Məhkəmə qərarları › İş №2(011)-4081/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4081/2022

23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4081/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Nabran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarında və xx.xx.2006-cı il tarixli, 3843 saylı torpaqların alqı-satqısına dair aktının Vəliyevə Pərçi Əİibəy qızına məxsus olması və Xaçmaz rayonu Nabran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarında və xx.xx.2006-cı il tarixli, 3843 saylı torpaqların alğı-satqısına dair aktında qeyd olunan “Pərçi” adının “Pərçi” adına düzəliş edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1958-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında öz ailəsi birlikdə yaşayır. Ərizəçi xx.xx.2006-cı il tarixində Xaçmaz rayon Nabran Bələdiyyə orqanına torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və xx.xx.2006-cı il tarixli 05 saylı qərar qəbul edilərək Nabran Bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsi ərizəçinin adına AKT Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2006-cı il tarixində 5843 sayla qeydə alınmışdır. Mülkiyyətində olan torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsinə müraciət edərək sənədləri təqdim etmişdir. Lakin həmin idarənin məsul işçiləri sənədləri araşdırarkən Xaçmaz rayonu Nabran bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 saylı qərarında və xx.xx.2006-cı il tarixli, 3843 saylı torpaqların alqı-satqısına dair aktda səhv olmasını bildirmişlər. Dövlət Aktında ərizəçinin adı səhvən “Pərçi” əvəzinə “Perçi” kimi qeyd edilmişdir. Azərbaycan Republikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərizəçinin hüquq sahibinin adında yaranmış uyğunsuzluğun aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığını bildirilmiş və məhkəməyə ərizə ilə müraciət hüququnun olması bildirilmişdir Ərizəçi məhkəyə ərizə ilə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respeublikası Xaçmaz rayonu Nabran bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 05 saylı qərarı ilə Nabran bələdiyyə mülkiyyətinin alğı-satqı perdmeti olan perspektiv inkişaf fondunun torpaq sahəsindən bağ evi və fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi X1. İş materiallarında olan torpaqların “alqı-satqısına dair” aktdan görünür ki, X6 xx.xx.2006-cı il tarixində Xaçmaz rayon Nabran Bələdiyyə orqanına torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və xx.xx.2006-cı il tarixli 05 saylı qərar qəbul edilərək Nabran Bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsi ərizəçinin adına AKT Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2006-cı il tarixində 5843 sayla qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-6200/13 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi (Davidovanın) xx.xx.1958-ci ildə Xaçmaz rayonunun Ləcət icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun adının sorğuda qeyd edildiyi kimi “Perçi” deyil, “Pərçi” yazıldığı müəyyən edilmişdir. Məktuba əlavə edilmiş “Doğum haqqında akt qeydi”nin surətindən görünür ki, X7 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan “Nikah haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X2 və X8 arasında nikah xx.xx.1976-ci il tarixində 19 nömrəli aktı qeyd rəsmiləşdirilmişdir. Nikah rəsmiləşdirildikdən sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur, atası X2, anası isə Ərizəçidır. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur, atası X2, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixində **********40 nömrəli məktubundan görünür ki, Xaçmaz rayonu Nabran bələdiyyəsinin 27.12,2006-cı il ‘-ərixli 05 saylı qərarında, ve xx.xx.2006-cı il tarixli, 3843 saylı torpaqların alqı-satqısına cair aktda X3 adı “Perçi" kimi qeyd edilmişdir. Yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Beləliklə ərizəçinin izahatları və işin materialları Xaçmaz rayonu Nabran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarında və xx.xx.2006-cı il tarixli, 3843 saylı torpaqların alqı-satqısına dair aktın Ərizəçi məxsus olması faktı tam sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki işin materiallarından görünür ki, ərizəçi Xaçmaz rayonu Nabran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarının və xx.xx.2006-cı il tarixli, 3843 saylı torpaqların alqı-satqısına dair aktın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malikdir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xaçmaz rayonu Nabran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarının və xx.xx.2006-cı il tarixli, 3843 saylı torpaqların alqı-satqısına dair aktın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar