Məhkəmə qərarları › İş №2(011)-4004/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4004/2024

11.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4004/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 işirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2022-ci il tarixdə İddiaçı Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən mənzilinə qaz sayğacının quraşdırılması barədə Cavabdeh İB-yə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən mənzilə qaz sayğacının quraşdırılması üçün həmin ünvana **********00117 № li abonent kodunu İddiaçı adına rəsmiləşdirmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən mənzili təbii qazla təchiz etmək üçün abonentin iştirakı ilə qaz xəttində qaynaq işləri aparılmış, lakin qaz sayğacı quraşdırılmamış və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh "Azəriqaz" İB abonentin iştirakı olmadan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında qaz xəttinə baxış keçirilmiş, guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunmasını aşkar etmiş, fotoşəkillər çəkmiş, sayğacdan kənar təbii qaz xəttini ləğv etmiş, itirilmiş qazın dəyərinin hesablanması üçün ******* № li akt tərtib etmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli "X4 dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 4406,40 manat borc yazılmışdır. Qeyd olunan tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB yenə də, abonentin iştirakı olmadan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında qaz xəttinə baxış keçirilmiş, guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunmasını aşkar etmiş, fotoşəkillər çəkmiş, sayğacdan kənar təbii qaz xəttini ləğv etmiş, itirilmiş qazın dəyərinin hesablanması üçün ******* №-li akt tərtib etmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli “X4” dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 18360 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 2203,20 manat borc yazılmışdır.Qeyd olunan tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh "Azəriqaz" İB bir daha abonentin iştirakı olmadan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında qaz xəttinə baxış keçirmiş, yenə də guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunmasını aşkar etmiş, fotoşəkillər çəkmiş, sayğacdan kənar təbii qaz xəttini ləğv etmiş, itirilmiş qazın dəyərinin hesablanması üçün ******* № li akt tərtib etmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli "X7'na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 6120 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 734,40 manat borc yazılmışdır. Qeyd olunan tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmişdir. xx.xx.2023cü il tarixdə cavabdeh "Azəriqaz" İB 4-cü dəfə abonentin iştirakı olmadan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında qaz xəttinə baxış keçirmiş, yenə də guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunmasını, aşkar etmiş, fotoşəkillər çəkmiş, sayğacdan kənar təbii qaz xəttini ləğv etmiş, itirilmiş qazın dəyərinin hesablanması üçün ******* № li akt tərtib etmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli "X5 dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 6048 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 725,76 manat borc yazılmışdır. Qeyd olunan tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaı xətti ləğv edilmişdir. Beləliklə, cavabdeh təbii qazdan sayğacdan kənar qeyri - qanuni istifadə olunduğum aşkar etdikdən sonra kənar xəttin ləğv edilməsi barədə akt tərtib etmişdir. Abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxil edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-ni əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay bax keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədəki qaz xəttinə abonent nəzarət etmir və qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də abonentin və qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, də ki, qonşuların həmin aktlardan xəbəri olmamışdır. Aktlr birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin aktları imzalamamışdır. Abonentin imzaladığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmaq üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərdə yalnız abonentin qapısı və elektrik sayğacı əks olunmuşdur. Cavabdeh Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən mənzili təbii qazla təchiz etmək üçün qaz xətti üzərində qaynaq vasitəsilə quraşdırdığı xəttin fotoşəklini çəkməmişdir. Halbuki, həmin xətt abonentin qapısı ilə 2 metrlik məsafədə yerləşir. Cavabdeh İB xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə qədər müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmuş kənar xətti ləğv etdikdən sonra 4 akt – ******* №-li, ******* №-li, ******* №li və ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2023-cü il tarixə qədər abonentin hesab koduna 8069,76 manat borc yazmışdır. Cavabdeh İB-nin tərtib etdiyi - ******* №-li, ******* №-li, ******* №-li və ******* №-li aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Abonent "Azəriqaz" İB-nin balansında olan küçədəki qaz sayğacına müdaxilə etməmiş və qaz xəttinə özbaşına qoşulmamışdır. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xəttdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xəttdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən tərtib edilmiş - ******* №-li, ******* №-li, ******* №-li və ******* №-li aktlardan irəli gələn 8069,76 manat məbləğin İddiaçı hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonent saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********00295) 2022-ci il üçün 4406,40 manat, 2023-cü il üçün 3663,36 manat olmaqla, ümumilikdə 8069,76 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 08 fevral 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2023-cü il tarixli, ******* nömrəli və 31 may 2023cü il tarixli, ******* nömrəli aktların surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olundu” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1022 saylı, 30 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən evdə qaz sayğacı yerində müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 08 fevral 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2023-cü il tarixli, ******* nömrəli və 31 may 2023-cü il tarixli, ******* nömrəli aktların surətində “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olundu” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 8069,76 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1022 saylı, 30 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən evdə qaz sayğacı yerində müşahidə edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00117) hesablanmış 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli akt üzrə 4406,40 manat, 08 fevral 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2023cü il tarixli, ******* nömrəli və 31 may 2023-cü il tarixli, ******* nömrəli aktlar üzrə 3663,36 manat olmaqla, ümumilikdə 8069,76 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 100.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanına (abonent kodu: **********00117) hesablanmış 30 noyabr 2022ci il tarixli, ******* nömrəli akt üzrə 4406,40 manat, 08 fevral 2023-cü il tarixli, ******* nömrəli, 31 mart 2023-cü il tarixli, ******* nömrəli və 31 may 2023-cü il tarixli, ******* nömrəli aktlar üzrə 3663,36 manat olmaqla, ümumilikdə 8069,76 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 100.7 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar