Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4020/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffmann X Prime” markalı və “Xiaomi Mi A2” telefon üçün 628 manat ödənilməmiş hissə, 62 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HP markalı kompüter üçün 716 manat ödənilməmiş hissə, 71 manat cərimə pulu, ümumilikdə 1477 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1507 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə kiçik mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanılmış xx.xx.3019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh “Hoffmann X Prime” markalı və “Xiaomi Mi A2” markalı telefon və HP markalı kompüter almış və nəticədə onun iddiaçı qarşısında 1477 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.3019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 756 manat olan “Hoffmann X Prime” markalı və “Xiaomi Mi A2” telefonlar üçün ümumilikdə 690 manat olmaqla, ondan 628 manat ödənilməmiş hissə 100 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 62 manat cərimə cərimə pulu borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1230 manat qiyməti olan HP markalı kompüter üçün ümumilikdə 787 manat olmaqla, ondan 716 manat ödənilməmiş hissə 168 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 71 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 642 manat təşkil edir. Hazırda cavabdeh öhdəliklərini icra etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00692537 nömrəli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC alqısatqı qiyməti 756 manat olan “Hoffmann X Prime” markalı və “Xiaomi Mi A2” markalı telefonları Cavabdeh satmış və cavabdeh həmin əşyaya görə ilkin ödəniş etmədən 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 42 manat məbləğində olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00740982 nömrəli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC alqı-satqı qiyməti 1230 manat qiyməti olan “HP” markalı kompüteri Cavabdeh satmış və cavabdeh həmin əşyaya 270 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 80 manat məbləğində olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin “xxxxxxxxxxx” MMC-yə xx.xx.3019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 628 manat, cərimə borcu üzrə 62 manat, cəmi 690 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 716 manat, cərimə borcu üzrə 71 manat, cəmi 787 manat, ümumilikdə 1477 manat məbləğində ödənilməmiş borcu vardır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir. Odur ki, tələb edilən cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-710-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 00692537 nömrəli müqavilə üzrə əsas borca görə 628 (altı yüz iyirmi səkkiz) manat, cərimə borcuna görə 62 (altmış iki) manat, cəmi 690 (altı yüz doxsan) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 00740982 nömrəli müqavilə üzrə əsas borca görə 716 (yeddi yüz on altı) manat, cərimə borcuna görə 71 (yetmiş bir) manat, cəmi 787 (yeddi yüz səksən yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4020/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4020/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver