Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4124/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 12 iyun, 17 iyul və 10 avqust 2023-cü il tarixlərində keçirilmiş məhkəmə iclaslarında tərəflərin heç biri iştirak etməmiş, 12 iyun və 10 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasları ilə bağlı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan tarixli məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 10 avqust 2023-cü il tarixə, saat 15:45-ə təyin edilmiş məhkəmə iclası ilə əlaqədar məhkəmənin katibliyi vasitəsilə iddiaçıyla əlaqə saxlanılmış, sonuncu telefon danışığı zamanı məhkəmə iclaslarından məlumatsız olduğunu bildirmişdir. Qeyd olunan halı və tərəflərin göstərilən tarixdə məhkəməyə gəlmədiklərini nəzərə alaraq, həmçinin məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını qeyri-mümkün hesab etdiyindən belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4124/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4124/2023
10.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver