Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3939/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evində əsassız olaraq borc kimi yazılmış 2203 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi N.Q.Namazov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azəriqaz tərəfindən yazılmış 1938 manat 20 qəpik əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi N.Q.Namazov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşayır, təbii qazdan sayğac vasitəsilə istifadə edir, mübahisəli ünvanda yerləşən qaz sayğacı 2020-ci ilin dekabr ayında oğurlanmışdır, bununla bağlı iddiaçı tərəfindən Bakı şəhər Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə müraciət də edilmiş, həmçinin bu barədə cavabdehə də məlumat vermişdir, buna baxmayaraq dərhal öz vəsaiti hesabına həmin vaxt yeni sayğac alaraq quraşdırmışdır, sayğacın göstəricisi “0” olmuşdur, sayğac oğurlanmasına baxmayaraq sayğacdan kənar istifadə etməmiş, nə istifadə etmişdirsə, sayğac vasitəsilə etmişdir, Polis Bölməsi tərəfindən faktla bağlı araşdırmanın davam etdirildiyi bildirilmişdir, bundan sonra xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilat ona məxsus sayğacı yenisi ilə əvəzləşdirilmişdir, əvəzləşdirdiyi sayğacın göstəricisi 02650 olmuşdur, bu zaman heç bir nöqsan aşkarlanmamışdır, həmin evdə istifadəyə görə yaranmış borclar iddiaçı tərəfindən aybaay gecikdirilmədən ödənilmişdir, indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır, çünki istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir, hazırda iddiaçıya əsassız olaraq 2203,2 manat borc hesablamış və həmin məbləğ ondan tələb edilir, lakin buna baxmayaraq o, əvəzləşdirilmiş sayğacla hesablanmış məbləği ödəməyə razıdır və ona görə də iddia tələbini azaldaraq 1938,2 manat həddində müəyyənləşdirir və həmin məbləğin silinməsi barədə dəqiqləşmə ərizəsi vermişdir. Sonda iddiaçının nümayəndəsi N.Q.Namazov iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş aktda sayğaca müdaxilə olunması qeyd olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçı abonent koduna hesablanmış və həmin məbləğ də ondan tələb edilir. Sonda cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Zenner G-4 markalı **********8 nömrəli sayğac yeni Zenner G-4 markalı STS**********665 nömrəli sayğac ilə əvəz olunmuşdur, çıxarılan sayğacın son göstəricisi 02650 kub/metr olmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanı üzrə abonentin sayğacı çıxarması, təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, İddiaçı məxsus Qafqaz küçəsi 29/6 ünvanda yerləşən kənar xətt qaynaq vasitəsi ilə ləğv edilmişdir, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı Akta əsasən itirilmiş qazın bərpası üzrə 22032 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1549 saylı Arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2020ci il tarixdə yaşadığı ünvandan ona məxsus qaz sayğacının naməlum şəraitdə oğurlanması barədə məlumat vermişdir, faktla bağlı araşdırma davam etdirilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı **********00062 saylı abonent hesabına 12/2020 tarixi üçün “Qalıq və aktlar” üzrə 2203,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, həmin ünvan üzrə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə “abonent sayğacı çıxarıb” noqsanı qeyd edilməklə ******* saylı Akt tərtib olunmuş, həmin akt əsasında iddiaçının abonent hesabına 12/2020 tarixi üzrə 2203,20 manat borc yazılmışdır, iddiaçının mənzilində xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən sayğac yenisi ilə əvəzləşdirilmişdir, iddiaçı sayğacın oğurlanması barədə xx.xx.2020-ci il tarixdə Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə müraciət etmişdir, polis orqanı tərəfindən faktla bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi barədə iddiaçıya cavab ünvanlanmışdır, hazırki iddia tələbi iddiaçının abonent koduna hesablanmış 1938,20 manat borcun silinməsi barədədir. Bununla belə, qaz sayğacının oğurlanması və ya başqa formada sıradan çıxarılmasında təqsirini təsdiq edən, həmçinin iddiaçı tərəfindən təbii qazadan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, qaz sayğacının sıradan çıxmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən və qaz sayğacının işlək vəziyyətdə saxlanmasında cavabdehliyi iddiaçı daşımadığından, iddiaçı iddia tələbini 1938,20 manat həddində müəyyən etdiyindən, iddia tələbi təmin edilməli, iddiaçının yaşadığı ünvana yeni quraşdırılmış qaz sayğacına görə borc kimi hesablanmış 1938,20 manat məbləğdə pul silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, Cavabdeh İB-dən 39,38 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00062 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1938 (min doqquz yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Cavabdehndən 39 (otuz doqquz) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3939/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3939/2022
25.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver