Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4177/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, 13.03.1960-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 13.03.1960-cı il təvəllüdlü X8 ərizəçinin bacısıdır. Bacısı anadan gəlmə “Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları” ciddi qulluq və müalicə tələb edən pozuntu olmaqla, tez-tez qıcolma tutulmaları ilə nitq artikulyasiyasının spesifik pozuntusu xəstəliyi vardır. Bacısının anadan gəlmə xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa yardıma ehtiyacı vardır. İllərdir bacısı bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Belə ki, X8 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Beləki, anasının vəfatına qədər bacısının qulluğu, baxımı anası tərəfindən həyata keçirilirdi. Lakin, hal-hazırda anası öldüyündən onun bütün zəruri baxımı ərizəçi tərəfindən realizə edilir. 1977-ci il tarixindən etibarən verilmiş Arayışa əsasən onun xəstəliklə əlaqədar ciddi pozuntusunun olması faktı öz təsdiqini tapmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, X4 “Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları”, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olmaqla, tez-tez qıcolma tutumaları ilə nitq artikulyasiyasının spesifik pozuntusu xəstəliyi vardır. Bacısı İ qrup əlildir, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ərizəçinin onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZ-T seriyalı, 110395 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, X8 13.03.1960-cı il tarixdə Bakı şəhərindən doğulmuşdur, atası X5, anası X9r. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 08.01.2019-cu il tarixli arayışına əsasən X10 130282 №-li pensiya işi üzrə 1-ci qrup əlilliyə görə 163,05 (yüz altmış üç manat 05 qəpik) manat məbləğində ömürlük pensiya alır. - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 24.07.2021-ci il tarixli 1584 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən, X1 imbesillik dərəcəsində ağıl zəifliyi müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara doğuş travması ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqinin qüsurlu olması, qıcolma tutmalarının biruzə verməsi, bununla əlaqədar Bakı şəhər X2ması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla təyin edilmiş sakitləşdirici müalicəni qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxumaması, İ qrup əlil olması, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi, həmçinin hazırki müayinə zamanı intellektual imkanlarının xeyli aşağı olması, maraq dairəsinin adi tələbatları ödəməklə məhdud olması və s.) sübut edir. X1 imbesillik dərəcəsində ağıl zəifliyi müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 onda müəyyən edilən Kəskin imbesillik dərəcəsində ağıl zəifliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X8 ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamə 13.03.1960-cı il təvəllüdlü X3 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13.03.1960-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə 13.03.1960-cı il təvəllüdlü X8 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4177/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4177/2021
11.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver