Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3981/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi ” barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-yə qarşı – ünvan 1 ünvanında yerləşən mənzilə (**********00150) əsassız olaraq borc kimi yazılmış 3045 manat 60 qəpik Cavabdeh tərəfindən silinməsi və kartdan tutulan məbləğin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, eyni tələblə yenidən iddia qaldırmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilərək, onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan pulun iddiaçıdan tutulmasına son qoyulması və həmin borcun silinməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qətnamə mövcud olduğundan və həmin qətnamə qanuni qüvvədə olduğundan, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvədə olan qətnaməsi olduğundan, iş üzrə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” barədə mülki iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsinə nəzər saldıqda iddiaya mahiyyəti üzrə əsaslı dəyişiklik olmadığı bəlli olur. Göründüyü kimi hər iki iddianın məğzi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar əsasında yaranan borc məbləğinin silinməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsindən ibarətdir. Halbuki hazırkı iddia tələbləri iddiaçının əvvəlki iddia tələblərini də əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh İB-yə qarşı – ünvan 1 ünvanında yerləşən mənzilə (**********00150) əsassız olaraq borc kimi yazılmış 3045 manat 60 qəpik Cavabdeh tərəfindən silinməsi və kartdan tutulan məbləğin qaytarılması barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-3981/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3981/2025
19.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver