçəsi, 37 saylı binanın, 12,6 kv.metr olan zirzəmi sahəsi üzərində ikinci Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş ilkin sənədlərin, yəni X7 verilmiş xx.xx.2005-ci il tarixli 003913 nömrəli şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********00-05101-083001 reyestr nömrəli xx.xx.2014, xx.xx.2014 və xx.xx.2016-cı il tarixli qeydiyyatların, X9 ilə X16 arasında bağlanmış xx.xx.2016-cı il tarixli və X16 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması” barədə iddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar