Məhkəmə qərarları › İş №2(011)-4004/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4004/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4004/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh olan Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması” barədə ilkin iddiası, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cavabdehdən 30.000 manat kompensasiyanın və ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cavabdehdən 30.000 manat kompensasiyanın və ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 28 aprel 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edərək, eyni zamanda işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini bildirdilər. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud iddia ərizələri baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması” barədə ilkin iddiası, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cavabdehdən 30.000 manat kompensasiyanın və ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizələri və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar