Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4162/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X7 iştirakı ilə Ərizəçi X6 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi X10 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1968-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və hüquqlarının müdafiə olunması üçün onun üzərində qəyyum kimi təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü X13 xx.xx.2014-cü ildən xx.xx.2014-ilə qədər şizofreniya paranoid forma diaqnozu ilə 2 nömrəli X1 müalicə almışdır. Daha sonra isə xx.xx.2016-cı ildən 12.014.2016-cı ilə qədər isə yenidən X1 müalicə almışdır. Hal-hazırda X13 həmin X4 yerləşdirilmişdir və orada müalicə alır. X9 psixi vəziyyəti yerində deyil və özünü idarəetmə qabiliyyəti yoxdur. Məhkəməyə müraciət etməkdə məqsəd atasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və hüquqlarının müdafiə olunması üçün onun üzərində qəyyum kimi təyin edilməsi ilə bağlıdır. Ərizəçinin nümayəndəsi X11 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X13, anası X8r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixində 268 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli № 1/1085 saylı məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X13 ilk dəfə 7 №-li Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək 2 nömrəli X1 “Şizofreniya paranoid forma” diaqnozu ilə stasionar müalicədə olmuşdur. X3 X19 Stansiyasının göndərişinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək 2 nömrəli X1 “Şizofreniya paranoid forma” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 3361 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X13 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X10 X9 oğlu olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında X9 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X9 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-4162/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4162/2022
02.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver