Məhkəmə qərarları › İş №2(011)-413/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-413/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-413/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixli 206135 saylı orderin xx.xx.1960-cı il təvəllüdlü X10 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X5 xx.xx.1960-cı ildə (əslində isə xx.xx.1960-cı ildə) Sumqayıt şəhərində doğulmuşdur. O, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ürəyin kəskin işemik xəstəliyi səbəbindən rəhmətə getmişdir. X5 anası Bağışova (Əliyeva) Sadəgül Nəci qızı ilə xx.xx.1983-cü ildə rəsmi nikaha daxil olmuşdur və onların birgə nikahından xx.xx.2001-ci ildə ərizəçi - Ərizəçi doğulmuşdur. Maraqlı şəxs2 AZ 269509 saylı, xx.xx.1962-ci ildə 77 nömrəsi ilə qeyd edilmiş doğum haqqında şəhadətnaməsindən görünür ki, X22 xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş, valideynləri olan atası - X28, anası Ərizəçi Xudum qızıdır. 1 saylı Sumqayıt regional Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əbil Əbilovun imzaladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-B/l-29xx-xx/2024 saylı arayışdan görünür ki, X19 xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X23, anası X44r. X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən AZE seriyalı 08193024 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Orada xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulduğu qeyd edilmişdir. X7 əsl doğma atası X28, anası isə Ərizəçi Xudum qızıdır. X7 doğma olan əsl atası - X29 1936-cı ildə doğulmuş, 26 may 2022-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. X7 doğma olan əsl anası - Ərizəçi Xudum qızı - 1940-cı ildə Laçın rayonunda doğulmuş, 17 may 1974-cü ildə böyrək çatışmazlığı, uremik koma səbəbindən vəfat etmişdir. X24 ilə X29 qardaş olublar. X29 1-ci qrup əlil olub. X29 və arvadı Ərizəçi Xudum qızı xəstə olduqlarına görə xx.xx.1960-cı ildə doğulmuş uşaqları olan 07 yaşlı X1 övladlığa vermişlər. Həmin vaxt X2 öz adına keçirmək üçün müraciət etdikdə, ona yeni doğum şəhadətnaməsi verilmiş, həmin doğum şəhadətnaməsində “X19 xx.xx.1960-cı il təvəllüdlü” qeyd edilmişdir. Həmin şəhadətnamə sonradan itmişdir. Həmin doğum şəhadətnaməsi üçün müraciət etdikdə, bunun əvəzinə hazırda 1 saylı Sumqayıt regional ASAN XİDMƏT X43 tərəfindən doğum aktını təsdiq edən arayış təqdim edilmişdir. X11 övladlığa götürən atası - X24 xx.xx.1942-ci ildə Yardımlı rayonunun Xanbulaq kəndində doğulmuşdur, hazırda da Sumqayıt şəhərində yaşayır. X15 birinci arvadı olan Ərizəçi Xudum qızı 1974-cü ildə rəhmətə gedəndən sonra, X8 ilə evlənmiş, Mətah isə 18 may 1999-cu il tarixdə hemorragik insult, beyin qanaması, beyin qan dövranının kəskin pozulması səbəbindən rəhmətə getmişdir. Bakı şəhərinin Xətai rayonu General Mehmandarov küçəsində yerləşən 68 saylı evin 107-ci mənzili 26 mart 1982-ci il tarixli 206135 saylı order əsasında X16 məxsusdur. Orderdə həmçinin X30, X31 da adları qeyd olunmuşdur. X3 məxsus olan 26 mart 1982-ci il tarixli 206135 saylı orderin və digər sənədlərin vərəsələrinin adına keçməsi ilə əlaqədar maneələr yarandığı üçün X22 ilə X7 eyni şəxslər olması, Maraqlı şəxs2 AZ 269509 saylı, 23 iyun 1962-ci ildə 77 nömrəsi ilə qeyd edilmiş doğum haqqında şəhadətnaməsinin və 1 saylı Sumqayıt regional Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əbil Əbilovun imzaladığı 28 mart 2024-cü il tarixli 3-16-5/8-B/1-2948-69/ 2024 saylı arayışın eyni şəxsə - X16 məxsus olması, X16 məxsus olan xx.xx.1982-ci il tarixli 206135 saylı orderin X5na məxsus olması üçün zəruridir. Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahatlar vermişlər və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişlər. Sual-cavab zamanı Ərizəçi bildirmişdir ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, yaşayış massivi “A ünvanında yerləşən 20 saylı evin 107 nömrəli mənzilində faktiki olaraq anası ilə birlikdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər 1 saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin və Maraqlı şəxs2 nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X25 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Fəxrəddin onun qardaşının oğlu olmuşdur, Fəxrəddinin anası öldüyündən və qardaşı da xəstə olduğu üçün uşağı böyütmək üçün ona verdilər. Sonradan Fəxrəddin üçün yeni doğum haqqında şəhadətnamə alaraq, ata adını “Təmərxan” olaraq qeyd etdirdilər. Orderli evi Fəxrəddin üçün qardaşı Əzimxan almışdır. Sənəddə Fəxrəddinin ata adını “Əzimxan” olaraq qeyd etdirmişdir. İş üzrə şahid qismində dindirilmiş X32 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. 40 ildir ki, bu ailəni tanıyır. O, bildirmişdir ki, Fəxrəddinin əslində Əzimxanın oğlu olduğunu, lakin əmisi Təmərxan tərəfindən böyüdüldüyünü bilir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər X47 İcraiyyə Komitəsinin “yaşayış sahəsinin uçotu və bölgüsü” idarəsi tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş 206135 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, yaşayış massivi “A ünvanında yerləşən 20 saylı evin 107 nömrəli mənzili X22 və ailə üzvləri X30, X37 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X12 doğumu, valideynlərinin (X28 ilə Ərizəçi Xuduş qızının) nikahı, X7 doğumu, nikahı, ölümü, 1 (bir) övladının (Ərizəçi) doğumu, valideynlərinin (X26 ilə X38) nikahı, qardaşları Füzuli Bağışovun doğumu və ölümü, Elşad Bağışovun isə doğumu haqqında akt qeydlərinin kserosurətləri məhkəməyə göndərilir. Bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X12 nikahı, övladları, ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.1962-ci il tarixli “doğum qeydlərinin bərpa aktından” görünür ki, X22, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası: X33, anası Ərizəçi Xuduş qızıdır. Həmin məktuba əlavə edilmiş xx.xx.1967-ci il tarixli 44 saylı “doğum qeydlərinin bərpa aktından” görünür ki, Bağışov Fəxrəddin xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulmuşdur, atası: X26, anası: X62 olmuşdur. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X19 xx.xx.1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, atası X25, anası X44r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası: X33, anası Ərizəçi Xuduş qızıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 doğumu Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixli, 44 saylı bərpa akt qeydi ilə qeydə alınmışdır. Eyni zamanda X12 adına Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 77 saylı doğum haqqında akt qeydi aşkar olunmuşdur. X7 adına Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1967-ci il tarixli, 44 saylı doğum haqqında bərpa akt qeydi tərtib edilmişdir və doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1960”-cı il, ata adı “Təmərxan” yazılmışdır. Maraqlı şəxs2 tərəfindən X12 adına tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 77 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında ata adı “Əzimxan”, doğum tarixi “xx.xx.1960-cı il” göstərilmişdir. Hər iki akt qeydində əks olunan məlumatlar arasında ziddiyyət mövcud olduğundan, doğum haqqında akt qeydinin ləğv olunması mövcud qanunvericiliyə əsasən qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir. Akt qeydinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X19 xx.xx.2024-ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X63 xx.xx.1983-cü ildə nikaha daxil olmuşdurlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci ildə anadan olmuş, X5, anası X39r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X50 ilə X34 olan xx.xx.1936-cı il təvəllüdlü X17, xx.xx.1940-cı il təvəllüdlü X20 (xx.xx.2012-ci ildə vəfat etmişdir) və xx.xx.1942-ci il təvəllüdlü X18 doğumunun Yardımlı rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. X6 ilə X51 olan X27 doğumu xx.xx.1948-ci il tarixində Yardımlı rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X4 ilə X40 olan xx.xx.1970-ci il təvəllüdlü X45, xx.xx.1972-ci il təvəllüdlü X64, xx.xx.1974-cü il təvəllüdlü X79 və xx.xx.1978-ci il təvəllüdlü X53 doğumu Maraqlı şəxs2ndə qeydə alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X35 və Əliyeva Görkü (Körkü, Görki) Seyidhəsən qızının nikahı haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə 1982-ci il 53 saylı protokolu xx.xx.1982-ci il tarixli deyil, xx.xx.1982-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin protokolda vətəndaş X19 barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə 1982-ci il 53 saylı protokolu xx.xx.1982-ci il tarixli deyil, xx.xx.1982-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin protokolda vətəndaş X19 barəsində heç bir məlumat yoxdur. Digər tərəfdən, vətəndaşlara mənzillərə dair verilən orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, yaşayış massivi “A” ünvanında yerləşən 20 saylı evin 107 nömrəli mənzilinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 478142 nömrəli arayışın surətindən görünür ki, X13 1-ci qrup əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X41 xx.xx.1961-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1936-cı ildə anadan olmuş, atası X50, anası X21r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.1974-cü ildə ölmüşdür. Beləliklə, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Ərizəçi X5nun doğumu barədə qeydiyyat məlumatlarında ziddiyyət olmuşdur. Belə ki, işdəki sənədlərdən görünür ki, onun atası - X19 xx.xx.1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası: X30, anası Ərizəçi Xudum qızıdır. xx.xx.1960-cı il tarixdə “X12” Bakı şəhərində doğulmasına dair akt qeydi aparılsa da, həmin şəxsə aid hər hansı sonrakı akt qeydi aparılmamışdır. Bu hal iş materialları ilə təsdiq olunur. Ərizəçi bildirir ki, X5nun doğum haqqında akt qeydlərində ziddiyyət olmuşdur. Əvvəlcə ona doğum tarixi “xx.xx.1960-cı il”, ata adı “Əzimxan” göstərilməklə Bakı şəhərində doğum haqqında şəhadətnamə verilmişdir, daha sonra isə doğum tarixi “xx.xx.1960-cı il”, ata adı “Təmərxan” göstərilməklə Sumqayıt şəhərində doğum haqqında qeydiyyat aparılmışdır. O bildirir ki, Fəxrəddin Bağışovun əsl atası Əzimxan, əmisi isə Təmərxan olmuşdur. Lakin, tərbiyə edilməsi üçün Fəxrəddin Bağışov əmisi Təmərxanın faktiki himayəsinə verildiyindən, bütün rəsmi sənədlərdə onun ata adı “Təmərxan” kimi qeyd edilmişdir və buna dair doğum haqqında akt qeydiyyatı da aparılmışdır. Azərbaycan SSR Bakı şəhər X47 İcraiyyə Komitəsinin “yaşayış sahəsinin uçotu və bölgüsü” idarəsi tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş 206135 nömrəli orderdə səhvən Fəxrəddin Bağışovun “ata adı” - əsl atası olan “Əzimxan” kimi qeyd edilmişdir. Bütün sənədlərdə atasının ata adı “Təmərxan” olduğundan o, orderin X10 məxsus olmasının müəyyən edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən ərizəçi bu ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Bakı şəhəri, Əhmədli qəsəbəsi, yaşayış massivi “A2 ünvanında yerləşən 20 saylı evin 107 nömrəli mənzilin verilməsinə dair Azərbaycan SSR Bakı şəhər X47 İcraiyyə Komitəsinin “yaşayış sahəsinin uçotu və bölgüsü” idarəsi tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş 206135 nömrəli orderin X10 məxsus olmasına dair hüquqi fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Bakı şəhər X47 İcraiyyə Komitəsinin “yaşayış sahəsinin uçotu və bölgüsü” idarəsi tərəfindən X54 (Azimxan) oğlunun adına verilmiş xx.xx.1982ci il tarixli, 206135 saylı orderin xx.xx.1960-cı il təvəllüdlü X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar