Məhkəmə qərarları › İş №2(011)-4038/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4038/2022

08.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4038/2022 08.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi – Maraqlı şəxs xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarın mərhum X3 aid olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə xx.xx.1960-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda doğulmuş mərhum X5 arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmışdır. Həmin vaxtdan başlayaraq onlar birgə ailə həyatı yaşayırlar. xx.xx.1995-ci il tarixdə Maraqlı şəxs tərəfindən X3 torpaq sahəsi verilmişdir. Həmin qərara əsasən torpaq sahəsi üzrə X3 Abşeron rayonu, S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı müəssisənin xx.xx.2000-ci il tarixli 6 nömrəli əmri ilə çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Maraqlı şəxs xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Lakin xx.xx.2020-ci il tarixdə ərizəçinin həyat yoldaşı X5 vəfat etmişdir. Buna dair sübut: AZ İİ №089148 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədir. Bundan sonra ərizəçi tərəfindən X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 18 saylı notariat ofisinə müraciət olunaraq, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarəsinə müraciət olunaraq, mərhum X2 adına olan Abşeron rayonu, S.Əliyev adına südçülük maldarlıq sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş olunmuşdur. Lakin Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarda mərhum X2 atasının adında texniki səhv aşkar olunması ilə əlaqədar çıxarışın alınmasında problemlər yaranmışdır. Bu səbəbdən ərizəçi tərəfindən Maraqlı şəxsnə mərhum X2 atasının adında olan texniki səhvin düzəldilməsi ilə əlaqədar ünvalanmış xx.xx.2022-ci il tarixli müraciətə, Maraqlı şəxs memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini icra edən Elvin Quliyev tərəfindən cavablandırılmış S-89-113 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X2 atasının adına olan xx.xx.1995-ci il tarixli qərarda texniki səhvin düzəldilməsi ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizəçinin həyat yoldaşı mərhum X2 şəxsiyyət vəsiqəsində, nikah şəhadətnaməsində, ölüm haqqında şəhadətnamədə və S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisənin xx.xx.2000-ci il tarixli 6 nömrəli əmri ilə verilmiş çıxarışda atasının adı İsay kimi qeyd olunmuşdur. Lakin Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarda mərhum X2 atasının adı İsa kimi qeyd olunub. Maraqlı şəxs xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarda mərhum X2 atasının adında texniki səhv olmuşdur. Ərizəçi sonradan məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Maraqlı şəxs xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamına əsasən, S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin Abşeron rayonu S.Əliyev adına südçülük maldarlıq sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2000-ci il tarixli 6 nömrəli əmrin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış S-89-113 saylı xx.xx.2022-ci il tarixli məktubla ona RİH-nin xx.xx.1995-ci il tarixli qərarında həyat yoldaşının atasının adında yol verilmiş texniki səhvlik olması və məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisənin xx.xx.2000-ci il tarixli 6 nömrəli əmri ilə verilmiş çıxarışın surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1995-ci il tarixli 25№-li qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəsisslərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyatyanı torpaq fondundan vətəndaş X3 0,10 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. İş materiallarında olan Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli H259 saylı məktubundan görünür ki, Ramana südçülük sovxozunun xx.xx.2000-ci il tarixli 06 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmış və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda vətəndaş X4 adı 615 sıra sayı ilə qeyd edilmişdir. Beləliklə işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi mərhum həyat yoldaşı X2 adına verilmiş Maraqlı şəxs xx.xx.1995ci il tarixli 25 nömrəli sərəncamına əsasən xx.xx.2000-ci il tarixdə qəbul edilmiş 6 nömrəli əmrdə (615-ci sırada) Bayram Sadıqovun ata adı səhvən “İsa” kimi göstərildiyindən, ərizəçi hazırda Abşeron rayonu S.Əliyev adına südçülük maldarlıq sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair müvafiq sənəd ala bilmir. Məhkəmə hesab edir ki, ərizəçi “xx.xx.2000-ci il tarixdə qəbul edilmiş 6 nömrəli əmrin” X3 məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Maraqlı şəxs xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamına əsasən xx.xx.2000-ci il tarixdə qəbul edilmiş 6 nömrəli əmrin X3 məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamına əsasən, S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin Abşeron rayonu S.Əliyev adına südçülük maldarlıq sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2000-ci il tarixli 6 nömrəli əmrin xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar