Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4180/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhdaətnamənin verilməsi üçün vərəsəliyin tanınması üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərdən iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsi “vərəsəliyin tanınması üçün ötürülmüş müddətin bərpa edilməsi” barədədir, iddiaçı onun və azyaşlı uşaqlarının vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhər 2 saylı Bakı ASAN Xidmətinin notariat kontoruna müraciət etdiyini bildirsə də, bunu təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı ilk növbədə Notariat kontoruna, müraciətin nəticəsinə müvafiq olaraq isə hazırki tələblə məhkəməyə müraciət etməli olduğu halda, birbaşa Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə qaydasında baxılmalı deyil və buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 17.3-cü maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamələr dövlət notariusu tərəfindən verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 153, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 2 saylı Bakı ASAN Xidmətinə qarşı “mərhum X1 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhdaətnamənin verilməsi üçün vərəsəliyin tanınması üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4180/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4180/2022
09.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver