Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-397/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 26 may 2023-cü il tarixdə, 0385504, ******* və ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” İddiaçı adına aktlar tərtib etmişdir. Cavabdeh əvvəl 0293210, ******* və ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” mərhum X3 adma aktlar tərtib etmişlər. Sonradan Cavabdehnə məlum olmuşdur ki, mərhum X6 20 mart 2018-ci il tarixdə rəhmətə getmişdir. Ona görə də, mərhum X3 adına yazılmış 2920,32 manat silinərək, İddiaçı adına yazılmışdır. Vaxtı ilə Cavabdeh işçiləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov küçəsi, ev 11 ünvanına qaz sayğacı quraşdırdıqları zaman sayğaca yaxın olan yerdən ana qaz xəttindən yeni xətt çəkmiş, ana qaz xəttindən isə köhnə xətti açıb, ağzım isə rezbalı qapaqla bağlamışlar. Neçə illər bundan qabaq Cavabdeh dərinin əməlinə görə bu gün iddiaçı cərimələyirlər. Cavabdehndən bildirmişlər ki, köhnə xətt açıldıqdan sonra ağzı qaynaq vasitəsi ilə bağlanmalıydı. Başa düşmək də istəmirlər ki, görə abonent məsuliyyət daşımır. 25 iyun 2023-cü il tarixdə ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktla İddiaçı adına olan köhnə mexaniki qaz sayğacını elektron tipli yeni qaz sayğacı ilə əvəz etmişlər. 25 iyun 2023-cü il tarixdə ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktla İddiaçı adına olan köhnə mexaniki qaz sayğacını yeni elektron tipli yeni qaz sayğacı ilə əvəz etmişlər. 25 iyun 2023-cü il tarixdə ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktdakı sayğacın çıxarılma səbəbində də debitor borca görə bu da bir daha sübut edir ki, Cavabdeh İB qanunsuz yazdığı 2920,32 manat pulu ondan almaq istəyir. Məhz buna görə də heç bir qüsuru olmayan işlək vəziyyətdə olan köhnə mexaniki qaz sayğacı ilə əvəz etmişlər ki, hər dəfə karta pul yükləyəndə Cavabdeh İB ondan pul tutsun. Cavabdeh İB-nin 26 may 2023-cü il tarixli, 0385504, ******* və ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” İddiaçı adına tərtib edilmiş aktlarda göstərilmişdir ki, “qazdan işlədici avadanlıq və parametrləri PQ-4 bir ədəd, kombi bir ədəd.” Cavabdeh İB-nin 31 iyul 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” İddiaçı adına tərtib edilmiş aktda göstərilmişdir ki, “qazdan işlədici avadanlıq və parametrləri PQ-4 bir ədəd, QSC bir ədəd”. 25 iyun 2023-cü il tarixdə ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda göstərilmişdir ki, “istismarda olan cihazların növü və sayı PQ-4 bir ədəd.” 20 iyil 2023-cü il tarixli Cavabdeh İB tərəfindən verilmiş abonent nömrəsi **********00020 olan İddiaçı adına olan abonentin saldosunda göstərilmişdir ki, “cihazlar 4 gözlü qaz plitələri (PQ-4) (2/2), samovar(1/1), qızdırıcı radiator peşi (2/2).” Halbuki, iddiaçının evində mətbəxdə 1 ədəd qaz plitəsi və hamamda isə suqızdırıcı ptimminutka vardır. Bundan başqa 31 iyun 2023-cü il tarixli, “dəymiş ziyanın bərpasına dair tələbnamə” də göstərilmişdir ki, “ünvan: ünvan 1tehlakçı: İddiaçı, abonent kodu: **********00020, aşkar edilmiş nöqsan: fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur.” Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin “hesabdan hesaba köçürülməsi barədə” məktubunda göstərilmişdir ki, “Bakı Regional Qazın Satışı Departamentinin xidməti ərazisi olan Xətai rayonu, B.Süleymanov küçəsi ünvanında yaşayan X6 (kod: **********00010) istehlakçı hesabına 0293210, 0342027,0376304 nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktları səhv nəticəsində daxil edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanında yaşayan İddiaçı **********00020 istehlakçı hesabına yazılmalıdır. Ana qaz xəttində bir dənə köhnə xəttin yeri mövcuddur. Belə olduğu halda əgər Cavabdeh İB-nin əməkdaşları sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunu aşkar etsəydilər onda həmin gün həm mərhum qardaşı X4, həm də iddiaçıda İddiaçı aşkar etməli idilər. Ona görə ki, ana qaz xəttindən həm qazın boru vasitəsilə çıxışının, həm də girişinin yeri aşkar etməli idilər. Baxmayaraq ki, Cavabdeh İB-nin əməkdaşlarının istinad etdikləri çıxış birdənədir. Mərhum qardaşı X3 evinə giriş ilə iddiaçının evinə giriş arasındakı məsafə ən azı 10 metrdir. Belə olduğu halda isə əgər həqiqətən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunsaydı əməkdaşlar tərəfindən həmin xətt açılaraq çıxış yeri isə qaynaq vasitəsilə bağlanmalıydı. Ancaq Cavabdeh İB-nin əməkdaşlarının yazdıqlarına görə, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edildiyini əvvəl mərhum qardaşında bir müddət keçdikdən sonra isə iddiaçıda aşkar etmişlər. Bu heç cür məntiqə uyğun deyildir. İddiaçının evində mətbəxdə 1 ədəd qaz plitəsi və hamamda isə suqızdırıcı ptiminutka vardır və bunların da yazdıqları böyük məbləğ etmir. Cavabdeh İB-nin məntiqinə görə iddiaçı həm dövlətdən, həm qaz oğurlayır, həm də dövlətə qaz pulu verir. İddiaçı hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən heç bir sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilməmişdir. Sadəcə olaraq Cavabdeh İB mərhum X3 adına əvvəl 0293210, ******* və ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib etmişdir. Sonradan onlara məlum olmuşdur ki, iddiaçının mərhum qardaşı X6 20 mart 2018-ci il tarixdə rəhmətə getmişdir. Ondan sonra isə qərara gəlmişlər ki, qanunsuz yazdıqları 2920,32 manat pulu iddiaçının adına yazsınlar. Beləliklə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov küçəsi, ev 11 ünvanda yaşayan İddiaçı adına yazılmış 2920,32 manat məbləğində pul əsassız və qanunsuz olduğuna görə silinməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona məxsus Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov küçəsi, ev 11 ünvanda yerləşən **********00020 abonent koduna Cavabdeh İB tərəfindən 31 iyul 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanaraq 2920,32 manat məbləğində əsassız və qanunsuz olaraq yazılmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o hazırkı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəmə məlumat daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mülki işə mahiyyə üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2023-cü il üçün 2920,32 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 may 2023-cü il tarixli, ******* nömrəli, 31 iyul 2023cü il tarixli, 31 avqust 2023-cü il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov küçəsi, ev 11, mənzil 2 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1895 nömrəli, 21 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov küçəsi, ev 11, mənzil 2 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26 may 2023-cü il tarixli, ******* nömrəli, 31 iyul 2023-cü il tarixli, 31 avqust 2023-cü il tarixli ******* saylı aktın surətində “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən qazdan qeyri-qanuni istehlak edilməsini, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 2920,32 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33-16-16/2-3/1895 nömrəli, 21 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov küçəsi, ev 11, mənzil 2 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00020) ünvanına dair hesablanmış 2920,32 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 49.21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov küçəsi, ev 11 ünvanında yerləşən yaşayış evi ilə bağlı qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00020 olan) hesablanmış 2920,32 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 49.21 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-397/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-397/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver