Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3970/2021 14.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin 16.11.1990-cı il tarixli, 20 saylı qərarının Ərizəçi məxsus olması faktı tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon xalq deputatları Soveti İcrayyə komitəsinin 16 noyabr 1990-cı il tarixli 20 saylı qərarına əsasən ərizəçiyə Mərdəkan qəsəbəsi 3/648 saylı sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərarda ərizəçinin ata adı “Qədimalı” əvəzinə səhvən “Hədiməli” kimi yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, hazırkı hüquqi faktın müəyyən edilməsi ərizəçiyə torpaq sahəsinə dair sənədləşdirmə aparmaq üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Mülki iş materiallarında olan Əzizbəyov rayon xalq deputatları Soveti İcrayyə komitəsinin 16 noyabr 1990-cı il tarixli 20 saylı qərarının surətindən göründüyü kimi Bakı şəhəri, Çapayev küçəsi, ev 79, 3 nömrəli mənzilə yaşayış Əzizbəyov rayon xalq məhkəməsində məhkəmə icraçısı vəzifəsində işləyən Ərizəçi Hədiməli oğluna Mərdəkan qəsəbəsi 3/648 saylı sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılsın. Mülki iş materiallarında olan və notarial qaydada təsdiq edilmiş ərizəçinin şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixində Azərbaycan Respublikasının Sabirabad rayonunda doğulmuşdur. Beləliklə işin həqiqi halları ilə müəyyən edilmişdir ki, ərizəçinin ata adı Qədiməli oğlu olduğu halda, Əzizbəyov rayon xalq deputatları Soveti İcrayyə komitəsinin 16 noyabr 1990-cı il tarixli 20 saylı qərarında Ərizəçi ata adı səhv olaraq Hədimeli oğlu kimi qeyd edilmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Əzizbəyov rayon xalq deputatları Soveti İcrayyə komitəsinin 16 noyabr 1990-cı il tarixli 20 saylı qərarının X2 məxsus olması faktının müəyyən edilməsinin ona verilmiş torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata ala bilməsinə dair hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, AR MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon xalq deputatları Soveti İcraiyyə komitəsinin 16 noyabr 1990-cı il tarixli 20 saylı qərarının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3970/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3970/2021
14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver