Məhkəmə qərarları › İş №2(011)-4047/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4047/2021

24.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4047/2021 24.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən **********3010 saylı abonent koduna əsassız olaraq borc kimi hesablanmış 216 manat məbləğində borcun silinməsi, həmin borc məbləğində 31.03.2021-ci il tarixində ödədiyi 480 manat məbləğindən 216 manat məbləğinin Cavabdeh İB tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən və ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, həmin ünvan üzrə istifadə edilmiş qazın dəyəri tərəfindən mütəmadi olaraq ödənilir, qaz sayğacı Cavabdeh İB–nin əməkdaşları tərəfindən dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmişdir, əvəzlənmiş qaz sayğacı yoxlamaya göndərilmiş, İTR-nin rəyinə əsasən sayğac yararsız hesab olunmuşdur, bu əsasla onun abonent hesabına 216 manat cərimə yazılmışdır, akt əsasında çıxarılmış sayğaca onun iştirakı olmadan baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş və sayğaca müdaxilə olunması əsas gətirilərək ona 216 manat borc hesablanmışdır, həmçinin 31.03.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə qazın verilməsi dayandırıldığından, həmin tarixdə tərəfindən həm 216 manat məbləğində hesablanmış borc, həm də həmin tarixə qədər istifadə etdiyi, amma dəyərini ödəmədiyi vəsait kimi ümumilikdə 325,83 manat məbləğində vəsait ödənilmiş, nəticədə qazın yenidən verilməsi təmin edilmişdir, tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmiş və sayğaca hər-hansı kənar müdaxilə edilməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 05.08.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus yaşayış evində “İTRON” tipli G4 markalı 1502AZ**********12 nömrəli qaz sayğacı yeni “İTRON” tipli G4 markalı STS**********1 tipli qaz sayğacı ilə əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.12.2019-cu il tarixli ******* saylı aktda, G-4 markalı 1502AZ**********12 nömrəli sayğacın ALARM-1 rejimində olması, klapanın bağlanması nöqsanı barədə qeyd əks olunmuşdur. İş materiallarında olan 21.12.2020-ci il tarixli iddiaçının Gasrep sənədindən görünür ki, iddiaçının hesabına noyabr 2020-ci il tarixə 216 manat borc hesablanmışdır. İş materiallarında olan həmin sənəddən görünür ki, iddiaçının **********03010 saylı abonent hesabında cari borc 204 manat, borca görə tutulma isə 325,83 manatdır. İş materiallarında olan iddiaçının abonent saldosundan görünür ki, onun **********03010 saylı abonent hesabına 02/2020-ci il üçün 216 manat, 11/2020-ci il tarixdə 216 manat borc hesablanmış, borcdan ümumilikdə 234,0 manat ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 22.12.2020-ci il tarixli SOCAR**********30560046X02357 saylı məktubundan görünür ki, iddiaçı 17.12.2020-ci il tarixdə Bakı Regional Qazın Satışı Departamentinə yaranmış borcun araşdırılması ilə bağlı müraciət etmiş, müraciət əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, smart itron tipli 1502AZ**********12 zavod nömrəli qaz sayğacı 07.08.2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni G-4 markalı smart itron tipli **********1 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmiş, Metrologiya Departamentinin 25.12.2019-cu il tarixli MSK 29/1710-02358-1 saylı aktında “sayğaca baxış keçirildi, sayğac ALARM-1 rejimindədir, klapanı bağlıdır, kart yuvasının qapağı aşkar olunmadı, sayğacın yaddaş arxivi oxundu, 16.08.2019-cu il tarixdə ALARM-1 rejimi aşkar olunduğu” qeyd olunmuş, laboratoriyanın rəyinə əsasən 29.12.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunaraq 216.00 manat məbləğində dəymiş ziyan hesablanmış, dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmiş, həmin ünvanda təbii qazın itirilməsi barədə akt tərtib edilmiş və onun dəyəri kimi 2020-ci ilin fevral və noyabr ayları üzrə 432 (216+216) manat borc hesablanmışdır, ümumilikdə isə iddiaçıdan 325, 83 manat borca görə tutma aparılmışdır, iddiaçının qalıq borcu 204 manatdır, iddiaçıdan 216 manat borca görə ödənişin edilməsi tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi, həmçinin həmin abonent kodu üzrə itirilmiş təbii qazın borc məbləği həddində hesablanmasına və tələb edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 432 manat borcun 216 manatının hesabdan silinməsini, ödədiyi 325,83 manatdan isə 216 manatının geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********03010 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 216 manat silinməli, onun tərəfindən isə ödənilmiş 216 manat məbləğində pul geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********03010 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin, həmin abonent kodu üzrə tutulmuş 216 (iki yüz on altı) manat məbləğində pul İddiaçı geri ödənilsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar