Məhkəmə qərarları › İş №2(011)-3973/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3973/2024

09.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3973/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, hal-hazırda Bakı şəh., Xətai ray., Gen. Şıxlinski küç., ev-15., m-161V də Kvadroplegik spastik serebral iflic xəstəsi olan xx.xx.2005-ci il təvəllüdlü oğlu X3 baxır. xx.xx.2005-ci il təvəllüdlü X5 anadan olandan Uşaq Serebral iflic tetraplagik foma, Əqli gerilik pozuntuları nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. 1-ci qrup əlildir. xx.xx.2005-ci il təvəllüdlü X1 bu xəstəliyi beyin ilə əlaqədardır və son vaxtlar əlləridə tutmur.Ərizəçi bildirir ki, bu səbəbdən də özü öz yeməyinidə yeyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Bu səbəbdən də xəstə oğlunu tək qoya bilmir. xx.xx.2005-ci il təvəllüdlü X5 əmək qabiliyyətsizdir və daimi qulluğa və nəzarətə ehtiyacı vardır. xx.xx.2005-ci il təvəllüdlü X1 19 yaşı olsada heç bir yerdə işləmir və onun bütün təlabatını anası ödəyir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materialında olan AA3452311 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2005ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X6, anası Ərizəçidır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 qoyulan diaqnozdan görünür ki, kvadroplegik spastik serebral iflic, uşaq iflici tetraplegik forma qeyd olunmuş, birinci dərəcə əlilliyi müddətsiz olaraq, əmək qabiliyyətsiz kimi göstərilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2023-cü il tarixli həkim psixiatr komissiyası rəyindən görünür ki, X2 ağır kəmağıllılıq, kəskin imbesillik, kobud davranış, nitq və dayaq hərəkəti aparatının pozuntuları ilə kənar şəxsin qulluq və himayəsinə ehtiyacı var, İQ25,F721, 2743. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 1550 saylı Qiyabi (sənədlər üzrə) məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən mülki işdə olan tibbi sənədlər və şəxsin atasının məhkəməyə ünvanladığı ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlinmişdir ki, X5 uşaq serebral iflicinin qalıq əlamətləri, ağıl zəifliyi ilə formasında psixi xəstəlikdən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X5 qeyd olunan diaqnozlu xəstəliklə əlaqədar öz hərkətlərini şüurlu ölçüb- biçmək, onları idarə etmək iqtidarında deyil, buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar