Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3993/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktların etibarsız hesab edilməsi və borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “Cavabdeh” İstehsalat Birliyinin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktın, MSK-29/1710-00013-1 nömrəli laboratoriya aktının, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 000761 nömrəli, xx.xx.2018-ci il tarixli Aktın etibarsız hesab edilməklə ləğv edilməsi, həmin aktlara və “Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş tələb və hesabata əsasən 9720 m3 qaz itkisinə hesablanmış 1944 manat cərimə borc məbləğinin İddiaçı1 məxsus abunə hesabından silinməsi tələbinə dair iddia ərizəsin ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sadıqov Rövşən Əli oğlu ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 2-ci Yeni sahədə yerləşən fərdi yaşayış evində yaşayır. Evin yerləşdiyi torpaq sahəsi isə İddiaçı1 məxsusdur. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin qazla təmin edilməsi qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı İddiaçı2 oglu arasında qazın alqı-satqısı barədə 03\11021 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilə əsasında həyata keçirilirdi. Bu müqavilə əsasında da qeyd edilən ünvana İtron tipli, G-4 markalı, 1102AQ**********2 zavod nömrəli və plomb nömrəsi 04169694 olan sayğac quraşdırılmışdır. Xəzər rayon Binə qəsəbəsi 2-ci Yeni Sahədəki fərdi yaşayış evində iddiaçı Rövşən Sadıqov yaşadığından həmin ünvana işıq sayğacı da İddiaçı2 adına quraşdırılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən istehlakçı İddiaçı2 adına olan Smart tipli, G-4 markalı, 1402AZ**********86 zavod nömrəli sayğac “sərfiyyat qeyd etmir, sayğacın üzərindəki 3 ədəd zavod möhürü şübhəlidir, qayka plombu qırıq idi, iki cüt ştuserdən istifadə olundu” kimi səbəb göstərilməklə 26.12. 2017-ci il tarixdə çıxarılaraq yeni qaz sayğacı ilə əvəz edilib götürülmüş və Rövşən Sadıqovla bağlanmış müqavilə qüvvədə olduğu halda, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt istehlakçı kimi İddiaçı1 adına tərtib edilmiş, qazın alqısatqısı barədə müqavilə isə iddiaçının adına bir gündən sonra, yəni xx.xx.2017-ci il tarixdə baglanmışdır. Yəni, öhdəliyə dair iddiaçı ilə müqavilə bağlanmadan, yeni 1702AZ**********58 nömrəli sayğac quraşdırılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri qaz sayğacını 26.12. 2017-ci il tarixdə yerindən çıxarıb özləri ilə apardıqdan sonra həmin sayğacı istehlakçı kimi İddiaçı2 iştirakı və ya İddiaçı1 iştirakı və xəbəri olmadan yoxlamadan keçirib aktlar tərtib etmiş və bu aktların surətini də vaxtında iddiaçılara verməmişdirlər. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixli təsdiq edilmiş MSK-29U 710-00013-1 nömrəli akta görə G-4 markalı, 1102AQ**********2 zavod nömrəli qaz sayğacı “çıxış yivli birləşməsi ətrafında sızma mövcuddur. Saygac kipliyə yararsızdır. Saygaçın çıxış plastmas borusu deşilib, hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya və element plomplann rəngi fərqlidir. Element yuvasının qapağının üzərinə vurulan plomb fərqlidir.(metrologiya plombu ilə eynidir) Çıxış yivli birləşmə korroziyaya uğrayıb” Bu qüsurlara görə də nəticə qaz itqisi müdaxilə qeyd edilmişdir. MSK-29U710-00013-1 nömrəli aktdakı qüsurlar 26.12. 2017-ci il tarixli aktda qeyd edilməmişdir. Bir neçə şəxsin iştirakı ilə tərtib edilmiş akta tərəflərdən birinin təşəbbüsü ilə sonradan birtərəfli qaydada edilmiş dəyişiklik heç bir hüquqi nəticə doğura bilməz. Həmin dəyişiklikdə ifadə edilmiş faktın təsdiqi yalnız eyni tərəflərin yeni akt tərtib etməsi yolu ilə etibarlı hesab edilə bilər. Sayğacın yoxlamaya göndərilməsi barədə mənə və digər İddiaçı2 bildiriş verilməyib, yoxlamada iştirakımız təmin olunmayıb. “Cavabdeh” İstehsalat Birliyinin MSK-29U710-00013-1 nömrəli laboratoriya aktına əsasən də “Cavabdeh” İB BRQSD barəmdə qazdan istifadə qaydalarının pozulmasına dair 000761 nömrəli, xx.xx.2018-ci il tarixli akt tərtib etmiş və bu akta əsasən möbcud saygaçın yeni sayğacla əvəz edilməsi və mən İddiaçı1 9720 m3 itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Abonentin saldosundan görünür ki, abunə hesabıma 1944 (bir min doqquz yüz qırx dörd) manat borc məbləği hesablanmışdır. İddiaçı1 adına olan GASREP-dən də görünür ki, təbii qaza görə aparılan ödənişlərdən borca (cərimə məbləğinə) görə cavabdeh tərəfindən tutulmalar aparılır. Təbii qaza görə İddiaçı2 tərəfindən hazırda İddiaçı1 adına aparılan ödənişlərdən borca (cərimə məbləğinə) görə tutulmaların aparılması, qaz xəttinin bağlanması və ya evə dair quraşdırılmış sayğacın bloklaşdırılması yolu ilə İddiaçı2 ailə üzvləri ilə birlikdə yaşadığı fərdi evə təbii qazın verilməsi dayandırılır. Müqavilə əsasında İddiaçı2 adına olan sayğaca müdaxilə adı ilə İddiaçı1 cərimə məbləği hesablanması əsassız və qanunsuz olmuşdur. Həmin sayğaca görə İddiaçı2 cərimə, borc məbləği hesablanmış olsaydı belə bu da qanunsuz olardı. Belə ki, Qaz sayğacı cavabdeh tərəfindən iddiaçının adına olan torpaq sahəsində İddiaçı2 yaşadığı evin daxilində deyil, hasarın çöl tərəfindən küçədə yerləşdirilmişdir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının iddiaçılar tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qanunla qaz paylayıcısı olan cavabdeh özü daşıyır. İddiaçılar tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. İddiaçı Sadıqov Rövşən Əli oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iddiaya onun iştirakı olmadan baxılaraq təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Cavabdeh” İstehsalat Birliyi ilə Sadıqov Rövşən Əli oğlu arasında xx.xx.2016-cı il tarixində Binə qəsəbəsi, 2-ci yeni Sahə ünvanında yerləşən fərdi yaşayış evində qaz təchizatının təmin edilməsi məqsədi ilə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına barədə Müqavilə” imzalanmışdır. Müqavilənin mətnindən aydın olur ki, ünvanda G-4 markalı, 1102AQ**********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akt”dan görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, 1102AQ**********2 nömrəli qaz sayğacı, sayğac sərfiyyatı qeyd etmədiyinə görə yenisi ilə əvəz edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixində İddiaçı1 ilə “Cavabdeh” İstehsalat Birliyi arasında Binə qəsəbəsi, 2-ci yeni sahə ünvanında yerləşən yaşayış sahəsinin qazla təchiz edilməsi məqsədi ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqı barədə Müqaivlə” imzalanmışdır. Sayğacın laboratoriya yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli MSK-29/1710- 00013-1 nömrəli Aktın surətindən görünür ki, sayğacın çıxış yivli birləşməsi ətrafında sızmanın mövcud olduğu, sayğacım kipliyə yararsız olduğu, sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya və element plomblarının rənglərinin fərqli olduğu, element yuvasının qapağının üzərinə vurulan plombun fərqli olduğu, çıxış yivli birləşmə korroziyaya uğradığı müəyyən edilmişdir. Bu akt əsasında abonent İddiaçı1 barəsində xx.xx.2018-ci il tarixli 000761 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt” tərtib edilmiş və dəymiş ziyanın hesablanması haqqında tələb müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli 000761 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”ın əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin surətindən görünür ki, dəymiş ziyan 9720 m3 hesablanmış və 1944 manat məbləğində borcun ödənilməsi abonent İddiaçı1 (abonent kodu:**********01880) tələb edilmişdir. Halbuki qüsurlu sayğac abonent İddiaçı1 istifadəsində olmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçı Sadıqov Rövşən Əli oğlunun evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə İddiaçı1 məsuliyyət daşımadığından, İddiaçı1 qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin İddiaçı1 təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1944,0 manat məbləğində borc silinməlidir. Bundan əlavə, aktların etibarsız hesab edilməsinə də əsas yoxdur, çünki, həmin aktlar labaratoriya rəyinə əsaslanmaqla, dəymiş ziyanın hesablanmasını özündə əks etdirir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı1 (abonent kodu:**********01880) hesablanmış 1944,0 (bir min doqquz yüz qırx dörd manat) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu “Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3993/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3993/2020
07.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver