Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3990/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 10.12.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 320,2 manat, dəbbə puluna görə 30 manat, cəmi 352,2 manat; 14.02.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 685,8 manat, cərimə borcuna görə 65, cəmi 750,8 manat; ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 10.12.2018-ci il tarixdə -Samsung SM-A600 Gold markalı telefonun və LED SHİAKİ 43 markalı televizorun və 14.02.2019-cu il tarixdə LED LG** UK ***0 markalı televizorun nisyə alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Həmin müqavilələrə əsasən iddiaçı qeyd edilən malları Cavabdeh1 nisyə satmağı, Cavabdeh1 isə ona satılmış malları qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə uyğun olaraq digər Cavabdeh2 ilə “Zaminlik” müqaviləsi bağlanmışdır. Qeyd edilən zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh1 müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsi üçün onunla eyni həcmdə birgə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilələr üzrə öhdəliklərini icra etmirlər və müqavilə şərtlərini kobud şəkildə pozurlar. Hal-hazırda cavabdeh X1 10.12.2018-ci il tarixli müqavilə üzrə 320,2 manat əsas borc, 30 manat cərimə borcu, ümumilikdə 352,2 manat; 14.02.2019-cu il müqavilə üzrə əsas borc üzrə 685,8 manat əsas borc, cərimə borcu 65 manat cərimə borcu, ümumilikdə 750,8 manat məbləğində borcu yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasında iddianın qəbul etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 ilə 10.12.2018-ci il tarixli Nistyə Alqı-Satqı Müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh1 698,6 manat dəyərində Samsung SM-A600 gold markalı telefon və 702 manat dəyərində LED Shivaki 43 markalı televizoru nisyə satmışdır. Mülki iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 ilə 14.02.2019-cu il tarixli Nistyə Alqı- Satqı Müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh1 1405,88 manat dəyərində LED LG ** UK ***0 markalı televizoru nisyə satmışdır. Mülki iş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında imzalanmış 10.12.2018-ci il tarixli, ********* nömrəli Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 və satıcı arasında bağlanılmış 10.12.2019-ci il tarixli, ********* saylı “nisyə alqı-satqı müqaviləsi”ndən, ona edilmiş və gələcəkdə ediləcək əlavələrdən, irəli gələn öhdəliklərə alıcı tərəfindən icra edilmədikdə və lazımınca icra edilmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında imzalanmış 14.02.2019-cu il tarixli, ********** nömrəli Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 və satıcı arasında bağlanılmış 14.02.2019-ci il tarixli, ********** saylı “nisyə alqı-satqı müqaviləsi”ndən, ona edilmiş və gələcəkdə ediləcək əlavələrdən, irəli gələn öhdəliklərə alıcı tərəfindən icra edilmədikdə və lazımınca icra edilmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş 10.03.2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1 10.12.2018-ci il tarixli ********* saylı müqavilə üzrə 320,2 manat əsas borc, 30 manat cərimə borcu, ümumilikdə 352,2 manat; 14.02.2019-cu il tarixli, ********** saylı müqavilə üzrə əsas borc üzrə 685,8 manat əsas borc, cərimə borcu 65 manat cərimə borcu, ümumilikdə 750,8 manat məbləğində borcu var. İş materiallarında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 11.01.2021-ci il tarixli pretenziya məktubunun sürətindən və poçt qəbzindən görünür ki, iddiaçı əsasən məlum olur ki, cavabdehə 3 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan tələb edilən məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış 10.12.2018-ci il tarixli ********* saylı müqavilə üzrə 320,2 manat əsas borc, 30 manat cərimə borcu, ümumilikdə 352,2 manat, Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış 14.02.2019-cu il tarixli, ********** saylı müqavilə üzrə əsas borc üzrə 685,8 manat əsas borc, cərimə borcu 65 manat cərimə borcu, ümumilikdə 750,8 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3990/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3990/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver