Məhkəmə qərarları › İş №2(011)-4020/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4020/2022

11.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4020/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 8118,48 manat borcun və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinə dair Cavabdeh İB ilə aralarında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən evdə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının kartına müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuş, Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə bildirilmişdir ki, sayğac işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 8118,48 manat borc yazılmışdır. Evində quraşdırılan qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac evdən çöldə yerləşir və buna dair məsuliyyəti o yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzərət edilməli idi. Cavabdeh İB tərəfindən ona akt təqdim edilmişdir. Kart vasitəsi ilə həmişə ödəniş etmişdir və heç bir çətinlik olmamışdır. Cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tam əsassızdır. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə, həmçinin sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə və sayğacdan kənar əlavə qaz xətti vasitəsilə istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 8004,10 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********00010 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akt, akt əsasında xx.xx.2020-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, aktla müəyyən edilmişdir ki, sayğaca müdaxilə etməklə təbii qazdan istifadə olunmuşdur. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 4 x 6 x 90= 2160 m3; 2160 x 0,10 man. = 216,00 man. Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman, akt əsasında sayğacın çıxış plastmas borusunun deşilməsi faktı müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 8004,10 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Bundan əlavə qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və sayğac təhlil edildikdən sonra müdaxilə faktı öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq MSK29/1710-00681-1 saylı rəy verilmişdir. Həmçinin sayğacın mənfiyə işləməsi nəticəsində 207 m3 (24.80man), sayğacsız hesabat aparılması nəticəsində 240 m3 (24man), qeyri-qanuni kənar xəttdən istifadə nəticəsində 7739.30 manat dəymiş ziyan hesablanaraq ümumilikdə 8004,10 manat həcmində hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X8”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddi tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə dair **********00010 nömrəli abonent kodu iddiaçının atası Əsgər Qurbanəli oğlunun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan İV-JQ seriyalı, 420457 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əsgər Qurbanəli oğlu xx.xx.1994-cü ildə vəfat etmişdir. İş materiallarında olan **********00010 nömrəli abonent koduna dair abonent saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində sayğacdan kənar qaz xətti aşkar olunduğuna görə dəymiş ziyanın hesablanması qərara alınmış, 03/2017ci ildə 1998 m3 qaz sərfiyyatı üçün 399,60 manat, 01/2018-ci ildə 2666 m3 qaz sərfiyyatı üçün 533,20 manat, 03/2018-ci ildə 1830 m3 qaz sərfiyyatı üçün 366 manat, 04/2018-ci ildə 910 m3 qaz sərfiyyatı üçün 182 manat, 11/2019-cu ildə 4266 m3 qaz sərfiyyatı üçün 426,60 manat, 12/2019-cu ildə 2952 m3 qaz sərfiyyatı üçün 295,20 manat, 01/2020-ci ildə 2952 m3 qaz sərfiyyatı üçün 295,20 manat, 02/2020-ci ildə 2952 m3 qaz sərfiyyatı üçün 295,20 manat, 03/2020-ci ildə 1451 m3 qaz sərfiyyatı üçün 145,10 manat, 05/2020-ci ildə 2226 m3 qaz sərfiyyatı üçün 222,60 manat, 01/2022-ci ildə 16412 m3 qaz sərfiyyatı üçün 1944 manat, 04/2022-ci ildə 18420 m3 qaz sərfiyyatı üçün 2203,20 manat borc məbləği hesablanmışdır. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 05/2022-ci il tarixinə 8118,48 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 3/1063 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində qazdan qanunsuz istifadə halının aşkar edən qazpaylayıcı (cavabdeh X5) qanunla nəzərdə tutulmuş qaydada qazın verilməsini dayandıraraq, dəymiş ziyanın ödənilməsini tələb etmək, bundan sonra qazın verilməsini bərpa etmək əvəzinə, hər dəfə yeni akt tərtib etməklə kifayətlənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 399,60 manat cərimə istisna olunmaqla, qalan aktlar üzrə hesablanmış cəmi 7718,88 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir. Bununla yanaşı, iddia tələbi qalan borcun silinməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları qalan borcun qazdan istifadəyə görə hesablandığı müəyyən olunmamış və iddiaçı buna dair heç bir sübut təqdim edə bilməmişdir Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 97,20 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 64 manat cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 7718,88 (yeddi min yeddi yüz on səkkiz manat 88 qəpik) manat və sayğacın dəyərinə görə tələb olunan 235,88 (iki yüz otuz beş manat 88 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. İddia qalah hissədə təmin edilməsin. X2 dövlət rüsumuna görə 97,20 (doxsan yeddi manat 20 qəpik) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat cavabdeh X2 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar