Məhkəmə qərarları › İş №2(011)-3960/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3960/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3960/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********37769 olan X1 7 markalı telefon üçün 81 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu borcu, 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi AirDots üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu borcu ümumilikdə 166 manat borc pulun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05.07.2019-cu il və 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh İMEİ Kodu **********37769 olan X1 7 markalı telefon, Xiaomi Mi AirDots almış və nəticədə 166 manat borcu yaranmışdır, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 549 manat (9 ay x 61 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********37769 olan X1 7 markalı telefon üçün ümumilikdə 89 manat olmaqla ondan 81 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 8 manat cərimə; 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 105 manat (6 ay x 17 manat 50 qəpik + 0 manat ilkin ödəniş) Xiaomi Mi AirDots üçün ümumilikdə 77 manat olmaqla ondan 70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 7 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 503 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.07.2019-cu il tarixdə 00763318 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" İMEİ Kodu **********37769 olan X1 7 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 03.01.2020-ci il tarixdə 20006454 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" Xiaomi Mi AirDotsu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05.07.2019-cu il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 81 manat, cərimə borcu 8 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 89 manat, 03.01.2020-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 70 manat, cərimə borcu 7 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 77 manat, cəmi borcu ödənilməmiş məbləğ 151 manat, cərimə borcu 15 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 166 manat təşkil edir. İş materiallarında olan 05.07.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********37769 olan X1 7 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 03.01.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Xiaomi Mi AirDots Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 25.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 26.09.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 26.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında İMEİ Kodu **********37769 olan X1 7 markalı telefona və Xiaomi Mi AirDotsa dair 05.07.2019-cu il və 03.01.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 05.07.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 81 manat, cərimə borcu 8 manat, 03.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 70 manat, cərimə borcu 7 manat olmaqla, olmaqla, cəmi ümumilikdə ödənilməmiş borcunun məbləği 166 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********37769 olan X1 7 markalı telefon üçün 81 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu borcu, 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi AirDots üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu borcu ümumilikdə 166 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********37769 olan X1 7 markalı telefon üçün 81 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu borcu, 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi AirDots üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu borcu ümumilikdə 166 (yüz altmış altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar