Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3949/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıllı rayonu, Kürtmaşı kəndində yerləşən fərdi yaşayış evinə əsassız olaraq cavabdeh tərəfindən yazılmış 1152,67 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya qarşı “debitor borcun ödənilməsi” barədə iddiasının Ağdam Rayon Məhkəməsinin icraatında olduğunu və həmin iddia ərizəsinin daha əvvəl icraata götürülməsini nəzərə alaraq iddiaçının “borcun silinməsi” barədə iddiası üzrə hazırki mülki işin bir icraatda birləşdirilməsi üçün Ağdam Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və cavabdehin nümayəndəsinin ərizsinin dəlillərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı 1152,67 manat debitor borcun ödənilməsi barədə iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə həmin məhkəməyə daxil olmuşdur. İddiçı da 2(011)-3949/2025 saylı mülki iş üzrə Cavabdeh İByə qarşı eyni mübahisə predmeti, yəni 1152,67 manat borcun silinməsi barədə iddia ərizəsi ilə müraciət etmiş və həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olaraq xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi eyni tərəflər arasında, eyni mübahisə predmeti barədə birbiri ilə bağlı işlər həm Ağdam Rayon Məhkəməsin, həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsin icraatındadır. Eyni zamanda, iş materiallarından o da görünür ki, Cavabdeh İB-nin iddia ərizəsi Ağdam Rayon Məhkəməsinə daha əvvvəl verilmişdir. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3949/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3949/2025
06.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver