Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4115/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı, cavabdehin nümyəndəsi X7 Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 56 (abonent kodu: **********03280) ünvanına hesablanmış 4162.3 manat borcun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 56 ünvanına hesablanmış 4162.3 manat borc hesablanmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümyəndəsi X9 məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları - Abonentə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 849.80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 477,60 manat, xx.xx.2019-cu il larixli ******* saylı akt əsasında 32.40 manat, cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, cu il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat borcu hesablanmışdır. - - X2 məxsus mənzilə ilkin olaraq xx.xx.2020-ci il tarixində sayğac quraşdırılmışdır və qaz paylayıcısına 4 gözlü qaz piltəsi qoşulmuşdur. - İddia ərizəsinə əlavə edilmiş abonent saldosundan görünür ki, abonentə 2050.80 manat aktlara görə, 847.30 manat sayğac mənfiyə işlədiyinə görə borc hesablanmışdır. Abonentin isə 1975.30 manat məbləğində sərfiyyatı olmuşdur. - Abşeron Rayon Məhkəməsini xx.xx.2021-ci il tarixli, 2(012)-4623/2021-ci il tarixli qətnaməsi ilə X1 istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktına əsasən İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə 424.90 (dörd yüz iyirmi dörd manat doxsan qəpik) manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 454.90 (dörd yüz əlli dörd manat doxsan qəpik) manat pul vəsaiti X5 xeyrinə tutulmuşdur. - Həmin qətnamədə müəyyən edilmişdir ki, cavabdeh Səfərov X6 İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli, AK- 1/9212 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana Azəriqaz İB tərəfindən **********03280 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Natek Enerji G-4 Mexanika tipli, 40011584 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İddiaçı qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011 -ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Cavabdeh İddiaçı onunla bağlanılmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun təbii qazdan istifadəyə görə 2898.80 manat borcu qalmaqdadır. X5 Bakı Regional Qazın Satışı Departamentinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixi ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində göstərilən tarixlərdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyriqanuni olaraq təbii qazdan istifadə etməsi müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
5. Qazın dəyərinin ödəmə şərtləri
5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 4162.30 manat məbləğində borcun silinməsini tələb etsə də, həmin məbləğin 1975.30 manatı sərfiyyatdır. Qalan 847.30 manat borc sayğac mənfiyə görə işləməsi əsası ilə, 2050.80 manat məbləğində borc isə abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi əsası ilə hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4623/2021-ci il tarixli qətnaməsinin preyudisiallığını nəzərə alaraq, İddiaçı hesanlanmış 424.90 manat borc əsaslı olduğundan abonentə hesablanmış yerdə qalan 2473.2 (2050.80+847.30- 424.90) manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, təmin edilmiş iddia tələbinə mütənasib olaraq hesablanmış məhkəmə xərcinə daxil olan 44,72 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 56 ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********03280) hesablanmış 2473.2 (iki min dörd yüz yetmiş üç manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. 44,73 (qırx dörd manat, yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova